Gündəm

Tibb Universitetində “mini yubka” qalmaqalı - Müəllim cəzalandırılıb?

MUMtv.az: - Tibb Universitetinin müəllimi şəxsi "İnstagram" hesabında tələbələrin geyimi ilə bağlı paylaşım edib. Bildirib ki, qısa ətək, yaxud dekolte geyimdə gələn tələbələri dərsinə buraxmayacaq.

Məlumdur ki, tələbələrin geyimi, saçı, saqqalı kimi məsələlər daim aktual müzakirə mövzusu olaraq qalır. Bəs hansısa ali məktəb müəllimi öz şəxsi düşüncəsi ilə gəldiyi qərara görə tələbələri dərsdən xaric edərək onların təhsildən yayınmasına səbəb olursa, bunun üçün o müəllimə universitet rəhbərliyi tərəfindən cəza verilməlidir? Yoxsa etdiyi bu davranış və qərarında doğruluq payı var?

Bu sahədə çalışan mütəxəssislər də sözügedən məsələyə münasibət bildirib. vakansiyalar

“Yeni Sabah”a danışan təhsil məsələləri üzrə ekspert Cahid İmanlı universitetin daxili nizamnaməsində nəzərdə tutulduğu halda, tələbələrin hansısa geyim formasına görə dərslərə buraxılmaması halının yaşana biləcəyini və buna bilavasitə ali məktəb rəhbərliyinin qərar verməyə hüququ olduğunu qeyd edib:

“Hansısa müəllimin bunu etməsi anlaşılan deyil və hətta gülüncdür. Məsələyə hüquqi aspektdən yanaşılsa, universitetlərin rəhbərliyinin belə, bu qərarı verməyə əsası yoxdur. Əgər hansısa universitet öz nizamnaməsində geyim qadağası qoyarsa və ya vahid geyim forması tətbiq edərsə, bunu əvvəlcədən ictimaiyyətə elan etməlidir. Bu qərar universitetə qəbul qaydalarına salınmalıdır və tələbə ilə bu haqda "xəbərdarlıq müqaviləsi" bağlanmalıdır. Əks halda, sonradan verilən istənilən qərar hüquqi müstəvidə düzgün qərar sayılmır”.

Təhsil eksperti Məzahir Məmmədli isə sözügedən məsələni Yenisabah.az-a şərh edərkən, müəllimin bu məsələdə haqlı olduğunu vurğulayıb:

“Bir neçə gündür ki, sosial şəbəkələrdə həmin mövzu barədə müzakirələr səngimir. Həmin məsələ təkcə sosial platformada yox, mediada da müzakirə edilir. Təəssüf edirəm ki, bizdə bütün məsələlərin ən çətin variantda olan həllini axtarılır. Hər hansı xırda məsələdə cəzanın olmasını arzulayırıq. Bu o qədər də ürəkaçan mənzərə deyil. Burada hər iki tərəfin haqlı olduğu məqamlar var. Tələbənin haqlı tərəfi odur ki, biliyinə, savadına görə qiymətləndirilməlidir. Müəllim saqqalına, geyiminə görə, tələbəyə irad tuta bilməz. Ancaq hər bir universitetin daxili intizam qaydaları var. Azadlıq verilibsə, o demək deyil ki, hər kəs istədiyi səviyyədə gəlib auditoriyada otura və digər tələbələrin də diqqətini çəkə bilər.

Əksəriyyət bu məsələdə müəllimi haqsız görür. O cümlədən, universitet rəhbərliyi də müəllimi həmin davranışına görə, çağıraraq, cəza tipli danışıqlar aparıb. Hansı qərar verildiyindən xəbərsizəm. Ancaq hər bir halda müəllimin haqqı çatır ki, universitetin daxili nizam-intizamına uyğun davranış sərgiləməyən tələbələrə öz iradını bildirsin. Cəmiyyətdə də belədir ki, biz geyimini normal saymadığımız insanlara irad tuturuq. Bu məsələnin bu qədər müzakirə olunması, o qədər də doğru deyil. Burada kimisə haqlı çıxarmaq lazımdırsa, düşünürəm ki, həmin tərəf müəllimdir. Çünki o dərs dediyi tələbələrə bir nümunədir. Tələbəyə isə nə demək olar ki, əgər o özünü azad ölkənin vətəndaşı hesab edirsə, geyinsin. Ancaq ictimai qınağa tuş gəlmək istəmirsə, yaxşı olar ki, özünü qaydaya salsın”.


Son xəbərlər

İqbal Məmmədovun şirkəti yoxlamaya mane olub?

Azərbaycanda “Zəngəzur” PUA istehsal olunub

Qobu qəsəbəsinin Qəzənfər Xalıqov adına 1saylı tam orta məktəbin direktoru Şərəf Qasımovanın özəl qanunları

Saç ağarmasının səbəbi stressdir?

"Azərbaycandan qaz almağı müzakirə edə bilərik" - Erməni deputat

"Sülh müqaviləsinin bağlanması üçün real imkan var" - Mirzoyan

AYNA-nın yersiz marşrut islahatları... - ETİRAZ VAR...

28 May küçəsindəki taksi dayanacağı ləğv edildi - VİDEO

Azərbaycanda karantin rejiminin müddəti UZADILDI

Polad Bülbüloğlunun yerinə KİMİ GƏTİRİRLƏR?.. - AÇIQLAMA

271 saylı məktəbdə dərs ili başlayar-başlamaz PUL YIĞIRLAR... - "Pul verməyənlər valideyn qruplarında təhqir olunur"

Mehriban Vəliyevanın vəzifəsi uğrunda gərgin rəqabət: İki idarə müdiri iddialıdır

“Səba” yaratdığı şirkətlərdəki paylarını satır - QƏRAR

Tibb Universitetində “mini yubka” qalmaqalı - Müəllim cəzalandırılıb?

İlham Əliyevə JF-17C təyyarələri təqdim olundu

Direktor və 41 milyonluq şirkət qanunsuz işçi çalışdırıb - DETALLAR

Köçərli Həsənov İstanbulda vəfat etdi

"Tost" maliyyə piramidası ilə bağlı kütləvi dələduzluqlar edilib - DİN araşdırmaya başladı

“Uçuş əməliyyatlarına hazırlıq Qaydası” təsdiq edildi

Düşmənə aman verməyən qəhrəman (Nazim Əziz oğlu Qəhrəmanov)

Ərdoğan Zelenskiyə atəşkəs vəd etdi

Belarusun Baş Qərargah rəisi Bakıya gəldi

Bu hadisə Yerdə 80 min ildən sonra ilk dəfə olacaq

BNA rəsmiləri restoranlardan, klinikalardan belə pul qoparırmış - SKANDAL DƏLƏDUZLUQ İŞİ

Əli Həsənovun qohumlarına məxsus milyonluq obyekti alan yoxdur – 10-cu hərrac keçirləcək

İlham Əliyev müraciət ünvanladı

Alimlər pəhriz saxlamadan arıqlamaq üçün üsul kəşf ediblər

3 saylı Uşaq Evi ilə DƏHŞƏTLİ FAKTLAR: - "Uşaqları diz üstündə otuzdurub döyürdülər"

Zəfər Günü ilə bağlı Əfv fərmanı imzalanacaqmı?

Azərbaycanın ilk lazer silahı yaradılıb

Antikorrupsiya həbsləri Ağsudan Bərdəyə çatır - İLGİNC İDDİALAR...

“Avtobus və metroda 1 dəfəlik gediş haqqı 15 qəpik ola bilər” - Differensial nəqliyyat

Bütün xəbərlər