Gündəm
Gündəm / Cəmiyyət
İki marşrutun hərəkəti müvəqqəti dəyişdirilib
Binəqədi rayonunda baş verən partlayışla əlaqədar iki marşrutun hərəkəti müvəqqəti dəyişdirilib.
"MUMtv.az" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, 3 və 88 nömrəli marşrut avtobuslarının hərəkət sxemində müvəqqəti dəyişiklik olunub.
Qeyd edək ki, bu gün Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən sexdə partlayış-yanğın baş verib.