Gündəm

AYNA-nın marşrut “islahatı”: Bir addım irəli, iki addım geri...

MUMtv.az: - Bugünlərdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bəzi marşrutlarla bağlı islahatlar həyata keçirdi ki, bu islahatlar123 və 985 nömrəli marşurutları da əhatə etdi. Nəticədə Sumqayıt-Binəqədi istiqamətində fəaliyyət göstərən 985 nömrəli marşurut ləğv edildi. Bununla da Novxanı kəndi alternativ nəqliyyat vasitəsindən məhrum oldu. Çünki 985 nömrəli marşurut Binəqədinin mərkəzinə qədər fəaliyyət göstərirdi ki, bu da Novxanı kənd sakinlərinə buradan paytaxtın müxtəlif məkanlarına getmək imkanı verirdi. Lakin 985 nömrəli marşurutun ləğvi Novxanı sakinlərini yalnız 123 nömrəli marşurutun ümidinə qoymuş oldu. Fəqət problem bununla da bitmədi.

Əvvəllər Novxanı çimərliyi - “Azadlıq” metrosu istiqamətində fəaliyyət göstərən 123 nömrəli avtobusun hərəkət məsafəsi Sumqayıta qədər uzadıldı. Bu isə xəttə əlavə avtobuslar buraxmaq zərirətini meydana çıxardı. AYNA problemin həlli üçün xəttə 15 ədəd avtobus buraxdığını bəyan etdi. Lakin elə ilk gündən bəlli oldu ki, bunlar sərnişindaşıma potensialı məhdud olan xırda tutumlu avtobuslardır. Bu avtobuslar o qədər yığcamdır ki, onların içində ayaq üstdə yol getmək demək olar ki, mümkünsüzdür. Nəticədə, dayanacağa yaxınlaşan avtobusa vətəndaşların yalnız bir qismi minə bilir ki, bu da digər vətəndaşların haqlı etirazına səbəb olur.

Bundan başqa, islahatdan sonra 123 nömrəli marşurutda kart sistemi ləğv edilib ki, bu da geriyə doğru addım kimi xarakterizə oluna bilər. Çünki məlum islahata qədər 123 nömrəli marşurutda gediş haqqı kart vasitəsilə ödənilirdi.

Bir sözlə, görünən odur ki, AYNA-nın islahatı Novxanı kəndi və ətraf bölgələrin sakinlərini marşutut üzünə həsrət qoyub. Sakinlər ümid edir ki, AYNA xeyrindən çox ziyanı olan bu islahata lazımi düzəlişlər edəcək, 985 nömrəli marşurutu bərpa etməklə insanları nəqliyyat blokadasından çıxaracaq.//Moderator.Az


Son xəbərlər

Rəsmilərin Zəfər Günü ilə bağlı keçirdiyi tədbirdən qeyri-rəsmi FOTOLAR

Sosial şəbəkələrdə yeni dələduzluq növü yayılıb? - "Bu məlumatı yaymaqla..." - AÇIQLAMA

51 yaşlı Əməkdar artist Azərbaycanı gözəllik yarışmasında təmsil edəcək

Nazirliyin tabeliyindəki kollec və peşə məktəblərinin siyahısında dəyişiklik edildi

İranda etiraz əlaməti olaraq soyunan tələbə ruhi xəstəxanaya göndərildi

Şahzadə Uilyam ailəsindəki problemlərdən danışdı: "Həyatımın ən çətin ili idi"

DİM ədliyyə orqanlarına qəbulla bağlı namizədlərə müraciət etdi

İsrail səfirliyi Azərbaycanı təbrik etdi

Bələdiyyələrin sayı azaldıldı: Xidmətdə keyfiyyət artacaqmı? - AKTUAL

Rusiyadakı soydaşlarımız üçün TƏHLÜKƏ... - NƏ BAŞ VERİR?

"Gənclərə nümunə olacaq əsl yeniləşmə və inkişaf buna deyərlər..." - AXI NİYƏ?..

Yeni BAHALAŞMA: Dönərlərin qiyməti artacaq – İnsanları zəhərləyən...

"Artıq yetər savadsız həkimlərin səhvindən əzizlərimizi itirməyimiz..." - ETİRAZ VAR...

Qazaxıstanda helikopter qəzası

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tayvan Çinə çip tədarükünü məhdudlaşdırır

ICC təcavüzdə ittiham olunan prokuror Kərim Xanı araşdıracaq

Dövlət rəsmiləri COP29-a görə Azərbaycana gəlirlər - FOTO

Polis əməkdaşları 11 kq-dan çox narkotik vasitə aşkarlayıblar

Satışda zəhərli uşaq paltarları aşkarlandı — Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır

“Azercell” pay kontur göndərməyə görə xidmət haqqını yarıbayarı artırır

Bəzi yerlərdə leysan yağıb - FAKTİKİ HAVA

Bakıda 15 marşrut xəttinin fəaliyyəti dayandırılır

“Səbail” “Turan Tovuz”la, “Sabah” “Kəpəz”lə üz-üzə

"Bu hallar qəzaların baş vermə riskini artırır" - DYP

"Avropa İttifaqı sağ qalmaq üçün..." - Borrell

Rusiya XİN Zelenski rejimini terrorda ittiham etdi

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Alqoloq Vüsal Eyvazovun "pul tələsi" - ŞİKAYƏT

Yol polisindən sürücülərə MÜRACİƏT

8 milyona satılan restoran hansı keçmiş məmurundur? — FOTO

Saleh Məmmədovun müşavirinin oğlu da ölkədən pul çıxarıb? - “Siracoglu” MMC hakim qarşısında

Bütün xəbərlər