Gündəm
Gündəm / Cəmiyyət
Ramin Bayramlı milyonluq şirkətini satdı
![Ramin Bayramlı milyonluq şirkətini satdı Ramin Bayramlı milyonluq şirkətini satdı](https://dogruxeber.az/uploads/posts/2024-04/medium/1712060859_1712060629_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpg.jpg)
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sabiq sədri Ramin Bayramlının "SPEKTR MED” şirkəti ondan alınıb.
"MUMtv.az" Medicina.az-a istinadən xəbər verir ki, şirkət əvvəlcə fiziki şəxsin adına rəsmiləşdirilib, daha sonra isə "Avromed” şirkətinə verilib.
Qeyd edək ki, Ramin Bayramlı TƏBİB-ə sədr təyin edildikdən sonra "SPEKTR MED” (VÖEN-i 2001534811) MMC-ni alaraq, dövlət satınalmalarını həmin şirkət vasitəsilə həyata keçirib.
COVID-19-la mübarizə işinin təşkili üçün tibb müəssisələrində yeni laboratoriyaların qurulması da R.Bayramlının "SPEKTR MED” şirkəti vasitəsilə həyata keçirilib. Bu əməliyyatlarda R.Bayramlının milyonlarla vəsait əldə etdiyi bildirilir.