Gündəm
Gündəm / Cəmiyyət
Ermənilərin atəşi nəticəsində Tərtərdə evə ciddi ziyan dəyib-FOTO
Oktyabrın 12-də Ermənistan silahlı qüvvələrinin artilleriya atəşləri nəticəsində mərmi Tərtər rayonunun Əskipara kəndindəki evə düşüb.
Mumtv.az bildirir ki, bu barədə Report-a ev sahibi Teyyub Abbasov məlumat verib.
O bildirib ki, hadisə nəticəsində evə ciddi ziyan dəyib və dam örütüyü dağılıb: "Həyətdəki toyu-cücə tələf olub. İnsan İtkisi olmayıb".