Sosial

Azərbaycanda bu şəxslərə gediş haqqı ilə bağlı güzəşt ediləcək - “Prosesin sürətlənməsi üçün...”
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
Xəbər verdiyimiz kimi, İstanbulda 5 yaşa qədər uşaqlar və anaları üçün ictimai nəqliyyatda gedişhaqqı olmayacaq. İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu bildirib ki, qərar bələdiyyə məclisi tərəfindən yekdilliklə qəbul edilib. 
Azərbaycanda da güzəştli gediş haqqı məsələsi vaxtaşırı müzakirə edilir. Bəs bizdə də belə bir qərar qəbul oluna bilərmi?

Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert İlqar Hüseynli "Yeni Sabah”a açıqlamasında bildirdi ki, ekspertlər bu barədə təkliflər irəli sürüblər:
"Bizim bununla bağlı təkliflərimiz mövcuddur. Bu qanun hələ İstanbulda qəbul olunmamışdan əvvəl bu barədə ekspertlər olaraq təklif irəli sürmüşdük. Birinci növbədə, məktəb yaşınadək uşaqlar və onların valideynləri nəqliyyat ödənişlərindən güzəştli kartlar vasitəsilə azad olunmalıdır. Bu qərar vətəndaşları sosial imkanlarının artırılması baxımından əhəmiyyətli qərardır. Eyni zamanda Türkiyənin belə bir təcrübəsi var ki, tələbə və şagirdlər güzəştli ödənişlərlə, təxminən gediş haqqının yarısını ödəməklə ictimai nəqliyyatdan istifadə edir. Çox yaxşı olardı ki, bu Azərbaycanda da tətbiq olunsun. Bu həmçinin aztəminatlı ailələrin və sosial vəziyyətlərinin zəif olduğu ailələr üçün də keçərlidir”. 

Nəqliyyat eksperti gələcəkdə Türkiyədəkinə oxşar qaydaların Azərbaycanda da tətbiq oluna biləcəyini istisna etməyib:

"Hər şey, bu məsələyə birbaşa cavabdeh olan dövlət orqanlarının münasibətindən asılıdır. Tarif Şurasına nə qədər tez təklif göndərsələr, bu bir o qədər tez baş verə, proses sürətlənə bilər. Amma konkret vaxtla bağlı fikir bildirmək çətindir. Təklifləri biz veririk, artıq onu dəyərləndirmək və qərar vermək dövlət orqanlarının işidir. Burada həm BNA-nın, həm də  "Bakı Kart”ın mövqeyi olmalıdır. Onlar da hansısa məsrəflərin qarşılanması ilə əlaqədar öz maliyyə mənbələrini nəzərdən keçirməli, datasiya imkanlarını müzakirə etdikdən sonra qərar verməlidirlər”. 

Son xəbərlər

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

Bütün xəbərlər