Gündəm

Vəzifəli şəxslərin səhlənkarlığına görə iş adamına 75 min ziyan dəydi
MUMtv.az: - Ötən il dekabrın 26-da Quba rayonunda yerləşən ticarət obyektində baş verən yanğına görə sahibkar təzminatını ala bilmir. Buna səbəb kimi isə prokurorluğun işə səhlənkar yanaşmasını və istintaqın hərəkətsizliyini göstərir.

Sahibkar Mövlud Əliyev "Qafqazinfo”ya müraciət edərək bildirib ki, hadisə vaxtı yanğınsöndürənlər hələ yanğını söndürməklə məşğul olanda rayon elektrik şəbəkəsinin işçiləri mağazanın üzərindən keçən yüksək gərginlikli elektrik xəttini dəyişiblər: "Çünki mağazanın üzərindən keçən elektrik xəttinin qırılaraq obyektin üzərinə düşməsi yanğına səbəb olmuşdu. Buna görə də onlar yanğın davam etdiyi halda xətti dəyişirdilər. Yanğın nəticəsində mağaza içərisindəki əşya və ərzaq malları ilə birlikdə yanaraq məhv oldu, mənə 75 min manat ziyan dəydi”.

"Azərişıq” ASC-in Quba Elektrik Şəbəkəsinin baş mühəndisi Kamran Babayev ifadəsində deyib ki, yanğın zamanı şəbəkənin balansında olan 6000 voltluq elektrik verilişi xəttinin bir fazasının qırılaraq mağazanın damının üzərinə düşdüyünü görüb: "Şəbəkənin əməkdaşları ilə birgə qırılmış naqili bərpa etdik. Yanğına mağazanın daxili elektrik naqillərində qısaqapanmanın yaranması səbəb olub. Belə ki, mağazanın dam hissəsindən çıxan alovun təsiri ilə xətt qırılaraq dam örtüyünün üzərinə düşüb. Bu 6000 voltluq elektrik verilişi xətti 1964-cü ildə tikilib istismara verilib”.

FHN Əməliyyat-İstintaq İdarəsində aparılan araşdırma zamanı şahid ifadələri və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyi ilə yanğının həmin naqilin qırılıb düşməsi nəticəsində baş verdiyi məlum olub.

Rəydə qeyd edilib ki, "Azərişıq” ASC-nin Quba Elektrik Şəbəkəsinin vəzifəli şəxsləri tərəfindən vaxtaşırı texniki baxış və xidmətlər göstərilmədiyi üçün naqil qırılıb.

Məhkəmə Ekspertizası Mərkəzinin digər rəyinə görə, yanğın nəticəsində sahibkar Mövlud Əliyevə 75 935 manat ziyan dəyib.

FHN istintaqı yekunda bu qərara gəlib ki, Quba Elektrik Şəbəkəsinin vəzifəli şəxslərinin səhlənkarlığından, yəni xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməmələrinə görə yanğın baş verib.

Lakin Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə nəzərdə tutulmuş cinayət işlərinin istintaqı prokurorluq orqanları tərəfindən aparıldığı üçün toplanmış material Baş Prokurorluğa təqdim edilib.

Mövlud Əliyev bildirir ki, artıq üç aya yaxın vaxt keçsə də, prokurorluq heç bir istintaq hərəkəti həyata keçirmir. Cinayət Prosessual Məcəlləsinə görə, yoxlama müddəti bir aya yekunlaşdırılmalı və nəticədən asılı olaraq ya cinayət işi başlanılmalı, ya da cinayət işinin başlanılması rədd edilməlidir: "Amma Quba rayon prokurorluğu qanuna uyğun heç bir davranış sərgiləmir və istintaq əsassız yerə uzadıldığı üçün mən bir sahibkar kimi ödənişimi ala bilmirəm”.

Baş Prokurorluqdan "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, artıq qeyd olunan faktla əlaqədar Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə cinayət işi başlanılıb: "Hazırda cinayət işi üzrə istintaq davam etdirilir”.

Vəzifəli şəxslərin səhlənkarlığına görə iş adamına 75 min ziyan dəydi
Vəzifəli şəxslərin səhlənkarlığına görə iş adamına 75 min ziyan dəydi
Vəzifəli şəxslərin səhlənkarlığına görə iş adamına 75 min ziyan dəydi
Vəzifəli şəxslərin səhlənkarlığına görə iş adamına 75 min ziyan dəydi

Son xəbərlər

Demokratik Birlik Partiyasının təbriki

15 mindən çox şəxsə əlillik təyin olundu

İlham Əliyevin Fitso ilə təkbətək görüşü başladı

Bu qidalar mədə yanmasının qarşısını alır - SİYAHI

Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər - VİDEO

İsrail Rəfah keçid məntəqəsini nəzarətə götürdü

İsrail tankları Rəfah şəhərinə daxil oldu

Hər 100 uşaqdan birində “sədəf” xəstəliyi var

Hesablama Palatası DSMF-də yoxlama aparır

“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” — Polis hərəkətə keçdi

Yasamalda əməliyyat: Saxlanılanlar var — VİDEO+FOTO

Qubad İbadoğluya elektron qandal taxıldı — FOTO

Bu universitetin rektoru 110 min manata yeni avtomobil sifariş verib

Şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Bakıda restoranda faciə: Zarafatla güləşdilər, bir öldü - Hökm oxundu

Ermənistanın Azərbaycanla sərhəddə torpaq sürüşməsi oldu

Sabunçu "kralı" rayonu " öz qanunları" ilə idarə edir - VİDEO

Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırıldı

Heyvanlarla bağlı yeni qanun layihəsi hazırlanır

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başladı

Bu şəxslərə 1380 manat ödəniş edilir

Ermənistanın Birinci Kanalı Əskipara ilə bağlı filmi sildi

Lavrov dünyadakı problemlərin səbəbini açıqladı

Günəşdə yeddi güclü partlayış olub

DİN-dən valideynlərə MÜRACİƏT

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Bütün xəbərlər