Gündəm
Gündəm / Dünya
Rusiyanın XİN başçısı: “Dünyada silahlanmanın yeni mərhələsi başlayıb”
“AUKUS nüvə silahının yayılmamasına mane olmur”.
MUMtv.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov martın 1-də keçirdiyi mətbuat konfransında deyib.
“Bu qurum gərginlik yaradır və silahlanma yarışının yeni mərhələsi başlanır”, – o bildirib.
Qeyd edək ki, AUKUS 2021-ci il sentyabrın 15-də Avstraliya, Böyük Britaniya və ABŞ arasında imzalanan üçtərəfli təhlükəsizlik paktıdır. Pakta əsasən, ABŞ və Britaniya Avstraliyanın nüvə enerjisi ilə işləyən sualtı gəmilərinin hazırlanmasında və yerləşdirilməsində Qərbin Sakit okean bölgəsindəki hərbi varlığının artmasına kömək göstərməyi qəbul edirlər.