Gündəm

Şərurlu İsfəndiyara cinayət işi açılacaqmı? – Həm təhqir edir, həm təhdid…

MUMtv.az: - Məlum olduğu kimi, Bakının Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən “Şərur MTK” yaşayış kompleksində lift qırılıb.
Xəsarət alan 8 nəfər şəxsdən (5-i qadın, 3-ü kişi olmaqla) 7 nəfəri Sabunçu Tibb Mərkəzinə, 1 nəfəri Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Anaxeber.info yada salır ki, hadisə ötən həftə olub.

Sakinlərin sözlərinə görə, liftlər nasazdır, tez-tez xarab olur, həyati təhlükə yaranır. Onlar yerli telekanallara şikayətində deyiblər ki, liftlərin yenilənməsi üçün dəfələrlə binaların komendatına bildirilib, amma faydası olmayıb. Bu azmış kimi, hadisəyə görə şirkət rəhbəri İsfəndiyar Axundov liftdən istifadə edənləri günahlandırıb. İddia edib ki, tros qırılmayıb, sadəcə, götürmə yükündən daha çox insan eyni anda liftə mindiyi üçün bu hadisə yaşanıb. Yəni utanmasan oynamağa nə var ki?! Şərurlu İsfəndiyar kimi tanınan iş adamına isə kiminsə inanması qəribə olardı. Onun adı indiyə qədər o qədər qalmaqallı işlərdə hallanıb ki, verdiyi bu açıqlamaya kimsə aldanmaz. İ.Axundovun adı mənzil fırıldağı, keyfiyyətsiz bina, tikintisi və digər məsələlərdə çəkilib. İnternet resurslarında saysız-hesabsız faktlara rast gəlmək mümkündür. O baxımdan liftin qırılmasında sakinləri qınamaq onun özünə yaraşan açıqlamadır. Üstəlik, ağır çəkili şəxslərin liftə mindiyini və bu problemin yaşandığını açıqlayıb. Halbuki telekanallara danışan sakinlər deyirlər ki, hər həftə liftlər xarab olur, bir sakin liftə minəndə, digəri gözləməyə məcbur qalır. Ümumiyyətlə, “Şərur” MTK-da binalarla maraqlanan, sakinlərin taleyinə diqqətlə yanaşan kimsə yoxdur. Ona görə ki İsfəndiyar Axundov artıq bu binaları təhvil verib, heç maraqlanmır, yeni qazanc mənbələri axtarışındadır. Hərçənd, bu hadisəyə görə ona cinayət işi açıla bilər. Hüquqşünasların rəyi budur ki, liftin qırılması nəticəsində insanlar ölə bilərdi, bəxti gətirib ölümdən dönüblər. Amma bu, Şərurlu İsfəndiyarı məsuliyyətdən azad etmir. Hazırda Xətai rayon prokurorluğu araşdırma aparır, lakin ilk gündən cinayət işinin açılmasına zərurət yaranmışdı. Üstəlik, Axundov insanları təhqir edərək deyib ki, onlardan biri 150 kq olub. Sözsüz ki, bu yalandır. Və bunu kimin deməsi də qəribədir. Bütün hallarda işə hüquqi qiymət verilməlidir. Söhbət 8 insanın aqibətindən və xəsarət almasından gedir. Eyni zamanda, şansı gətirib ölməyən bu sakinlərin sayəsində indi bütün binaların liftləri yenilənməlidir, təhlükəsizlik təmin olunmalıdır.

Onu da deyə ki, Şərurlu İsfəndiyar ləqəbli tikinti maqnatı İsfəndiyar Axundovun qaranlıq biznes şəbəkəsi ilə bağlı zaman-zaman məlumatlar yayılıb: inşa etdirdiyi yeni tikililərdə bir mənzili beş adama satmaq; fırıldaq yolu ilə insanların milyonlarla pulunu mənimsəmək və s. Bu şəxsin adının qarşısına bütün qeyri-qanuni əməlləri düzmək mümkündür. Amma nə fayda?! Bütün bunlara rəğmən, İsfəndiyar Axundov eyni fəaliyyəti davam etdirməkdə davam edir. “Şərurlu İsfəndiyar”ın keçmiş MTN şefi Eldar Mahmudovla qaranlıq əlaqələrə malik olduğuna dair xəbərlər də yayılmışdı. //Anaxeber.info

Son xəbərlər

Vüqar Səfərli hər şeyini geri istəyir

Prezidentdən deputatla bağlı SƏRƏNCAM

Bu tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI

Murad Dadaşov həyat yoldaşı ilə - FOTO

Əhməd Əhmədzadənin Nazirlər Kabinetindəki vəzifəsi dəyişdi

AYNA-nın Ramin Əliyev KABUSU – Anar Rzayevin yaxın adamı Tarqovıda “AT OYNADIR”

Bazar gününə olan hava proqnozu

Siqaretlə bağlı cərimələr kəskin artırılır

Generalın sənətçi qızının sürücülük hüququ məhdudlaşdırıla bilər

Məişət tullantılarının kənar yerlərə atılmasına görə 7000 manat cərimə tətbiq olunacaq

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

Azərbaycan millisi növbəti oyununa çıxacaq

Prezident ailəsi film təqdimatında

Ailəli iş adamı evli işçisi ilə qoşulub qaçdı - GORANBOYDA ŞOK !!!

Tanınmış həkim generalın klinikasını məhkəməyə verdi - Əmək haqqı tələb edir

Ötən gün 32 cinayətin üstü açılıb

Azərbaycan nefti bahalaşdı

Ölkəsini tərk edən aktyor qızı üçün beş vətəndaşlıq almağı planlaşdırır

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

"Telegram" kütləvi nasazlığın səbəbini açıqladı

İkinci Gəncə terrorundan dörd il ötür

Makron Paşinyanla sülh sazişini müzakirə etdi

Azərbaycanda bu şəxslər 7 min manat cərimə ediləcək

136 nömrəli məktəbdə Müəllim Günü ilə bağlı pul yığılır - 20 manatdan

"Siz bəysiniz, biz isə rəiyyət..." - ETİRAZ VAR...

Daha iki vəzifəli şəxsə hökm oxundu - Yalnız 3 rayona getmək icazəsi verildi

İcra Hakimiyyəti yarım milyonu görün nəyə xərcləyəcək - "Bir sıra işlər..."

Argentina Folklend adalarını geri qaytarmaq istəyir

"Çalışın yola verin, səsi çıxmasın" - Saatlı sakinindən narazılıq

Qərbdən Ermənistanla bağlı Rusiyaya CAVAB

Səriyyə Qənbərova işdən çıxarıldı

Azərbaycanda bu şəxslərə 6 min manat ödəniləcək

Bütün xəbərlər