Gündəm

Polad Bülbüloğlunun yerinə KİMİ GƏTİRİRLƏR?.. - AÇIQLAMA

MUMtv.az: - Xəbər verildiyi kimi, VII çağırış Milli Məclisin sentyabrın 23-də keçirilən ilk plenar iclasında komitələrə sədr seçkiləri də keçirilib. İclasda Polad Bülbüloğlu Mədəniyyət komitəsinin sədri seçilib.

Məlumdur ki, P.Bülbüloğlu bundan əvvəl Azərbaycanın Rusiyadakı səfiri idi. Yeni vəzifə tutmaqla onun səfir səlahiyyətləri bitmiş sayılır. Artıq Prezident İlham Əliyev Polad Bülbüloğlunun Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması barədə sərəncam imzalayıb.

Bəs Rusiyadakı səfir postumuz daha nə qədər boş qala bilər? Səfir vəzifəsinə təyin olunmaq üçün əsas tələblər nə olmalıdır?

Keçmiş diplomat Fikrət Sadıqov deyir ki, diplomatiya praktikasında yeni səfir təyin etməklə bağlı hər hansı vaxt qoyulmur. Bu hər zaman ola bilər: “Onu da nəzərə alaq ki, Konstitusiya Məhkəməsi deputatların seçilməsini yenicə təsdiq edib. Bundan o qədər də böyük müddət keçməyib. Digər tərəfdən, Rusiya kimi dövlətdə Azərbaycanı təmsil edən səfir əlbəttə ki, hərtərəfli hazırlıqlı olmalıdır. O şəxsin Rusiyanın ictimai-siyasi, humanitar dairələri ilə təmasının olması vacibdir.

Düşünürəm ki, ictimai-siyasi xadim, yaxud XİN-in işçisi və ya hansısa bir ölkədə fəaliyyət göstərən səfirimiz geri çağırılıb Rusiyaya göndəriləcək. Burada bir məqamı unutmaq olmaz. Rusiya hər adamı səfir kimi qəbul etməyə də bilər. Ona görə də elə şəxs olmalıdır ki, Rusiya ona razılıq versin. Hesab edirəm ki, dövlət başçısı yaxın günlərdə öz sərəncamını imzalayacaq və Moskvaya səfir təyin olunacaq".

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirir ki, bu vəzifəyə şəxslər tam şəkildə prezidentin nəzarəti və qərarı əsasında təyin oluna bilər: “Rusiya dövlətində səfirimizin kim olması vacib məsələdir. İndiki mərhələdə kimin təyin olunacağını demək çətindir. İndi Xarici İşlər Nazirliyində və digər qurumlarda çalışan diplomatların fəaliyyəti ilə tanış deyiləm. Səfir göndərmək qərarına gəlmiş hökumət bundan öncə qəbul edən tərəfdən razılıq (aqreman) alır. Aqreman məxfi şəkildə alınmalıdır. Təsdiq alınandan sonra həmin namizədin rəsmi olaraq sərəncamı verilir. Bəlkə də bu məsələ icradadır. Düşünmürəm ki, Rusiyada səfir postu uzun müddət boş qalsın”.//Musavat.com


Son xəbərlər

İqbal Məmmədovun şirkəti yoxlamaya mane olub?

Azərbaycanda “Zəngəzur” PUA istehsal olunub

Qobu qəsəbəsinin Qəzənfər Xalıqov adına 1saylı tam orta məktəbin direktoru Şərəf Qasımovanın özəl qanunları

Saç ağarmasının səbəbi stressdir?

"Azərbaycandan qaz almağı müzakirə edə bilərik" - Erməni deputat

"Sülh müqaviləsinin bağlanması üçün real imkan var" - Mirzoyan

AYNA-nın yersiz marşrut islahatları... - ETİRAZ VAR...

28 May küçəsindəki taksi dayanacağı ləğv edildi - VİDEO

Azərbaycanda karantin rejiminin müddəti UZADILDI

Polad Bülbüloğlunun yerinə KİMİ GƏTİRİRLƏR?.. - AÇIQLAMA

271 saylı məktəbdə dərs ili başlayar-başlamaz PUL YIĞIRLAR... - "Pul verməyənlər valideyn qruplarında təhqir olunur"

Mehriban Vəliyevanın vəzifəsi uğrunda gərgin rəqabət: İki idarə müdiri iddialıdır

“Səba” yaratdığı şirkətlərdəki paylarını satır - QƏRAR

Tibb Universitetində “mini yubka” qalmaqalı - Müəllim cəzalandırılıb?

İlham Əliyevə JF-17C təyyarələri təqdim olundu

Direktor və 41 milyonluq şirkət qanunsuz işçi çalışdırıb - DETALLAR

Köçərli Həsənov İstanbulda vəfat etdi

"Tost" maliyyə piramidası ilə bağlı kütləvi dələduzluqlar edilib - DİN araşdırmaya başladı

“Uçuş əməliyyatlarına hazırlıq Qaydası” təsdiq edildi

Düşmənə aman verməyən qəhrəman (Nazim Əziz oğlu Qəhrəmanov)

Ərdoğan Zelenskiyə atəşkəs vəd etdi

Belarusun Baş Qərargah rəisi Bakıya gəldi

Bu hadisə Yerdə 80 min ildən sonra ilk dəfə olacaq

BNA rəsmiləri restoranlardan, klinikalardan belə pul qoparırmış - SKANDAL DƏLƏDUZLUQ İŞİ

Əli Həsənovun qohumlarına məxsus milyonluq obyekti alan yoxdur – 10-cu hərrac keçirləcək

İlham Əliyev müraciət ünvanladı

Alimlər pəhriz saxlamadan arıqlamaq üçün üsul kəşf ediblər

3 saylı Uşaq Evi ilə DƏHŞƏTLİ FAKTLAR: - "Uşaqları diz üstündə otuzdurub döyürdülər"

Zəfər Günü ilə bağlı Əfv fərmanı imzalanacaqmı?

Azərbaycanın ilk lazer silahı yaradılıb

Antikorrupsiya həbsləri Ağsudan Bərdəyə çatır - İLGİNC İDDİALAR...

“Avtobus və metroda 1 dəfəlik gediş haqqı 15 qəpik ola bilər” - Differensial nəqliyyat

Bütün xəbərlər