Hadisə

Üzümüzü qara çıxaran liftlərlə bağlı fantastik rəqəmlər – “Ölüm halları ilə nəticələnir”
 
 
 
 
 
 
 
 

 
 
 

 
 
 
 

Azərbaycanda uzun illərdir əhalinin qorxulu röyasına çevrilən lift problemi hələ də davam etməkdədir. Demək olar ki, hər gün kimlərsə liftdə qalır. Digər şəhərlərimizdəki lift probemlərini qoyaq bir kənara, ancaq paytaxt Bakıda bu çətinliklə üzləşənlərin sayı fantastik həddədir. Bunun üçün sadəcə olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına göz gəzdirmək kifayət edir ki, bu problemin hansı səviyyədə olduğunu biləsən. 

Saytda təqdim olunan rəsmi məlumatlara əsasən, son avqust ayında Bakıda 96 nəfər liftə qalıb. Ondan əvvəlki aya, yəni iyulun göstəricilərinə nəzər yetirdikdə isə paytaxtımızda liftin sıradan çıxması nəticəsində 108 sakinin çətin vəziyyətdə qalması və hadisə yerinə FHN çağırıldığı görülür. Ortalama hesabla götürsək,  Bakıda hər ay ərzində 100 nəfərin liftdə qaldığı görünür. Maraqlısı budur ki, bu problemlər liftin həddən artıq yükləməsi səbəbindən də yaranmayıb. Rəsmi saytda təqdim olunan rəqəmlərə nəzər saldıqda görürük ki, əksər hallarda liftə 1, yaxud 2 adam qalıb. Belə çıxır, bu liftlər o qədər pis vəziyyətdədir ki, onun sıradan çıxması üçün, tərpənməsi kifayət edir.

Məsələ ilə bağlı "Yeni Sabah”a danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov qeyd edib ki, bunun səbəbi ölkənin lift təsərrüfatının yaxşı vəziyyətdə olmamasıdır.

"Ölkə prezidenti artıq bir neçə dəfə bu məsələ ilə bağlı vəsait ayırıb. Bakı Lift Təsərrüfatının balansında olan liftlərin dəyişdirilməsində əhatəlilik o qədər də böyük deyil, keçən dəfə keyfiyyətsiz dəyişdirildi. Bu dəfə deyəsən Bakı Lift İdarəsi özü edib deyə, qismən daha keyfiyyətli dəyişdirilib. Müasir liftlər köhnə binaların şaxtaları ilə uyğun deyil. 

Bir var ənənəvi kommunal təsərrüfatı idarəçiliyində olan liftlər, hansı ki, Bakı Lift İdarəsi nəzarət edir, birdə var, onun nəzarətində olmayan. Buraya ictimai binalar, MTK-ların tikdiyi yaşayış kompleksi, otellər və s. bunların hamısında özləri cavabdehdi. Birində elektrik təchizatında problem olur, digərində ucuz liftlərdir, tez xarab olurlar. Belə səbəblərdən ötrü liftlərdə dayanmalar olur və FHN gəlir insanları oradan çıxartmalı olur. Sizdə olan məlumatlar uçota alınanlardır. Uçota alınmayan nə qədəri var. Bu lift təsərrüfatının köhnə olması ilə bağlıdır, istismara yararsız olması ilə bağlıdır. Amma bəzən qaçınılmaz olur. Dünyanın ən bahalı otellərinin binalarında quraşdırılmış liftlərdə tormozlanma olur. Yəni təkcə Azərbaycanda belə hadisələr olmur. Lakin burda əsasə məsələ say məsələsidir. Lift təsərrüfatının lazımı standartlarda olamaması ilə bağlıdır. Uçota alınmış rəqəmlər heç də reallığı əks etdirmir, daha çoxdur. 

Arada isə bədbəxt hadisə də baş verir. Lift qırılması və s. Bunlar ölüm halları ilə nəticələnir. Liftin tormazlanması, kilidlənməsi ona görə yaxşı haldır ki, gəlib onu aça bilirlər. Təəssüf ki, elə qəza halları da var ki, liftin kanat, qutu, paraşüt hissələrində nasazlıq olanda  bədbəxt hadisəyə gətirib çıxarır”.

Xatırladaq ki, bir neçə gün əvvəl Bakı Şəhər İcra Hakimiyətindən verilən məlumatda qeyd olunurdu ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı imzaladığı sərəncamının icrası ilə əlaqədar Bakı Şəhər "Lifttəmir” İstehsalat Birliyi tərəfindən bu sahədə çox böyük təcrübəsi olan və geniş texniki imkanlara malik Almaniya Federativ Respublikasının "Wittur Holding GMBH" şirkəti ilə müqavilə imzalanıb. Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, müqavilə əsasında bu il 542 liftin Bakıya gətirilməsi nəzərdə tutulub. İyulda 63 ədəd lift Bakıya gətirilərək, pilot layihə kimi paytaxtın Nizami rayonunda quraşdırılmasına başlanılıb. Eyni zamanda, Qaradağ rayonunda da çoxmərtəbəli binalarda istismar müddəti bitmiş liftlərin yenilənməsi işləri görülür. Avqustda isə "Lifttəmir” İstehsalat Birliyinin "Wittur Holding GMBH" şirkəti ilə razılaşdırdığı qrafikə uyğun yeni liftlərin növbəti hissəsi Bakıya gətirilərək alınan liftlərin sayı 145-ə çatdırılıb./Yenisabah

Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər