Gündəm


Küləkli hava şəraiti nə vaxtadək davam edəcək?

Faktiki və gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "MUMtv.az"a bildirilib ki, iyunun 23-ü saat 14:00-a olan məlumata əsasən, ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunub, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.  İyunun 22-də yağan leysan yağış nəticəsində saat 15:50-16:10 radələrində Goranboy rayonunun Ağcakənd ərazisindən  sel keçib.  Qısa müddət ərzində düşən yağışın miqdarı 128 mm (aylıq normanın 257 faizi) olub. 
Düşən yağışın miqdarı Balakəndə 43 mm (aylıq normanın 33 faizi), Şəkidə 24 mm, Sarıbaş (Qax), Oğuz, Gədəbəydə 16 mm, Gəncədə 9 mm, Bərdə, Daşkəsəndə 8 mm, Göygöl, Qəbələdə 7 mm, Ağdam, Şahdağ,  Zaqatala, Zərdabda 6 mm, Xınalıqda 4 mm, Ləzədə 3 mm, Göyçay, İmişli, Şərur, Şəmkir, Qusar, Qrızda 2 mm,  Naxçıvan, Ağdərə, Naftalan, Şirvan, Tərtər, Mingəçevir, Yevlax, Sabirabad, İsmayıllıda 1 mm-dək olub.
Şimal-qərb küləyinin sürəti arabir Naxçıvan, Göyçayda 22 m/s, Neftçala, Sabirabad, Daşkəsən, Culfada 20 m/s,  Mingəçevirdə 19 m/s, Cəfərxan, Ceyrançöl, Naftalanda 18 m/s, Tərtər, Ağsu, Biləsuvar, Şabranda 16 m/s, Şərurda 15 m/s, Bakı, Pirallahıda 20 m/s, Neft Daşlarında 19 m/s, Çilov adasında 17 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 3.2 metrə çatıb.
Ölkə ərazisində küləkli hava şəraiti iyunun 24-ü səhərədək davam edəcək. İyunun 24-ü gündüz və iyunun 25-də isə mülayim cənub küləyi əsəcək. Əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da,  bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, lokal leysan xarakterli qısamüddətli  yağış yağacağı gözlənilir.


23-06-2022, 18:00

Son xəbərlər

Eldar İbrahimov Mehdiyevə qarşı danışmaq istədi, özünü rüsvay etdi

İranın vitse-prezidenti qəzada hər iki övladını da itirdi

Prezidentin xüsusi nümayəndəsindən sülh sazişi ilə bağlı mühüm açıqlama

Brent ucuzlaşdı

Ziya Məmmədovun səs-küylü tələbə yoldaşının oğlu – Yarım milyon mənimsəyib

Turizm Agentliyi 103 minə notbuk və flaş kart alır

Bərdə Kommunal Təsərrüfatı İdarəsinin direktoru cərimələndi

Ev almaq istəyənlərin nəzərinə: Gələn il qiymətlər necə olacaq?

Prezident sərəncam imzaladı

Bu şəxslər yeni ildən daha çox vergi ödəyəcəklər — AÇIQLAMA

Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? – CƏDVƏL

Bakıda xanım direktor eşq yaşadığı fəhlə tərəfindən DÖYÜLDÜ

Azərbaycanda yeni mükafat TƏSİS EDİLƏCƏK – Məbləği 50 min manat

Hikmət Hacıyev sabah Qriqoryanla görüşəcək

Qiyaslı Qrup MMC-nin rəhbərliyi rəsmən QOÇULUQ EDİR... - NARAZILIQ VAR...

Toy etmək istəyənlərin diqqətinə – Qaydalar kəskin dəyişə bilər

Polietilen torbaların qiyməti niyə artırıldı?

Eldar Mansurovun oğlu çox yüksək vəzifəyə gətirildi

TƏBİB 10 manatlıq şirkətdən milyonluq əlcək alır

Reklam etdiyi pilinq Ləmanın üzünü yandırdı

Əzizov paytaxtın mərkəzini Abutalıbova qədərki dövrə qaytarır - FOTO

DGK işçilərin hüquqlarını pozur

Mehdiyevin oğlunu gözləyən aqibət - banklar, torpaq sahələri...

Abşeron Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verdi

Ət yenə BAHALAŞACAQ

Nazir rəisi işdən çıxardı - İki təyinat etdi

Bəzi hərbi qulluqçulara dair boy ölçüsü tələbi endirildi - Qərar

Deputat Azər Əmiraslanovun otağında diqqətçəkən mühüm DETALLAR… Ramiz Mehdiyev kitabı ön planda – Video

"Brent" bahalaşdı

Ağdərə sakini MİNAYA DÜŞDÜ

Gültəkin Hacıbəyli İstanbuldan açıqlama yaydı - "Bakıya göndərəcəklər"

Saleh Məmmədovun “ərköyün” kadrları...-Dəbdəbəli toylar, lüks avtomobillər, vəzifəsini oğluna verən müdirlər və s.

Bütün xəbərlər