Gündəm


Ölkənin səhiyyə sistemindəki “yeniçərilər” - modern və islahatçı görünmək istəyən gənc fiqurlar demə, bir-biri ilə didişmədə olublar.


Qoca Səhiyyə Nazirliyində belə o səviyyədə olmayan qruplaşma və kampaniyaçılıq siyasəti yeni kadrların fəaliyyətində prioritet imiş.
Onlar zahirən bir komanda təəssuratı bağışlasalar da, biri-birinin ətini yeyib, sümüyünü də atmağa hazır mövqedə dayanıblar
Söhbət ölkənin səhiyyə sisteminin idarə olunması üçün yaradılan iki qurumdan, son illərdə ən çox danışılan, guya yenilik və islahat gətirdikləri bəh-bəhlə deyilən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-dən gedir.
Məlumdur ki, TƏBİB Agentliyə tabedir, lakin bu iki strukturun başında olanlar arasında ədavət nəticədə böyük partlayışa gətirib çıxardı.
MUMtv.az anaxeber.info-ya istinadən bildirir ki, Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyevin TƏBİB rəhbəri Ramin Bayramlı əleyhinə kampaniya apardığı məlum olub.
R.Bayramlının “qələminin qırılmasında” Z.Əliyevin əhəmiyyətli rolunun olduğu iddia edilir. Ölkənin siyasi rəhbərliyinə gedən təqdimatda TƏBİB sədrini bitirəcək qovluq olub.
Bu dosye nəticə etibarı ilə R.Bayramlının istefa ərizəsini yazmağa vadar edib. Məlumata görə, Z.Əliyev onunla yolları ayırmaq üçün dəridən-qabıqdan çıxırmış.
Ona görə TƏBİB sədrinin ictimai rəydə mənfi obrazının formalaşmasında, pandemiya ilə mübarizədə müxtəlif nöqsanların üzə çıxıb Bayramlının ayağına yazılmasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi sədrinin son dərəcə marağı olub.
Z.Əliyevin R.Bayramlı ilə niyə yola getməməsinin detalları açıqlanmır. Amma Agentlik sədri son illərdə özünü tənqid hədəfinə çevrilməkdən yayınmağı bacarmışdı, R.Bayramlıya isə “cümlə xəyanətlərə bais” damğası vurulmuşdu.
Belə iddialar səslənir ki, Agentlik sədri TƏBİB rəhbərinin istefasına qədər hakimiyyətin ən yüksək ranqında olan dairələrə onunla bağlı kompromat materiallar, gözdən salan məsələlər çatdırıb.
Amma kor-kor, gör-gör ki, təkcə TƏBİB deyil, elə Agentlik də yarıtmaz və bərbad fəaliyyətinə görə “islahatçı komanda”da qabaqcıl yerləri tutur.
Bu gənc fiqurlardan gözləntilər varıydı ki, əvvəlki məmurlar kimi işləməyəcəklər, səhiyyə sisteminə intizam, yenilik gətirəcəklər. Di gəl, heç biri özünü doğrutmadı.
Bu gün ölkədə icbari tibbi sığortanın tətbiqində tam biabırçılıq yaşanır. İstənilən xəstəxanaya və ya poliklinikaya yaxınlaşmaqla şahid ola bilərsiniz ki, Z.Əliyev tibbi sığortanın “t” hərfini belə tətbiq etməyib. Belə ki, xəstəxanaların girişində otellərin qeydiyyat şöbəsində olduğu kimi vitrin qurulub, vətəndaşların yalnız qeydiyyatı həyata keçirilir və həkim növbəsi üçün nömrə verilir, yəni kim neçənci adamdır...
Vəssalam, yenə ağxalatlıların cibinə pul qoymaq, tibb bacısına “hörmət”, həkimə rüşvət davam edir. Bir tərəfdən vətəndaş dövlətə sığorta pulu ödəniş edir, digər tərəfdən isə həkimlərə pul paylayır. İndi bunun harası tibbi sığorta oldu, Zaur Əliyev?
Məsələn, bu yaxınlarda Zabrat qəsəbəsi sakini Fuad Allahverdiyev göndərişlə getdiyi M.Topçubaşov adına ECM-də həkim və tibb bacısının tərbiyəsiz davranışı ilə qarşılaşdıqlarını bildirmişdi. Belə ki, tibbi sığorta ilə gələn vətəndaşa tibb işçisi barmaq işarəsi göstərib.
Ümumiyyətlə, ölkə boyu tibbi sığortanın tətbiqində əhaliyə elə barmaq işarəsi göstərilməkdədir. Çünki sığortası olan da olmayan kimi müayinələrə, analizlərə, həkim qəbuluna görə pul verməli olur. Z.Əliyev isə telekanallarda icbari tibbi sığortanın gətirdiyi yeniliklərdən, uğurlardan, inkişafdan dəm vurur.
Amma “həkimə də ver, sığortaya da ver” rəzalətindən danışan yoxdur. Göründüyü kimi, özünü tənqidlərin fövqünə çıxarmayan Z.Əliyev R.Bayramlını irəli verməklə onu bitirməyə, bütün günahları onun boynuna biçməyə nail olub.
Eyni zamanda “Yeni klinika” rəhbəri Pərviz Abbasovun həbsi də geniş planda baxanda Agentliyin yaratdığı idarəçiliyin nəticəsidir. Z.Əliyev həm TƏBİB, həm pandemiya üzrə ixtisaslaşmış xəstəxanalara nəzarət funksiyasını yerinə yetirir. Ancaq “günah keçisi” taparaq P.Abbasovla R.Bayramlı “vurulur”, özü isə oyundan təmiz çıxmağa çalışır. Yəni bir fiasko olduğunu qəbul etmək istəmir - istər tibbi sığortanın tətbiqinin baş tutmaması, istərsə rəqib gördüyü adamların gedişi...
Bu günlərdə isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “bədii janr”da tender keçirmişdi. Zaur Əliyev deyəsən, dövlət vəsaitlərini necə xərcləməyin unikal üsullarını icad etməkdədir.
Agentlik icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində xidmət alan vətəndaşların məmnunluğunu ifadə edən bədii janrda video çarxların hazırlanması xidmətlərinin satın alınması üçün tender açıqlayıb.
Tenderin qalibi “Medical Media” MMC olub və 11 328 manat hesabına köçürülməlidir. Sadəcə, müsabiqənin elan olunmasının səbəbi qəribədir – vətəndaşların məmnunluğunu ifadə edən bədii janrda video çarxların hazırlanması…
Tenderin qalibi olan tibbi bir kanaldır, lakin indiyə qədər hər hansı parlaq fəaliyyətinə rast gəlinməyib. Z.Əliyevin isə bədii janrda video çarxlar üçün 11 mindən çox maliyyə xərcləməsi tender maxinasiyaları ilə bağlı şübhələri artırır.
Ölkədə icbari tibbi sığortanın tətbiqinə gəlincə, yanvardan bu proses başlasa da, heç bir ciddi nəticədən söhbət gedə bilməz. Faktiki olaraq, xəstəxanalarda, poliklinikalarda tibbi sığorta formal və simvolik xarakter daşıyır.

Son xəbərlər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər