Gündəm

QAZAX: SALLAQXANADA ƏVVƏL HEYVANI KƏSIR, SONRA CƏMDƏYINI “MÜAYINƏ” EDIRLƏR

MUMtv.az: - Prezident İlham Əliyevin “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” 11 iyun 2018-ci il tarixli Sərəncamına əsasən ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir (stasionar, modul və mobil tipli) kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması, istehlakçıların hüquqlarının müdafiəsi, qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin sistemli və kompleks şəkildə həyata keçirilməsi məqsədilə lazımi tədbirlər görülür. Sərəncamda əksini tapan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yerli icra hakimiyyəti orqanları ilə birlikdə sahibkarlıq subyektlərini cəlb etməklə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir (stasionar, modul və mobil tipli) heyvan kəsimi məntəqələrinin yaradılması (sakinlərin sıxlığı və onlar üçün əlverişli sahələr nəzərə alınmaqla) ilə bağlı məqsədyönlü işlər görülür.

QAZAX: SALLAQXANADA ƏVVƏL HEYVANI KƏSIR, SONRA CƏMDƏYINI “MÜAYINƏ” EDIRLƏR

Lakin Qazax rayonunda həmin Sərəncamdan irəli gələn vəzifələrin uğurla icra olunması yolunda bürokratik əngəllər var. Belə ki, Qazaxda 300 kvadrat-metrlik sahəni əhatə edən kəsim məntəqəsi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Tovuz Regional İdarəsinin rəisi tərəfindən bağlanılaraq onun əvəzində 80 kvadrat-metrlik yeni müəssisə ilə muqavilə imzalanmışdır. Bu qərar məgər inkişafa hesablanib?
Əsla yox!

Bildirilir ki, kəsim məntəqəsinə yollanan qəssablar vəziyyətdən narazıdırlar. Dəfələrlə Qazax ət kəsimi məntəqəsində məhz şəraitsizlik və darısqallıq üstündə qəssablar və obyekt sahibi, eləcə də qida mütəxəssisləri arasında dava düşüb. Qəssablar bildirirlər ki, belə getsə, məntəqədə heyvan yox, insan insanı kəsib öldürəcək.

Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşovun bu kimi məsələləri dərhal yerində həll etdiyini eşitmişdik. Əvvəllər olurdu ki, icra başçısı AQTA Tovuz Regional bölməsinin rəisi, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, Rayon Baytarlıq İdarəsinin müdiri ilə birlikdə məntəqəyə baxış keçirirdi. Ət kəsimi və satışı ilə məşğul olan sahibkarların iştirakı ilə məntəqədə mövcud şəraitlə maraqlanırdı. Rayon rəhbəri ət kəsimi və satışı ilə məşğul olan sahibkarları Qazax Ət Kəsimi Məntəqəsinin fəaliyyətindən yararlanmağa çağırırdı, sahibkarlara vətəndaşların sağlamlığının qorunması sahəsində qida təhlükəsizliyi tələblərinə riayət etmələri ilə bağlı tapşırıq verirdi. Amma deyəsən icra basçısının əlaltıları bu dəfə problemin ona catmasına manecilik törədirlər. Yəqin, özlərinin maraqları var.

“Dəryaz” qəzeti redaksiyasına göndərilən video-görüntülərdən məlum olur ki, ağ xalatlı baytar həkim kəsimə gətirilmiş heyvanı diri halında deyil, başı kəsiləndən sonra “müayinə” edir, sonra da cəmdəyin qulağına plombir aləti ilə “sağlamlıq” möhürü vurur. Halbuki, heyvanların tam sağlam olduğuna əmin olduqdan sonra kəsiminə icazə verilməlidir. Heyvanın daxili orqanlarında problemlər aşkarlananda onların istifadəsinə icazə verilməməli, şübhəli məqam olduqda dərhal nümunələr götürülməli, orqanoliptik müayinə üçün laboratoriyaya göndərilməli, yekun cavab gözlənilməlidir.

Məntəqədə çoxlu miqdarda qan gölməçələrinin olması adi hala çevrilib. İşçi sahənin azalması yuxarıda qeyd etdiyimiz kimi, təkcə qəssablar arasında dava düşməsinə səbəb olmur, həm də antisanitariya tədbirlərini effektiv həyata keçirməyə mane olur.

Ümidvarıq ki, bu məqalədən sonra cənab Rəcəb Babaşov işdən hali olacaq. Qidamıza zəhər qatanların bu kimi çirkin oyunlarına rayon rəhbərinin icra başçısının son qoyacağına inanmaq istəyirik.

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzini də “Qazax – Ət” ASC -yə dəvət edirik. Çünki göz önündə olan antisanitariyanın vəd etdiyi fəsadlara görə onlar da məsuliyyət daşıyacaqlar.//Deryaz.az


Son xəbərlər

Fəzilət şairi XALİDƏ HİCRAN - IV HİSSƏ

“Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti

Bakının mərkəzində təhlükəli vəziyyət

Anar Rzayev qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir?

İran mediası ADY-dəki məsələdən yazdı

“Erməni zabitlər döyüş mövqelərini qoyub, qaçıblar”

Putin Ukraynaya ultimatum verdi – ŞƏRTLƏRİ

Çox isti içkilər içmək xərçəng riskini artırır

Vətəndaşlarımız bu ölkələrdə insan alverinin qurbanı olublar

1 600 manatadək artırılan müavinət kimlərə ödənilir? - AÇIQLAMA

Paraqvayda qəribə dəyişiklik: Bir icma öz ənənələrini unuda bilərmi?

Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Azərbaycanda səfərdədir

Trampın İstanbula getmək istəməsinə Zelenskidən reaksiya

Səs yazısı yayılan direktor işdən çıxarıldı

Qoşunları sərhədlərdən çıxarmaqla bağlı razılığa gəldilər

Fəzilət şairi XALİDƏ HİCRAN - III HİSSƏ

Sahib Məmmədovun “agent ovu”: Həmkarlar İttifaqı Konfederasiyasında nə baş verir?

Kreditlərlə bağlı vacib xəbər: Faizlər bərabər bölünə bilər – AÇIQLAMA

Nərimanovda "Gold Residence" sakinlərin yolunu kəsib-Təcili yardım və yanğınsöndürmə avtomobilləri girişi mümkün deyil

Mahayət Nəbiyevin qardaşı ölkədən nə qədər valyuta çıxarıb?

28 May münasibətilə əfv fərmanı gözlənilir - 700-dən çox müraciət

Yasamalda növbəti qanunsuz tikinti – Video

AZCON-da yeni təyinatın sirri: Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş

Rusiya Ukraynada daha bir ərazini ələ keçirdi

İlham Əliyevin məktubu Bəhreyn vəliəhdinə təqdim edildi

Sabah 28° isti olacaq

Avstraliyada yeni hökumət quruldu

Bu şəxslərə 20 milyon manata yaxın güzəştli kredit verilib

Azərbaycanda sosial xidmətlərin sayı artırıldı

Vətəndaşdan 15 min rüşvət tələb olundu - İDDİA //VİDEO

PKK ləğv edildi

Diqqətli olun! “Bolt” kartınızdn pul silə bilər – Foto

Bütün xəbərlər