Gündəm

Evlər yıxan tikinti kralı Şərurlu İsfəndiyar: Haram pullarla qurulan imperatorluğun detalları

MUMtv.az: - “Şərurlu İsfəndiyar” ləqəbli tikinti maqnatı İsfəndiyar Axundovun qaranlıq biznes şəbəkəsi ilə bağlı zaman-zaman məlumatlar yayılıb: inşa etdirdiyi yeni tikililərdə bir mənzili beş adama satmaq; fırıldaq yolu ilə insanların milyonlarla pulunu mənimsəmək və s. Bu şəxsin adının qarşısına bütün qeyri-qanuni əməlləri düzmək mümkündür. Amma nə fayda?! Bütün bunlara rəğmən, İsfəndiyar Axundov eyni fəaliyyəti davam etdirməkdə davam edir. “Şərurlu İsfəndiyar”ın keçmiş MTN şefi Eldar Mahmudovla qaranlıq əlaqələrə malik olduğuna dair xəbərlər var. Onun bütün qanunsuz və özbaşına fəaliyyətinin arxasında da məhz E.Mahmudov və onun şəbəkəsinin dayandığı deyilir.

Mediada yer alan iddialara əsasən cumhuriyyet.az bildirir ki, “Şərurlu İsfəndiyar” bir çox sahibkarı öz tərəfinə çəkir, onların pullarını mənimsədikdən sonra, qaranlıq əlaqələrindən istifadə edərək, həbs etdirib. “Şərurlu İsfəndiyar”ın qanunsuz yollarla qazandığı pulları ölkədən çıxararaq, xaricə “yatırımlar” etdiyi haqda da iddialar var. Xüsusilə onun İstanbulda tikinti biznesi qurduğuna və bu biznesi Azərbaycanda vətəndaşlarının pulları ilə idarə etdiyi bildirilir.

Bununla yanaşı, İsfəndiyar Axundovun oğlunun Avstraliyada və Afrikada zürafə alveri ilə məşğul olduğu məlumatda əksini tapıb. İş adamının oğlanları Allahverdi və Şahin Axundovlar sosial şəbəkələrdə “200” seriyalı lüks maşınların fotolarını payıaşırlar. Onların içərisində “Lamborghini Aventador”, “Ferrari 458 Speciale”, “Mercedes”, “Maseratti”, “Audi” və qeyd etdiyimiz kimi, “Bentley” var. Bu maşınların start qiyməti 300 mindən başlayır və 800 minə kimi qaldır. Bununla bağlı cumhuriyyet.az bildirir ki, bir neçə il əvvəl “Şərurlu İsfəndiyar”ın oğlu Allahverdi universitetə 650 min dollarlıq “Lamborghini Aventador” ilə getmişdi və bu medianın gündəminə düşmüşdü. O zaman bu hadisəyə “lap elə vertolyotum da var” deyə reaksiya vermişdi. Oxucuların yadına illər öncə baş vermiş bir kriminal hadisəni də salaq: İş adamının oğlu Şahin Axundov 2005-ci ildə Türkiyə səfirliyinin önündə Anar İsmayılovun avtomobilini gülləborana tutmuşdu. Həmin vaxt Prezident İlham Əliyevin məsələyə qarışması ilə Şahin Axundov həbs olundu, 5 il cəza çəkdikdən sonra azadlığa çıxdı. Lakin Şahin Axundovun cəzasını elə azadlıqda çəkdiyinə dair informasiyalar da var idi. Yəni kimlərsə “Şərurlu İsfəndiyar”ın xahişlərini yerə salmamışdı.

“Şərurlu İsfəndiyar”ın tikinti maqnatı olmağına yardım edən şəxslər onun oğlanlarının cinayətlərini də ört-basdır etməyə kömək edir. Həmin şəxslərin kimliyi haqda isə növbəti yazımızda.



Redaksiyadan: "MUMtv.az" olaraq, yazılanlarrla bağlı İsfəndiyar Axundovun da mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Son xəbərlər

"Adil Vəliyev deyir ki, quyu qazın" - Şəhid adını daşıyan küçə keçilməzdir / VİDEO

Sumqayıtın oliqarx məmuru Gündüz Əliyev - Bu qədər var dövlət hardandır?

ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır? – Bundan narahat olanlar var…

Şirvan icra başçısı İlqar Abbasovun qardaşları meydan sulayır: dələduzluq və korrupsiya

Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? - Özünü hakimi-mütləq bilir?

Arif Hacılı Məclis sədri seçildi, İsa Qəmbər 6 müavin təyin etdi

Rusiyada azərbaycanlı biznesmen qəfil vəfat etdi - FOTO

Cəzaçəkmə müəssisində aclıq edən Cahangir Hacıyevin vəziyyəti pisləşib - vəkil

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs KİMDİR? — DOSYE

Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu

Prezident “Zəngilan” və “Şayıflı” SES-lərinin açılışını etdi

Azərbaycanda göl daşdı - İstirahət komplekslərinə ziyan dəydi - FOTO

Bazar gününə olan hava proqnozu

Prezident 4 yeni kəndin təməlini qoydu

254 hektardan çox ərazi minalardan təmizləndi - VİDEO

Siyasi münasibətlər yeni müstəvidə

Tahir Kərimli yenidən deputat olmaq istəyir - Seçkiyə hazırlaşır

"150 bal toplayan şəxs ali məktəbə qəbul ola bilər" - Məleykə Abbaszadə

Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ

Attestatla universitetlərə qəbul mümkündürmü? - DİM sədrindən cavab

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır - VİDEO

Saxta pullarla bağlı xəbərdarlıq! - VİDEO

Alimlər qara dəliyin ətrafında Eynşteynin nəzəriyyəsini sübut etdi

Azərbaycanlı müğənninin əkiz övladı oldu

Azərbaycan çempionatı: Bu gün 3 oyun var

Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı - VİDEO

Ermənistan və Azərbaycanın sülh üçün tarixi fürsəti var - Annalena Berbok

Sülhməramlıların növbəti bölmələri Azərbaycanı tərk etdi

Ölkə başçısının tapşırıqlarına qarşı çıxan məmurlar - FOTO

“Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var” - 20 NƏFƏR İŞÇİNİ 5 AY İŞLƏTDİ, 1 MANAT DA VERMƏDİ

Bütün xəbərlər