Braziliyada qasırğa və leysan nəticəsində 20-dən çox insan ölüb
Çərşənbə axşamı gecəsi Braziliyanın cənub bölgələrində baş verən qasırğa və güclü leysan azı 22 nəfərin ölümünə səbəb olub.
"
MUMtv.az" xarici mətbuata istinadən xəbər verir ki, leysan nəticəsində bəzi yerlərdə çaylarda suyun səviyyəsi 2 metr qalxıb ki, bu da irimiqyaslı daşqınlara səbəb olub.