Gündəm

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının müvafiq əmri ilə 1 saylı Kliniki Tibbi Mərkəzdə ("Semaşko") ciddi yoxlamalar aparılır.

Mumtv.az Mediapost.az-a istinadən xəbər verir ki, araşdırma bu ilin iyul ayında Ramin Bayramlının müvafiq əmri ilə vəzifəsindən azad olunan "Semaşko”nın sabiq direktoru Ədalət Dadaşovun rəhbəri olduğu dövr üçün aparılır.

İlkin araşdırma zamanı ciddi pozuntular da aşkar edilib.

Artıq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Kliniki Tibbi Mərkəzinin (Semoşka) keçmiş direktoru Dadaşov Ədalət İmamcan oğlu barəsində də araşdırma aparır və cinayət işi başlanılıb. Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva "Semaşko”da yoxlamaların keçirildiyini təsdiqləyib:

"Semaşko”da Ekspert İşçi Qurupunun monitorinqləri keçirilir və uyğun işlər qiymətləndirilir. Digər səhiyyə müəssisələrimizdə də mütəmadi olaraq bu cür monitorinqlər davamlı olaraq aparılır. "Semaşko”da korrupsiya faktı ilə bağlı mən heç nə deyə bilməyəcəm. Bu barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edin”.

TƏBİB rəsmisi Ədalət Dadaşovun rəhbər olduğu dövrdə işində ciddi nöqsanların olduğunu da təsdiqləyib:

"Təbii ki, rəhbərlik durduğu yerdə dəyişilmir. Demək ki, işində yol verdiyi nöqsanlara görə, bu qərar verilib”.

Qeyd edək ki, Səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə 2016-cı ildə "Semaşko”ya direktor təyin edilmiş Ədalət Vəliyev KİV-də "xəstələri pulsuz müalicə edirik” fikri ilə gündəmə gəlmişdi.

Son xəbərlər

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Bütün xəbərlər