Gündəm

Bakıda marşrutlar üzrə daşıyıcı şirkətlərin dəyişdirilməsi lazımi effekti verirmi?"Bakı şəhərində müxtəlif marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcı şirkətlər lazımi tələblərə cavab vermədikdə Bakı Nəqliyyat Agentliyi (BNA) həmin daşıyıcı ilə müqaviləyə xitam verir. Bu isə, heç də həmişə daşıyıcı şirkətlər tərəfindən birmənalı qarşılanmır"

Bu sözləri fins.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib:

 

"Bakıda fəaliyyət göstərən marşrut xətlərinin istismarı müxtəlif daşıyıcı şirkətlər tərəfindən həyata keçirilir. Həmin şirkətlərin fəaliyyətinə nəzarət isə Bakı Nəqliyyat Agenltiyinin (BNA) səlahiyyətindədir. Bu daşıyıcı şirkətlərin fəaliyyəti qənaətbəxş olmadıqda, müəyyən hüquqi və ictimai tələblərə cavab vermədikdə Bakı Nəqliyyat Agentliyi bir nəzarətedici və səlahiyyətli qurum olaraq həmin şirkətlərə müraciət edərək zəruri məsələləri həll etməsini istəyir: köhnə avtobuslar yeniləri ilə əvəz edilsin, digər məsələlər həll olunsun. Lakin bunlar olmadıqda BNA şirkətlə müqaviləyə xitam verir. Bu zaman həmin marşrut xətti bir daşıyıcı şirkətdən alınaraq başqa bir daşıyıcının istismarına verilir. Bu cür əvəzləşdirilmə isə heç də həmişə daşıyıcı şirkətlər tərəfindən birmənalı qarşılanmır. Məsələn, son vaxtlar bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən Bakı Nəqliyyat Agentliyinin bəzi şirkətlərə qərəzli münasibət bəsləməsi iddia olunur".

"Xatırlatmaq istəyirəm ki, bir müddət öncə marşrut xətti analoji vəziyyət olmuş, yəni avtobusları köhnə olan şirkətlə müqaviləyə xitam verilərək həmin xətt başqa bir daşıyıcının istismarına verilmişdi. Söhbət 64 nömrəli marşrut xəttindən gedir. Belə ki, 2018-ci ilin dekabr ayına qədər 64 nömrəli marşrut xətti üzrə istifadə edilən avtobusların vəziyyəti qənaətbəxş deyildi. Xüsusən Günəşli qəsəbəsi istiqamətində gündəlik ictimai nəqliyyatdan istifadə edən sərnişinlər yəqin ki, bu xətt üzrə avtobusların əvvəlki vəziyyətini yaxşı xatırlayır. Avtobuslar texniki göstəricilərə uyğun gəlmir və təhlükəsizlik tələblərinə cavab vermirdi. Xarici görünüş etibarilə də avtobusların vəziyyəti xoşagəlməz təsir bağışlayırdı. Belə olan halda BNA həmin daşıyıcı ilə müqaviləyə son qoyub xətti başqa bir daşıyıcının istismarına verdi. Yalnız bundan sonra yeni daşıyıcı tərəfindən xəttə təzə, müasir standartlara uyğun və lazımi tələbləri qarşılayan avtobuslar buraxıldı" – deyə eskpert əlavə edib.

Qeyd edək ki, həmin marşrut xətti üzrə daşıyıcının əvəzlənməsi barədə verdiyi açıqlamada BNA daşıyıcının fəaliyyəti qənaətbəxş olmadığını, dəfələrlə Agentliyə 64 saylı marşrut üzrə sərnişindaşımanın keyfiyyətinin aşağı olması, qeyri-peşəkar sürücülərin avtobusları idarə etməsi, avtobusların texniki cəhətdən qoyulan tələblərə cavab verməməsi ilə bağlı şikayətlər daxil olduğunu qeyd etmişdi.
Bakıda marşrutlar üzrə daşıyıcı şirkətlərin dəyişdirilməsi lazımi effekti verirmi?Bakıda marşrutlar üzrə daşıyıcı şirkətlərin dəyişdirilməsi lazımi effekti verirmi?

Sosial   Baxılıb: 450   Tarix: 18 fevral 2020 

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər