Gündəm

BSU-dan yoxa çıxan 140 min manatın izi ilə...
Xəbər verdiyimiz kimi, Bakı Slavyan Universitetində Qiyabi və əlavə təhsil şöbəsinin müdiri Dürdanə Əliyeva tələbələrin 140 min AZN dəyərində olan təhsil haqqını mənimsəyib. Hazırda prokurorluq faktla bağlı araşdırma aparır.

Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva isə ali təhsil müəssisəsinin Qiyabi və əlavə təhsil şöbəsinin müdiri Dürdanə Əliyevanın tələbələrin təhsil haqqını mənimsədiyini etiraf edib. Yanvarın 29-da mətbuata açıqlama verən rektor bildirib ki, D.Əliyevanı tapmaqda çətinlik çəkirlər və 2020-ci ilin noyabr ayının 20-də öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilib.

Anoloqu olmayan bu korrupsiya əməlinin isə yalnız Dürdanə Əliyeva tərəfindən reallaşdığına inanmaq asan deyil. Maraqlıdır, təhsil haqqlarının toplanmasında tam nəzarətsizlik hökm sürür ki, bu miqyasda korrusiya əməlinə şahidlik edirik?

İctimaiyyətin tanınmış nümayəndələri sözügedən məsələ ilə bağlı fikirlərini Sfera.az-la bölüşüb:

"Biz hardan bilək ki, bu iş ortaq şəkildə, rəhbərliyin xəbəri olmadan həyata keçirilib?”

"Vətəndaş” tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova tələbələrin universiteti məhkəməyə verməli olduğunu düşünür:

"Ödənişlərin edilməsi hər hansı bank hesabı vasitəsilə həyata keçirilir. Bir məsələni anlaya bilmirəm ki, indiyədək Bakı Slavyan Universiteti hər hansı ödəniş hesabı açmayıb ki, tələbələrin təhsil haqqını köçürməsi orada təsdiqlənsin?! Bu işlərə məsul maliyyə şöbəsi olur ki, onlar tələbələrin sayına uyğun ödənişlərə nəzarət edirlər. Axı tələbələrin sayı elə də çox deyil ki, bunu nəzarətdə saxlamaq mümkün olmasın.

Biz haradan bilək ki, bu iş ortaq şəkildə, rəhbərliyin xəbəri olmadan həyata keçirilib? Rektor, yaxud maliyyə müdirinin xəbəri olmadan heç bir şirkətdə yeyinti halının olması mümkün deyil. Satınalmalarla bağlı sənədi imzalayan rəhbərdir. Pulların qəbuluna isə maliyyə şöbəsi rəhbərliyi nəzarət edir. Bu baxımdan çox güman ki, hər iki tərəfin gedən prosesdən xəbəri var. Çox təəsüf ki, təhsil müəssisələrində bu halların yaşanması adi hal alıb.

Bakı Slavyan Universiteti rəhbərliyi hara nəzarət edir? Mən istərdim ki, tələbələr universiteti məhkəməyə versin. Universitet rəhbərliyinə bildirilməlidir ki, təhsil müəssisəsi onların şəxsi mülki deyil”.

Real Partiyasının funksioneri, tanınmış iqtisadçı Natiq Cəfərli isə universitet rəhbərliyinin baş verən korrupsiya halından xəbərsiz olmasının inandırıcı olmadığını qeyd edib:

"Bakı Slavyan Universitetində korrupsiya faktının olması o deməkdir ki, ali məktəblərdə nəzarət mexanizmi 0-a bərabərdir. İnandırıcı deyil ki, universitetdə hansısa işçinin fəaliyyətindən rəhbərliyin xəbəri olmasın, yaxud da nəzarət etməsin. Hər iki halın ayrı-ayrılıqda baş verməsi çox acınacaqlıdır. Demək ki, rəhbərlik işini yaxşı görə bilmir, ya da özünün də maddi maraqları var. Bizdə təhsil müəssisələri diplom verməyin marağındadır, təhsil verməyin yox” .

"Universitet idarəçiliyində ciddi problem var..”

İctimai xadim Bəxtiyar Hacıyev korrupsiya məsələsi ilə bağlı qanunvericilikdə boşluğun olduğunu diqqətə çatdırıb:

"Ümumiyyətlə ölkədə dələduzluq halları artıb. Belə hal isə bu sahə ilə bağlı qanunvericilikdə ciddi boşluqların olması anlamına gəlir. Dələduzluq əməlini törədənlərin cəzasız qalması və digər faktorlar korrupsiyanın yayılmasına səbəb olur.

Ali məktəblər də bu ölkənin və sistemin bir hissəsidir. Orada belə halın olması həm ümumi idarəçilikdə, həm də qanunvericilikdə boşluqların olmasına görədir. 140 min AZN ən azı 50 tələbənin təhsil haqqı deməkdir. Əgər universitetdə bu qədər tələbənin təhsil haqqı ödənməyib, bir rəsmi şəxsdə toplanıbsa bu da həmin müəssisənin idarəçiliyində ciddi problemin olmasına işarədir”.

Politoloq Fərhad Mehdiyev isə korrupsiya ortaqlarının həbs edilməsi təklifini irəli sürüb:

"Təhsil müəssisələrində korrupsiya ilə bağlı ciddi nəzarət yoxdur. Korrupsiya faktı aşkarlananda isə həmin şəxs sadəcə vəzifədən uzaqlaşdırılır. Biz real olaraq kiminsə həbs edildiyini görmürük. Əgər korrupsiyaya yol verən şəxs həbs edilsəydi, biz bu kimi hadisələrin şahidi olmazdıq. Azərbaycanda rüşvət almağın cəzası həbs olmalıdır, vəzifədən azadedilmə yox.

İndi bəzi dekanlar mübarizə metodu kimi rüşvət alan müəllimə dərs saatı vermir və bu yolla onu cəzalandırır. Çox təəssüf ki, "cəza” tədbiri də sadəcə bununla yekunlaşır. Bunun da səbəbi idarəetmənin müxtəlif pillələrində qohumluq əlaqələrinin olmasıdır.

Bizdə ənənəvi, həm də sistematik qayda olmalıdır ki, rüşvətə yol verilməsin və bu kimi problemlər yaranmasın. Mənimsəmənin əvəzi olaraq azadlığın itirilməsi olsaydı, rüşvət halları ilə rastlaşmazdıq. Əgər bu qanun qəbul edilməsə biz korrupsiyanın qarşısının alındığını görməyəcəyik”.
Sfera.az

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər