Gündəm
Gündəm / Cəmiyyət / Hadisə
Azərbaycanda göl daşdı - İstirahət komplekslərinə ziyan dəydi - FOTO
Qəbələdə bir neçə gün davam edən leysan yağışları Nohur gölün daşmasına səbəb olub.
"MUMtv.az" apa-ya istinadən xəbər verir ki, hazırda gölün səviyyəsində orta hesabla 1.5 metr və ya 2 metr kimi yüksəlmə müşahidə olunur.
Göldə su səviyyəsinin qalxması nəticəsində, gölün ətrafında olan istirahət komplekslərinə ziddi ziyan dəyib. Göl genişlənərək 180-200 metr irəliləyib.
Hazırda FHN-in Şimal Qərb Regional Mərkəzininn Xüsusi Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən gölün suyunun pompalanması istiqamətində işlər davam etdirilir.