Gündəm

Ucar xəstəxanası ilə bağlı gileylər artır - MÜRACİƏT

MUMtv.az: - "Ucar rayon mərkəzi xəstəxanasında həkim səhlənkarlığının növbəti qurbanları durmadan artmaqdadır". Bu barədə DİA.AZ-a Ucar rayon sakinləri adından edilən müraciətdə qeyd olunur.

Müraciətdə daha sonra bildirilir: "Bunun bütün məsuliyyəti TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov və İdarə Heyətinin sədri Zaur Əliyevin üzərinə düşür.

Belə ki, 24 aprel 2023-cü il tarixdə qan təzyiqi aşağı düşərək halı pisləşən Ucar rayon Qazyan kənd sakini Ələkbərova Kamilə Yaqub qızı Ucar rayon Mərkəzi Xəstəxanasına çatdırılsada həkim səhlənkarlığına görə vəfat edib.Hansı ki, orta məktəb şagirdi olan 16 yaşlı Kamilə Ələkbərova tam sağlam olub heç vaxt həkimə müraciət etməyib.Qəfil qan təzyiqi aşağı düşüb halı pisləşdiyi üçün Ucar xəstəxanasına çatdırılıb.Orada həkim Aydın Hüseynov səhv müalicə apardığı üçün xəstə vəfat edib.

Bundan başqa təxminən bir həftə öncə Ucar rayonu Çiyni kənd sakini Hüseynov Ceyhun Şahin oğlu hamilə həyat yoldaşını Ucar rayon Xəstəxanasına gətirib. Vaxtından əvvəl olduğu üçün keysəriyyə əməliyyatı ilə doğulan uşaq bir neçə saat sonra ölüb.

Zeynal Bayramlının direktoru olduğu Ucar rayon Mərkəzi Xəstəxanasında insan ölümlərinin sayı-hesabı yoxdur.Adi qan təzyiqinin düşməsinin qarşısını ala bilməyən həkimləri olan xəstəxana ümumiyyətlə bağlanmalıdır.

Zeynal Bayramlının talançılığı, korrupsiya əməlləri barədə kifayət qədər şikayətlər edilib mətbuatda yazılar dərc edilib.Ancaq TƏBİB-in rəhbərliyi onun barəsində tədbir görmək istəmir.Nəticədə isə adi yüngül xəstəliklərdən insanları Ucar xəstəxanasında öldürürlər.

Hətda Zeynal Bayramlı məclisdə deyib ki, TƏBİB-in rəhbərliyi kimdir ki, Ucar rayon Xəstəxanasının binasını Ziya Məmmədov öz vəsaiti hesabına inşa etdirib məni bura o rəhbər təyin etdirib.

Qeyd edək ki, Ucar rayon Mərkəzi Xəstəxanası Hüquqi Publik Şəxsin direktoru Zeynal Bayramlı keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qohumudur.2005-ci il tarixdə Tibb Universitetini bitirən kimi heç bir təcrübə əldə etmədən bir-başa Ucar rayon Qazıqumlaq kənd xəstəxanasına baş həkim təyin edilib bundan iki il sonra 2007-ci il tarixdə Ucar rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunub.Zeynal Bayramlı 16 illik fəliyyəti talançılıq və korrupsiyadan ibarət olmuşdur.

Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən xahiş edirik Zeynal Bayramlı barədə tədbir görəsiniz".

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər