Gündəm

`Veysəloğlu` ölkədə necə SABOTAJ EDİR... - İLGİNC İDDİA

MUMtv.az: - Ölkə bahalaşma dalğasının cəngindədir. Az qala hər gün qiymətlər artır. Əhali bunu demək olar ki, dərisində hiss etməyə başlayıb. Lakin bahalaşmaya səbəb təkcə inflyasiya, kölgə iqtisadiyyatının olması deyil, o cümlədən bazarda inhisarçılıq, idxal məhsulları ilə bağlı monopoliya yaradan nəhəng holdinqlər burada “əvəzsiz” rol oynamaqdadır.

Onların mürtəce siyasəti, “akula” ağzı ilə xortumlaması aman vermir ki, bazarda qiymətlər stabilləşsin. Çünki məhsulda bir qəpik artım belə kəmiyyətə hesabladıqda yüzminlərlə gəlir qazandırır.

Ona görə hökumətin sosial siyasətinə daban-dabana zidd olan bu inhisarçı fəaliyyətin başında duran qida firmalarının, holdinqlərin işinə nəzarət güclənməlidir. Xüsusən də bazarda çox böyük pay sahibi olan “Veysəloğlu” MMC-nin adını çəkmək olar. “Veysəloğlu”nun inhisarçı siyasəti, idxal monopoliyası süni qiymət artımına səbəb olur. Nəzərə alaq ki, bu holdinq marketlərdə hər gün rastlaşdığımız müxtəlif çeşiddə ərzaq, gigiyena və digər məhsulların idxalını təşkil edir.

Qiymət artımı ilə bağlı mövzuda Tribunainfo.az-a danışan iqtisadçı ekspert Əkrəm Həsənovun sözlərinə görə, süni qiymət artımına şərait yaradan, bunu bilavasitə həyata keçirən holdinqlərlə bağlı iş aparılmalı, onlara qarşı sərt tədbirlər görülməlidir: “Süni qiymət artımının qarşısını almaq üçün Milli Məclisdə Rəqabət Məcəlləsinə baxılması gözlənilir. Gözlənilir ki, bu payız sessiyasında qəbul olunacaq. Bu qəbul olunandan sonra onun tətbiqi vacibdir. Ona görə vacibdir ki, inhisarçılıq, haqsız rəqabət, sövdələşmə kimi halların qarşısı alınsın”.
İqtisadçı hesab edir ki, gərək süni qiymət artımına rəvac verən, aralarında sövdələşmə olan iri holdinqlərin əməli sübut olunsun: “Bu hal baş verərsə, süni qiymət artımına yol vermiş, bunu bilavasitə həyata keçirmiş şirkətlərə, iri holdinqlərə maliyyə sanksiyası tətbiq edilməli, onlar cərimələnməlidir. Hətta onları bölə, ləğv etdirə bilərlər…”


Son xəbərlər

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

Putin Paşinyanla təhlükəsizlik məsələlərini bağlı qapılar arxasında müzakirə etmək İSTƏDİ

Paşinyan Putinin təklifini qəbul etmədi - "Bunu danışmışıq"

Alman faşizmi üzərində qələbənin 79-cu ili

KTMT-dən Ermənistanın maliyyələşdirməni dayandırmasına REAKSİYA

Dövlət Xidməti Prezidentin fərmanlarından xəbərsizdir?

Nazirin qardaşına qarşı ilginc İTTİHAM: - “Yüz min verirəm, get...”

Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”

Ağstafa Rayon İcra Hakimiyyətinin müəmmalı tenderləri - MİLYONLAR NECƏ SİLİNİR... - FOTOFAKT

Nazir rüşvət almaqda təqsirləndirilən Saleh Novruzini işdən çıxardı - Yerinə onu gətirdi

"Bolt" qiymətləri qaldırdı - RƏSMİ

İtləri panda adı ilə turistlərə təqdim etdilər - VİDEO

Hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edildi

30 il sonra dəfn olundu - FOTO

"Azərterminalkompleks" işçilərin hüquqlarını pozur? - Quruma buna görə cərimə yazılıb

Rasim Balayev deputat olacaq?

Hindistan vətəndaşlarını Ukraynadakı müharibəyə göndərən şəxslər saxlanıldı

Taksi sayına məhdudiyyət qoyulması sıxlığı azaldacaq? - AÇIQLAMA

Ənənəvi bazarlar niyə tarixə qovuşur? - VİDEO

Sabah bu küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

Zaur Mikayılov onları özünə müşavir təyin etdi

Məhkəmə Anar Məmmədlini ev dustaqlığına buraxmadı

İlham Əliyev və Rumen Radev arasında Bəyannamə imzalandı

Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb

DYP-dən sürücülərə xəbərdarlıq: 400 manat cərimə oluna bilərsiz

DYP-dən sürücülərə xəbərdarlıq: 400 manat cərimə oluna bilərsiz

Azərbaycanda bu imtahanlar elektron formatda keçiriləcək

Şans bu gün sizin tərəfinizdədir - BÜRCLƏR

Bakı metrosunda iş rejimi dəyişdirilir

Bu gün Paşinyan Moskvada Putinlə görüşəcək

Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi - FOTO

Azərbaycan bu ölkə ilə birgə silah istehsal edəcək

Bütün xəbərlər