Gündəm


MUMtv.az: - Ötən gün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı vəzifəsindən istefa verib. Bununla bağlı o, özünün Tvitter hesabında yazıb.

Paylaşımda deyilir: "Artıq TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsindən ayrılmağım üçün ərizə ilə müraciət etmişəm. İstər 44 günlük haqq savaşımızda, istərsə də ümumbəşəri bəla sayılan COVID-19 virusu ilə mübarizədə çiyin-çiyinə çalışdığımız dəyərli məsləkdaşlarıma öz təşəkkürümü bildirir, bu yolda canlarını qurban vermiş həkimlərimizin ruhu qarşısında baş əyirəm. Bundan sonra da Vətənimə və Xalqıma xidmətimi davam etdirəcəyəm".

Ramin Bayramlının istefası bu günlərdə ölkənin əsas müzakirə obyektinə çevirilib.

Maraqlıdır, istefanın gerçək səbəbi nədir? Yeni təyin olunacaq sədr necə fəaliyyət göstərməlidir?

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı Modern.az-a açıqlamasında Ramin Bayramlının vəzifəsinin öhdəsindən gələ bilmədiyi üçün istefa verdiyini bildirib.

Onun fikrincə, yeni təyin olunacaq şəxs vəzifəsinin ciddiliyini dərk etməlidir:

“Ramin Bayramlının istefa ərizəsi yazması o deməkdir ki, bu işdə öz fəaliyyətindən razı deyil. Çünki TƏBİB-in rəhbəri olmaq çox böyük məsuliyyət və ehtimaddır. Bu vəzifə ona ölkə rəhbərliyi tərəfindən verilmişdi, amma o bu vəzifəni layiqincə yerinə yetirə bilmədiyi və etimadı doğrulda bilmədiyi üçün istefa verdi. İstefanı mən normal qarşılayıram və bu siyasi mədəniyyətdir.

Vəzifəyə gələn yeni şəxs də üzərinə götürdüyü işin məsuliyyətini və ciddiliyini dərk etməlidir. Bu, ölkənin səhiyyə siyasətinin həyata keçirilməsində rolu böyük olan vəzifədir. Bu gün səhiyyə siyasətini ölkəmizdə Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta Agentliyi həyata keçirir. Təbii ki, bu vəzifəyə gələn şəxs peşəkar olmalı, eyni zamanda ciddiyyəti dərk etməlidir. Bugünkü pandemiya vəziyyətində vəzifəyə yeni gələn şəxs bunların hamısını gözə almalıdır. Xalqın sağlamlığının keşiyində durmağı özünə şərəf bilməlidir”.

Qeyd edək ki, Ramin Bayramlının istefa ərizəsi artıq təsdiqlənib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə TƏBİB-in İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Cavanşir oğlu Qurbanova verilib.


13-09-2021, 14:50

Son xəbərlər

Prezidentin xüsusi nümayəndəsindən sülh sazişi ilə bağlı mühüm açıqlama

Brent ucuzlaşdı

Ziya Məmmədovun səs-küylü tələbə yoldaşının oğlu – Yarım milyon mənimsəyib

Turizm Agentliyi 103 minə notbuk və flaş kart alır

Bərdə Kommunal Təsərrüfatı İdarəsinin direktoru cərimələndi

Ev almaq istəyənlərin nəzərinə: Gələn il qiymətlər necə olacaq?

Prezident sərəncam imzaladı

Bu şəxslər yeni ildən daha çox vergi ödəyəcəklər — AÇIQLAMA

Ötən ay Bakıda torpaq qiymətləri nə qədər artıb? – CƏDVƏL

Bakıda xanım direktor eşq yaşadığı fəhlə tərəfindən DÖYÜLDÜ

Azərbaycanda yeni mükafat TƏSİS EDİLƏCƏK – Məbləği 50 min manat

Hikmət Hacıyev sabah Qriqoryanla görüşəcək

Qiyaslı Qrup MMC-nin rəhbərliyi rəsmən QOÇULUQ EDİR... - NARAZILIQ VAR...

Toy etmək istəyənlərin diqqətinə – Qaydalar kəskin dəyişə bilər

Polietilen torbaların qiyməti niyə artırıldı?

Eldar Mansurovun oğlu çox yüksək vəzifəyə gətirildi

TƏBİB 10 manatlıq şirkətdən milyonluq əlcək alır

Reklam etdiyi pilinq Ləmanın üzünü yandırdı

Əzizov paytaxtın mərkəzini Abutalıbova qədərki dövrə qaytarır - FOTO

DGK işçilərin hüquqlarını pozur

Mehdiyevin oğlunu gözləyən aqibət - banklar, torpaq sahələri...

Abşeron Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verdi

Ət yenə BAHALAŞACAQ

Nazir rəisi işdən çıxardı - İki təyinat etdi

Bəzi hərbi qulluqçulara dair boy ölçüsü tələbi endirildi - Qərar

Deputat Azər Əmiraslanovun otağında diqqətçəkən mühüm DETALLAR… Ramiz Mehdiyev kitabı ön planda – Video

"Brent" bahalaşdı

Ağdərə sakini MİNAYA DÜŞDÜ

Gültəkin Hacıbəyli İstanbuldan açıqlama yaydı - "Bakıya göndərəcəklər"

Saleh Məmmədovun “ərköyün” kadrları...-Dəbdəbəli toylar, lüks avtomobillər, vəzifəsini oğluna verən müdirlər və s.

Ağdamda 3,3 milyon manatlıq işlər görüləcək - TENDER NƏTİCƏSİ

Tale Heydərovun adı keçən çoxmilyonluq əmlak davasında ŞOK detallar

Bütün xəbərlər