Gündəm

Polad Bülbüloğlu 60-dan çox səfiri Moskvaya topladı - FOTO
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
 
 

Moskva diplomatik korpusunun duayeni, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun təşəbbüsü ilə Rusiya Dövlət Tretyakov Qalereyasında xarici diplomatlar üçün təntənəli qəbul keçirilib.

 

MUMTV.az azərtac-a istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin və "Qazprombank”ın dəstəyi ilə təşkil olunan qəbul çərçivəsində Tretyakov Qalereyasında görkəmli rus rəssamı Vasili Polenovun sərgisi keçirilib. Sərgidə rəssamın 150-dən çox əsəri nümayiş etdirilib.

 

Qəbulda Rusiyada akkreditə olunan 60-dan çox ölkənin səfiri iştirak edib. Mərasimdə çıxış edən səfir Polad Bülbüloğlu bildirib ki, mədəniyyət məbədi olan Tretyakov Qalereyasında müxtəlif ölkələri və qitələri təmsil edən səfirlər toplaşıb: "Bu gün bu məbəddə fikir ayrılığı, problemlər ikinci plana keçib. Birinci planda insanları bir-birinə yaxınlaşdıran mədəniyyət və incəsənətdir. Fikrimcə, bu məqam gecəmizin əsas qayəsidir”.

 

Dövlət Tretyakov Qalereyasının baş direktoru Zelfira Terequlova incəsənətin insanlar arasında hər zaman körpü rolunu oynadığını vurğulayıb. Tədbirdə fəxri qonaq qismində iştirak edən Rusiya Prezident Administrasiyasının xarici siyasət idarəsinin rəisi İqor Neverov Moskvadakı diplomatik korpusun duayeni, Azərbaycan səfiri Polad Bülbüloğluna bu təşəbbüsə görə təşəkkürünü bildirib.

 

Təntənəli qəbul caz ustalarının musiqi proqramı ilə davam etdirilib.


Son xəbərlər

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Bütün xəbərlər