Gündəm
Gündəm / Hadisə / Dünya
Braziliyada fövqəladə vəziyyət elan edilib
“MUMtv.az” “ALJAZEERA”yə istinadən xəbər verir ki, San Paulo şəhərində yağan aramsız leysan yağışların səbəb olduğu ölümcül daşqınlar və torpaq sürüşmələri nəticəsində 5 sahil qəsəbəsində fövqəladə vəziyyət elan edilmişdir.
Braziliyanın cənub-şərqindəki sahilyanı ərazilərdə leysan yağışları daşqın və torpaq sürüşməsinə səbəb olub, azı 36 nəfər ölüb, yüzlərlə insan isə evlərini tərk edib.
San Paulo əyalətində, Bazar günü Sao Sebastiao şəhərindən olan televiziya və sosial media görüntüləri bütün məhəllələrin su altında qaldığını, palçıqla süpürülən təpə evlərinin dağıntılarını, həmçinin su basmış magistral yolları və yıxılan ağacların məhv etdiyi avtomobilləri nümayiş etdirib.
San Paolo əyalət rəsmlərinin verdiyi məlumatlara görə təbii fəlakət o qədər güclü olmuşdur ki, qonşu Ubatuba şəhərində də çoxlu təlafat və dağıntılar yaratmışdır.
MUMtv.az
Anarə Muhəmməd