Gündəm

Qubanın yeni icra başçısının qalmaqallı keçmişi... - təhsil sistemində nəylə ad çıxarıb?

MUMtv.az: - Prezident İlham Əliyev İlqar Akif oğlu Mahmudovun Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi barədə Sərəncam imzalayıb. Bildirək ki, İlqar Mahmudov bu təyinatadək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin müdiri işləyib. Bir müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Bakı Humanitar Kollecin direktoru vəzifəsində çalışıb.

İlqar mahmudovla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar nəticəsində ilginc məlumatlar ortaya çıxıb. İlqar Mahmudovun saysız-hesabsız obyektləri, paytaxtın müxtəlif yerlərində mənzilləri, bağları və lüks avtomobillərinin olduğu barədə məlumatlar var. Heç şübhəsiz ki, o, bütün bunları halal pulu ilə deyil, rüşvət və dövlətin vəsaitlərini mənimsəyərək əldə edib. Bu arada mediada yer alan məlumata görə, bir neçə il öncə İlqar Mahmudovun bağ evindən 250.000 min manat pul oğurlanıb. Oğruluq edən şəxsin ailəyə yaxın olduğu deyilir. Elə buna görə də İlqar Mahmudov baş verən hadisə barədə hüquq mühafizə orqanlarına müraciət etmədiyi bildirilir. Ancaq başqa bir məsələ də ola bilər ki, o, qorxduğu üçün həmin oğurluq hadisəsi barədə hüquq mühafizə orqanlarına məlumat verməyib. Çünki sorğu-sual oluna bilərdi ki, sən bu qədər vəsaiti necə əldə etmisən, İlqar Mahmudov?

O, hələ gənc yaşlarında sabiq nazir Misir Mərdanovun köməkçisi, daha sonra bir neçə il Bakı Humanitar Kollecin direktoru olub. Bununla bağlı cumhuriyyet.az ölkə mediasında yer alan məlumatlara istinadən bildirir ki, İlqar Mahmudov direktor olduğu illərdə təhsil ocağında rüşvət və korrupsiya ayaq açıb yeriyirmiş. Gəl ki, buna görə heç kim İlqar Mahmudova “gözün üstə qaşın var” deyə bilmirmiş. Çünki onun havadarları yüksək postlarda təmsil olunurmuş. İlqar Mahmudov həmçinin özünü sabiq MTN şefi Eldar Mahmudov yaxın qohumu kimi də təqdim edirmiş. Beləliklə məsuliyyətdən kənarda qalan İlqar Mahmudovun hazırda Elm və Təhsil Nazirliyində yüksək vəzifəyə təyinat ala bilib. Az qala “nazirlik içində nazirlik” funksiyasını oynayan DNŞ müxtəlif vasitələrlə rayon təhsil şöbələrinə,məktəb direktorlarına təzyiqlər edir, əvəzində onlardan alınan yüklü miqdarda rüşvət müqabilində rahat buraxılırlar. İlqar Mahmudov rüşvəti və korrupsiyanı rəhbərlik etdiyi şöbənin iş prinsipinə çevirib. Ümumiyyətlə onun təhsil sistemində çox unudulmaz bir keçmişi var. Daha çox “200 minlik kollec” əməliyyatı ilə yadda qalan İ.Mahmudov bütün fəaliyyəti dövründə rüşvətxorluğu özünün fəaliyyət prinsipinə çevirib. Zamanında kollec rəhbəri işlədiyi dövrdə iftixarla “200 min verib bu vəzifəyə gəlmişəm,pulumu çıxardıram” deyən Mahmudov ümumiyyətlə təhsil sistemini “pulçıxartma” vasitəsi hesab edir. Bunun həqiqət olduğunu görmək üçün elə indiki fəaliyyətinə azacıq nəzər salmaq kifayətdir. Nazirliyin daxili nəzarət şöbəsini daxili işlər nazirliyinə çevirən,özünü və komandasını isə polis statusunda görən İ.Mahmudov təhsil ictimayətini qorxu içərisində saxlamaqla şəxsi ambisiyalarını təmin edir. Demək olar ki, bütün rayon təhsil şöbələri,məktəb direktorları aylığa otuzdurulublar. Narazılıq pik həddədir,sadəcə cürət edib səsini çıxardan yoxdur. Daxili nəzarət şöbəsi adı altında təhsil sistemində böyük rəzalət yaşanır. Belə bir tərcümüyi hala malik şəxsin Quba rayonuna necə rəhbərlik edib, hansı əməllərə imza atacağını isə zaman göstərəcək. //cumhuriyyet.net//


Son xəbərlər

Bazar gününə olan hava proqnozu

Prezident 4 yeni kəndin təməlini qoydu

254 hektardan çox ərazi minalardan təmizləndi - VİDEO

Siyasi münasibətlər yeni müstəvidə

Tahir Kərimli yenidən deputat olmaq istəyir - Seçkiyə hazırlaşır

"150 bal toplayan şəxs ali məktəbə qəbul ola bilər" - Məleykə Abbaszadə

Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ

Attestatla universitetlərə qəbul mümkündürmü? - DİM sədrindən cavab

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır - VİDEO

Saxta pullarla bağlı xəbərdarlıq! - VİDEO

Alimlər qara dəliyin ətrafında Eynşteynin nəzəriyyəsini sübut etdi

Azərbaycanlı müğənninin əkiz övladı oldu

Azərbaycan çempionatı: Bu gün 3 oyun var

Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı - VİDEO

Ermənistan və Azərbaycanın sülh üçün tarixi fürsəti var - Annalena Berbok

Sülhməramlıların növbəti bölmələri Azərbaycanı tərk etdi

Ölkə başçısının tapşırıqlarına qarşı çıxan məmurlar - FOTO

“Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var” - 20 NƏFƏR İŞÇİNİ 5 AY İŞLƏTDİ, 1 MANAT DA VERMƏDİ

Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

“Azərsu”da kütləvi ixtisarlar başlandı

Şərurlu İsfəndiyar saxlanıldı – Təfərrrüat

80 manat alan neçə müharibə veteranı var? — Rəsmi CAVAB

"Ermənistan rus qoşunlarına ehtiyac olmadığını elan edib" - Xandanyan

Vətən Müharibəsi Qəhrəmanı Türkiyədə hərbi attaşe TƏYİN EDİLDİ

Taksilərdə minimal gediş haqqı 4,5 AZN olacaq? — AÇIQLAMA

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edildi

Lavrov səhvən Putinə "uzunqulaq" dedi - VİDEO

Pənah Hüseyn namizəd olacağı dairəni açıqladı

Mirzoyan Avropa Şurasının sessiyasında delimitasiyadan DANIŞDI

Cavanşir körpüsü sökülür - RƏSMİ

Pakistanda qızlar məktəbinə bombalı hücum

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlandı

Bütün xəbərlər