Gündəm
Gündəm
Ağstafa bazarında dəhşət: 4 nəfəri öldürdü, 4 nəfəri yaraladı
Ağstafa rayonunda 4 nəfəri güllələyərək öldürən, daha 4 nəfəri isə yaralayan 1994-cü il təvəllüdlü Elnur Süleymanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Mumtv Teleqraf.com-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Dadaş İmanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası dekabrın 20-nə təyin olunub.
İttihama görə, hadisə 2019-ci ilin iyunun 17-də Ağstafa rayonunun Böyük Kəsik kəndi ərazisində yerləşən bazarda baş verib.
Oldu silahla salahlanmış Elnur Süleymanov bazara gələrək, qan davasında olduğu Şəbiddin Musayevi, onun qardaşı Novruzu və anası Şərqiyyəni, həmçinin onların yanında satıcı kimi çalışan Zeynəb Cəlilovanı güllələyərək öldürüb.
Hadisə zamanı daha 4 nəfər güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Onlara vaxtında tibbi yardım göstərildiyi üçün həyatlarını xilas etmək mümkün olub.