Gündəm
Gündəm / Cəmiyyət
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
![Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ](https://dogruxeber.az/uploads/posts/2024-05/medium/1716017395_1716016667.440313048_1136310937642188_3365984379377444719_n.jpg)
Xəbər verdiyimiz kimi, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov bir neçə gün əvvəl yaş həddi ilə əlaqədar xidmətdən azad edilib.
"MUMtv.az"ın əldə etdiyi məlumata görə, Hərbi Hava Qüvvələrinin yeni komandanı general-mayor Namiq İslamzadə təyin olunub. O, şəxsi heyətə təqdim edilib.
Xatırladaq ki, Namiq İslamzadə bu təyinatadək Hərbi Hava Qüvvələri komandanının müavini vəzifəsində xidmət edib.
Onu da qeyd edək ki, 9 dekabr 2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Namiq İslamzadəyə Vətən Müharibəsi Qəhrəmanı adı verilib.