Gündəm

İki ölkə öz vətəndaşlarını Yeni Kaledoniyadan təxliyə edir

Yeni Zelandiya hökuməti mayın 13-dən iğtişaşların davam etdiyi Yeni Kaledoniyadan öz vətəndaşlarını təxliyə etməyə başlayır.

"MUMtv.az” xəbər verir ki, bunu Yeni Zelandiyanın xarici işlər naziri Uinston Peters deyib.

Onun sözlərinə görə, yaxın günlərdə Numeadan Oklendə uçuşlar planlaşdırılır:

"Yeni Kaledoniyadakı vətəndaşlarımız çətin bir neçə gün keçirdilər və onları evə çatdırmaq hökumətin əsas prioritetidir. İlk uçuş mayın 21-nə planlaşdırılıb. Yaxın günlərdə daha çox uçuş təşkil etmək üçün Fransa və Avstraliya ilə işləyirik”. Yeni Zelandiya Konsulluğu növbəti uçuşlar üçün tam sərnişin siyahıları hazırlayacaq.

Avstraliya da Yeni Kaledoniyadan vətəndaşlarını təxliyə etmək üçün iki uçuş həyata keçirəcək. Bu barədə Avstraliyanın xarici işlər naziri Penni Vonq bildirib:

"Avstraliya vətəndaşlarını və digər ölkələrdən gələn turistləri Yeni Kaledoniyadan təxliyə etmək üçün iki reys həyata keçirməyə icazə almışıq. Xarici İşlər Nazirliyi konsulluqda qeydiyyatda olan avstraliyalılarla əlaqə saxlayır və repatriasiya ehtiyaclarına əsasən sərnişinlər ayırır”.

Nazir həmçinin qeyd edib ki, Avstraliya hökuməti ehtiyacı olan hər kəsin Yeni Kaledoniyadan təxliyə edilməsinə imkan verəcək əlavə uçuşların təşkili üzərində işləməyə davam edir.

Hazırda 300 Avstraliya vətəndaşı konsulluqdan qeydiyyatdan keçib və iğtişaşlar başlayandan sonra vətənlərinə qayıtmaq üçün kömək istəyib.


Son xəbərlər

Beyrutda ölənlərin sayı açıqlandı

Milli Məclisdə yeni komitələr yaradıla bilər

Ürək sağlamlığını necə qoruyaq?

Üç saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı iddialar nəzarətə götürülüb

İlham Əliyevin açılışını etdiyi Xankəndindəki məktəbin GÖRÜNTÜLƏRİ

Prezident maltalı həmkarını təbrik etdi

219 nömrəli məktəb bağlanır? - Rəsmi açıqlama

Xətaidə bu gün su olmayacaq

Maşın bazarında bu avtomobillərin qiyməti artdı - VİDEO

Qazaxıstanda həbsxanada məhbuslar iğtişaş törədib

Azad olunmuş ərazilərimizdə çox sayda silah-sursat aşkarlandı

20 il əvvəl edilən tatu qaraciyər sirrozuna səbəb oldu

Rüşvətə görə həbs olunan məmurun barəsində daha bir cinayət işi başlandı

Həmkəndlisinin evindən oğurluq edən Oğuz sakini saxlanıldı

Bu gün Konstitusiya Məhkəməsi seçkilərin nəticələrinin təsdiqlənməsinə baxacaq

Bu ölkə Livandakı vətəndaşlarının təxliyəsinə başladı

Paşinyandan erməni diasporuna xəbərdarlıq

Kredit maaş kartından birbaşa tutula bilərmi?

"Nazirlərin “3+3” formatında görüşü üçün iş aparılır" - Zaxarova

BU NƏDİ BELƏ: Nazirlik bir ədəd şagird partasının təmirinə 106 manat xərcləyəcək - İcazə verin, şübhələnək...

Azərbaycanda dollar bahalaşacaq? - AÇIQLAMA

“Zığ” Sağlamlıq Mərkəzində ağır şəkər xəstəsinə dərman verilmir - NARAZILIQ VAR...

Elman Rüstəmovun həbsdəki şərikinin SENSASİON MƏKTUBU üzə çıxdı - Bizdən 10 milyon pul, 2 milyonluq mənzil aldı!

"Hər səhər mətbuatla tanış oluram" - Prezident

İnternetin qiyməti ilə bağlı DAHA BİR QALMAQAL - ŞOK SAXTAKARLIQ!

Müəmmalı “ZN TRADE” MMC 12 günə 23 milyonluq dövlət sifarişlərini necə və kimlərin əli ilə əldə edə bilib - İLGİNC FAKTLAR

İtkin şəhid Mübariz Məmmədov torpağa tapşırıldı

Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmov dəfn olundu

"Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar" - Prezident

Üç kollecə direktor təyin edildi

Prezident tələbələrlə görüşdə hərbçilərimizin qəhrəmanlığından danışdı

Sabunçu Rayon İcra Hakimiyyəti məhkəməyə verildi

Bütün xəbərlər