Gündəm

Möhbalıyevin  "menyu"sundan...

MUMtv.az: - Səttar Möhbalıyevin rəhbərliyi ilə Azərbaycan Həmkarlar İttifaqları Şurasının və ümumilikdə həmkarlar ittifaqlarında struktur islahatlarının aparılması və yeni nizamnamənin hazırlanması məqsədilə təşkilat komissiyası yaradılmış və 1993-cü ilin fevralında AHİK-in təsis qurultayı keçirilmişdir. Təsis qurultayının iştirakçılarının yekdil təklif və səsi ilə S.Möhbalıyev AHİK-in sədri seçilmişdir.

Seçildiyi gündən bugünə qədər də S.Möhbalıyev AHİK-na rəhbərlik edir.
AHİK 16135 həmkarlar ittifaqı təşkilatını və təqribən 1121946 həmkarlar ittifaqı üzvünü əhatə edir.

"DogruXeber.az" bildirir ki, Həmkarlar İttifaqları Konfederasiyasının, onlarla müqavilə bağlayan idarə və təşkilatlarda işçinin əmək hüquqlarını qorumaq və bu kimi bir çox səlahiyyətləri var. AHİK ilə müqavilə bağlamaq qanunla könüllü olmasına baxmayaraq, bir çox dövlət idarələrində çalışan işçilər buna demək olar ki, məcbur edilir. Məsələn, bəzi təhsil işçilərinin özlərinin bizə bildirdiyinə görə, çox təhsil müəssisələrində hər ay müəllimlərin əmək haqqından AHİK üçün müəyyən məbləğ tutulur. Bundan imtina etmək istəyəndə isə, onu bir yol tapıb, fikrindən daşındırırlar. Həmkarlar ittifaqının onların hüquqlarını qorumalı olduğundan demək olar ki, bütün üzvlər məlumatsızdır. Çünki, onların belə bir fəaliyyətini görməyiblər. Ümumiyyətlə "Həmkarlar İttifaqı" dedikdə çoxlarının ağlına yalnız "putyovka" satışı gəlir ki, bu da səbəbsiz deyil.

Belə ki, etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Millət vəkili Səttar Möhbalıyevin eyni zamanda rəhbərlik etdiyi Həmkarlar İttifaqları Konfederasiyasının istər paytaxt Bakıda, istərsə də digər şəhər və rayonlarımızda ərazi üzrə nümayəndəlikləri fəaliyyət göstərir. O nümayəndəliklər isə onlarla çalışmaları üçün, ətraflarına könüllü üzvlər toplayırlar. Hansı ki, həmin üzvlərin heç bir sənəd üzərində qeydiyyatı yoxdur. Lakin, qurumun ərazi nümayəndəliyi tərəfindən, yuxarıda da qeyd etdiyimiz kimi heç yerdə qeydiyyatda olmayan vəsiqələr təqdim edilir və o vəsiqə ilə həmin könüllü üzvlər bütün idarə və təşkilatları, həmçinin ictimai iaşə obyektlərini qapı-qapı gəzib, Həmkarlar İttifaqları ilə müqavilə bağlamalarını təklif edirlər.
Qeyd edək ki, bu barədə məlumatlı olan sahibkarlara müqavilə təklif edilir, məlumatsız olanlara isə müqavilənin məcburi olduğunu bildirirlər. Məlumatsız sahibkarlar isə vergi, sosial və bu kimi xərclərinin onsuz da az olmadığı üçün, bir vasitə ilə bu işdən "sıyrılmağa" çalışır. Bu səbəbdən də Həmkarlar İttifaqının könüllü üzvü ilə öz aralarında razılığa gəlib, onların obyektini görməzdən gəlmələri üçün hər ay müəyyən məbləğ ödəməyə hazır olduqlarını bildirirlər.

Yeri gəlmişkən, könüllü üzvlər bunu özbaşına etmirlər. Çünki, daşıdıqları qondarma üzvlük vəsiqəsinə görə ərazi nümayəndəliyi onlardan hər ay 70-80 (yetmiş - səksən) AZN üzvlük haqqı tələb edir. Qeyd edək ki, həmin könüllü üzvlərin bir neçəsinin özlərindən aldığımız məlumata görə, bu ödəniş əvvəllər 50 (əlli) AZN olub, sonra artırılıb. Ümumiyyətlə aylıq ödənəcək üzvlük haqqı da standart deyil, adamına görə dəyişir. Ərazi nümayəndəliyi sədri xətrini istədiyi adamlara, yaxud qohumlarına ödənişdə müəyyən güzəşt edir.

Əslində, əlimizdə bu kimi faktlar, eyni zamanda Səttar Möhbalıyevə məxsus sanatoriya və istirahət mərkəzlərinin, həmçinin həmkarlar ittifaqının baha qiymətə satdığı putyovkalar əsasında istirahətə yollanan vətəndaşların həmin istirahət mərkəzində qarşılaşdığı köhnə, sovet hakimiyyəti illərindən qalma, bitli, iyrənc binaların görüntüləri kifayət qədərdir.
Bütün bunlar barəsində daha geniş təfərrüatları növbəti yayımlarımızda diqqətinizə çatdıracağıq.

Bu dəfə isə əsasən cənab Möhbalıyevin yüksək vəzifələri "zəbt edən" qohumluq əlaqələrini sizlərə tanıtmaq istədik.

Demək, Prezidentin sabiq köməkçisi, Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi şöbəsinin keçmiş müavini Əli Həsənovun qudası olan Səttar Möhbalıyevin oğlu İsfəndiyar Möhbalıyev də Qaradağ rayon Polis İdarəsinin rəisi idi. Lakin, aldığımız məlumata görə Əli Həsənov korrupsiyaya görə vəzifəsindən azad edildikdən sonra, İsfəndiyar Möhbalıyev də vəzifədə "pillə-pillə kiçildi" və uzaqlaşdırıldı. Lakin, korrupsiyada adı hallanan qudasına rəğmən Səttar Möhbalıyev (hansısa yollarla) öz "postunu" qoruyub saxlamağı bacardı. Üstəlik, Ağstafa rayon İcra Hakimiyyətinin gənc başçısı Seymur Orucov da Səttar Möhbalıyevin bacısı oğludur və bu vəzifəyə gəlməsində Səttar dayısının əvəzsiz xidmətləri olduğu deyilir.

Qeyd edək ki, əvvəllər İqtisad Universitetində tələbə həmkarlar təşkilatının sədri olan S.Orucov, həm də adıçəkilən ali təhsil müəssisəsinin sabiq rektoru Şəmsəddin Hacıyevin kürəkənidir.

"DogruXeber.az" olaraq diqqətinizə çatdırırıq ki, nə Səttar Möhbalıyevin məmur kürsülərində əyləşən qohumluq əlaqələri, nə də rəhbərlik etdiyi Həmkarlar İttifaqları Konfederasiyasının əməlləri bunlarla bitmir. Növbəti yayımlarımızda bütün bunlar barəsində daha ətraflı məlumat, həmçinin qurumun baha qiymətə satdığı putyovka ilə göndəriş verdiyi bəzi istirahət mərkəzlərinin köhnə, çirkli "istirahət" otellərinin şəraitini təqdim edəcəyik. Yeri gəlmişkən, sadaladığımız və sadalamadığımız bütün faktları təsdiq edən materialları da sizlərlə bölüşəcəyik.

P.S: Yazıda qeyd etdiyimiz məlumatlarla bağlı qarşı tərəfin də mövqeyini dinləmək məqsədilə AHİN-nın rəsmi internet saytında qeyd edilən telefon nömrələri ilə əlaqə saxlamağa çalışdıq. Lakin, bir neçə dəfə cəhdlərimiz boşa çıxdı. Sonunda nəhayət ki, telefonlardan birinə cavab verildi. Zəngimizə cavab verən şəxs bildirdi ki, "Səlahiyyətli şəxslər tədbirə gediblər, günün ikinci yarısı zəng edin."
Günün ikinci yarısı isə dəfələrlə zəng etdiyimizə baxmayaraq telefonların heç birinə cavab verilmədi.

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az


Oxunub: 34

Son xəbərlər

Sabah 25 dərəcə isti olacaq

Putinin maketi karnavalda təqdim edildi

Keçmiş bələdiyyə işçisi sədr haqqında elə sözlər dedi ki... - ŞOK AÇIQLAMALAR

Zelenski dünya liderlərinə müraciət edəcək

Türkiyə qırıcıları Bakı səmasında

Prezident Roma Papasına məktub göndərdi

Azərbaycanda polis havaya ATƏŞ AÇDI

Elbrus zirvəsində 30-a yaxın şəxslə əlaqə itib

Naxçıvan əhalisinin sayı artıb

DİQQƏT ! - Bu səhiyyə oçağında ÖLÜLƏR ÜÇÜN DƏ SAĞLAMLIQ HAQQINDA ARAYIŞ SATILIR // VİDEOFAKT

"Hubble" teleskopu kainatda unikal yerin şəkilini çəkdi

Taleyin ağır sınaqlarına sinə gərən sənətkarın etirafları // MÜSAHİBƏ

Bu gün Əfv komissiyasının sonuncu iclası keçiriləcək

İrəvanda Paşinyanın istefası tələbi ilə növbəti avtoyürüş - VİDEO

ASCO-nun sədr müavini İŞDƏN ÇIXDI

"Dünyada qaçqınların sayı 100 milyonu ötüb" - BMT

Taxtakörpü su anbarı ən mühüm hidrotexniki qurğulardandır - FOTOLAR

"Müharibə başlayandan 2 ay yarım müddətində görüşməmişik" - Zelenskinin xanımı

Sabaha olan hava proqnozu AÇIQLANDI

20 günə 13 tender müqaviləsi imzalayan holdinq... - Külli miqdarda vergi borcu var

Fuad Muradov bu işi BACARA BİLMƏDİ... - İTTİHAM VAR!

Ermənilər Kəlbəcəri ATƏŞƏ TUTDU

Milli parklarda "açıq qapı" günü keçiriləcək

Bu rayonlara qar yağıb - VİDEO

Metroda qadının çantasından telefon və pul oğurlandı

Bu rayonda dirilərin ruzisi ölülərin torpağından çıxır - ŞOK GÖRÜNTÜLƏR

Rusiya Finlandiyaya qaz tədarükünü dayandırdı

Xoşqədəm Hidayətqızının həbsi tələb olunur

“AZƏRLOTEREYA”NIN “MİSLİ” GÖRÜNMƏMİŞ YALANI - əhalini qumarbaza, ölkəni qumarxanaya çevirənlər - ARAŞDIRMA

Alça 10, gilas 20 manat... - Yerli məhsulların qiyməti niyə düşmür?

Putin müharibəni qəsdən uzadır: hədəfi budur

Azərbaycan nefti bahalaşdı

Bütün xəbərlər