Gündəm
Gündəm / Cəmiyyət
Sürücülərdən sərnişinlərə qarşı hörmətsizlik
Bu marşrut avtobusları narazılıq yaradır.
"MUMtv.az" bildirir ki, 57 və 42 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusların sürücüləri sərnişinlər arasında narazılıq yaradırlar.
Vətəndaşlar bildirir ki, hər iki marşrut avtobuslarının sürücüləri həmişə vətəndaşlara qarşı hörmətsizlik edirlər. Bütün gün siqaret çəkirlər. Çəkməməyi xahiş etdikdə isə, sürücülər "xoşun gəlmir, düş taksi ilə get" cavabını verirlər.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
MUMtv.az
Sərdar Məhəmmədoğlu