Gündəm

İsfəndiyar Axundov Prezidenti aldadıb: Fikrət Məmmədov ondan qorxur, qanunlar isə işləmir
 
Adı hər zaman qalmaqallarda, dələduzluqda və digər mənfi olaylarda hallanan İsfəndiyar Axundovun başı yenə cəncəldədir. Onun biznesi ilə bağlı həmişə ciddi suallar olub və yenə də var. "Google”da kiçik axtarış aparmaq kifayətdir ki, onun adının mənzil dələduzluğuna dair saysız-hesabsız qalmaqallarda çəkildiyinə, tikinti kooperativləri tərəfindən aldadılaraq pulları əllərindən alınmış çoxsaylı vətəndaşların prezidentdən başlamış ən müxtəlif instansiyalara yazdıqları saysız-hesabsız şikayətlərdə baş rolda yer aldığına şahid olasan. Biz də cumhuriyyet.az olaraq İsfəndiyar Axundov və onun rəhbəri olduğu "Şərur” MTK şirkətinin bir dələduzluq faktına diqqət salacağıq. Söhbət Prezidenti aldatmaqdan, dövlətə meydan oxumaqdan gedir.
2011- ci ildə "MUR-AY” MMC-nin vətəndaşlara yaratdığı ciddi problem ölkə rəhbəri İlham Əliyevin diqqətini cəlb etmiş və problemin həll edilməsi üçün aidiyyatı dövlət qurumlarına müvafiq göstəriş vermişdir. 29 dekabr 2011-ci il tarixdə Bakı Şəhər İcra Hakimiyyəti başda olmaqla 17 dövlət qurum və təşkilatları, həmçinin "Şərur” MTK da bu problemin həllinə cəlb olunaraq birgə müqavilə imzalamışlar. Problemin həlli Bakı ŞİH-nin sərəncamı ilə "Şərur” MTK-ya tapşırılmış və "MUR-AY” MMC-nin bütün əmlakları o cümlədən müqavilə öhdəlikləri "Şərur” MTK-nın üzərinə qoyulmuşdur. Əlavə olaraq "Şərur” MTK-ya Yasamal rayonu, Kənar dairəvi küçəsi ünvanda (hazırda Məhəmməd Xiyabani küçəsi 11) 4 hektar torpaq sahəsı və on milyon (10 000 0000) AZN maliyə yardımı ayırlmışdır. Aidiyyatı dövlət orqanları da müqaviləyə uyğun olaraq Şərur” MTK-ya üzərlərinə düşən bütün digər yardımları etmişlər. Bunun müqabilində "Şərur” MTK-nın sahibi İsfəndiyar Axundov şəxsən imzaladığı bu müqavilənin 21-ci bəndinə uyğun olaraq "MUR-AY” MMC zərərçəkənlərini 2 il müddətdə, yəni geci 2015-cü ildə mənzillə təmin etməli idi. Lakin cumhuriyyet.az bildirir ki, "Şərur” MTK-nın rəbəri İsfəndiyar Axundov həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyinin bir qismini icra etsə də, zərərçəkmişlərə müxtəlif bəhanələrlə mənzil verməkdən imtina etmişdir.
Məhkəmə qərarlarından sonra Binəqədi Rayon İcra və Probasiya şöbəsi 2019-cu il sentyabrın 19-da icraata başlamaq haqqında qərar çıxarır. Məhkəmənin Qərarını İcra etməli olan Binəqədi Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru, I dərəcəli ədliyyə qulluqçusu Ələddin Hüseynovun imzaladığı qəra5rda açıq şəkildə göstərilir: "Borclu "Şərur” MTK-ya təklif olunsun ki, 10 gün müddətində icranı könüllü olaraq təmin etsin. İcra könüllü təmin edilmədikdə:
– borclu barəsində məcburi icra tədbiri görülsün;
– icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun əmlakı siyahıya alınsın və həmin əmlak üzərinə həbs qoyulsun”.
Qərarın çıxarılmasından 10 yox, 100 günə yaxın vaxt keçir, amma Ədliyyə Nazirliyinin əməkdaşları İsfəndiyar Axundova yaxın düşə bilmirlər. Halbu ki, çax az miqdarda bank, yaxud aliment borcu olan vətəndaş dərhal həbsə atılır. Bununla bağlı şikayətçilər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəisi Nurəddin Mustafayevin qəbulunda olsalar da, yüksək dövlət vəzifəsi daşıyan və faktiq olaraq dövlətin icra gücünün başında duran şəxs İsfəndiyar Axundova qarşı getməkdən çəkindiyini nümayiş etdirib. Şikayətçilərin cumhuriyyet.az-a bildirdiyinə görə N.Mustafayev söhbətdə açıq açığına İ.Axundovun güclü himayədarlarının olduğunu bildirib. Maraqlıdır bu ölkədə Prezidentin və Dövlət qanunlarından üstün güc kimdir? Əli hər yerdən üzülən zərərçəkmişlər Birinci Vitse Prezidentin qəbuluna gedərək ondan kömək diləyirlər.
cumhuriiyet.net
Teref.az olaraq cumhuriiyet.net saytının qaldırdığı problemlərlə bağlı qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Teref.az

Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər