Gündəm

Bakıda 10 qanunsuz heyvan kəsimi məntəqəsi aşkarlandı

 

 

Mumtv.az: - "Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli 199 nömrəli Sərəncamının icrası ilə bağlı olaraq baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədi üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət orqanları ilə birlikdə ardıcıl monitorinqlər, yoxlama-nəzarət tədbirləri həyata keçirir.

AQTA-dan verilən məlumata görə, aparılan müntəzəm yoxlama-nəzarət zamanı qanunsuz heyvan kəsimi fəaliyyəti ilə bağlı aşkar olunmuş faktlar üzrə məlumatlar Agentlik tərəfindən müvafiq tədbirlərin görülməsi üçün yerli icra hakimiyyəti orqanlarına göndərilsə də, bir sıra heyvan kəsimi məntəqələri qanunsuz fəaliyyətini hələ də davam etdirməkdədir.

2021-ci il 24 iyun tarixində Bakı şəhərinin Pirallahı və Xəzər rayonları üzrə keçirilən monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onlardan bəzilərinin qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub.

Həmin qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrinin ünvanları aşağıdakılardır:

Pirallahı rayonu üzrə:

1. Bakı şəhəri, Pirallahı rayonu,Səməd Vurğun küç. 14 ünvanında yerləşən, fiziki şəxs Alyarov Səyavuş Müsavi oğluna məxsus heyvan kəsimi məntəqəsi;

2. Bakı şəhəri, Pirallahı rayonu, Kamil Rzayev küç. 40 ünvanında yerləşən, fiziki şəxs Cəfərov Cəfər Eyyub oğluna məxsus heyvan kəsimi məntəqəsi;

3. Bakı şəhəri, Pirallahı rayonu, Kamil Rzayev küç. 6 ünvanında yerləşən, fiziki şəxs Atakişiyev Laçın Atakişi oğluna məxsus heyvan kəsimi məntəqəsi;

4. Bakı şəhəri, Pirallahı rayonu, Əzizbəyov küç.17 ünvanında yerləşən, fiziki şəxs Əliyev Rafiq Bulud oğluna məxsus heyvan kəsimi məntəqəsi;

5. Bakı şəhəri, Pirallahı rayonu, Əzizbəyov küç. 90 ünvanında yerləşən, fiziki şəxs Həsənov Arif Şahlar oğluna məxsus heyvan kəsimi məntəqəsi;

6. Bakı şəhəri, Pirallahı rayonu, Yavər Əliyev küç. 26 ünvanında yerləşən , fiziki şəxs Məmmədli Qoşqar Qnyaz oğluna məxsus heyvan kəsimi məntəqəsi;

7. Bakı şəhəri, Pirallahı rayonu, Süleyman Bağırov küç. 3 ünvanında yerləşən, fiziki şəxs Səfərov Zaur Faiq oğluna məxsus heyvan kəsimi məntəqəsi.

Xəzər rayonu üzrə:

1. Bakı şəhəri, Xəzər rayonu, Zirə qəs., Şirvani küç.3 ünvanında yerləşən, fiziki şəxs Əzimov Oktay İsmayıl oğluna məxsus heyvan kəsimi məntəqəsi;

2. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəs., Xanlar küçəsində yerləşən , fiziki şəxs Bayramov Ənnağı Mahir oğluna məxsus heyvan kəsimi məntəqəsi;

3. Bakı şəhəri, Xəzər rayonu, Zirə qəs., Şirvani küçəsində yerləşən, fiziki şəxs Hüseynov Azər Əmir oğluna məxsus heyvan kəsimi məntəqəsi.

Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.//axar.az


Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər