İqtisadiyyat

Sementin qiyməti niyə bahalaşır? – Ekspertdən AÇIQLAMA
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
"Hesab edirəm ki, Holcim Azərbaycan ASC tərəfindən qiymət artımına yol verilməsi bazarda inhisarçılıq meyillərinin bariz göstəricisidir”.
 
MUMTV.AZ xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Elşad Məmmədov Holcim Azərbaycan ASC-nin məhsullarını bahalaşdırması haqda danışarkən deyib. O bildirib ki, hazırda ölkədə qiymət artımını gərəkdirəcək şərait mövcud deyil:
 
"Bunun üçün heç bir əsas yoxdur, çünki valyuta bazarında sabitlikdir. Əgər bu şirkət hansısa bir məhsulunun istehsalında idxal xammalından və yaxud idxal seqmentindən asılıdırsa belə, valyuta bazarında dəyişiklik olmadığı üçün qiymət artımına yol verə bilməz”.
 
İqtisadçı vurğulayıb ki, hətta şirkətin məhsullarına böyük həcmdə tələbat artsa və şirkət qiymət artımına getməyə məcbur olsa belə, bunun üçün aidiyyəti dövlət qurumları və tənzimləyici funksiyalar var:
 
"Bu, faktiki olaraq rəqabət sahəsindəki boşluqlarla əlaqədardır və boşluqlardan da təəssüf ki, həmin şirkət öz mənfəətinin artırılması üçün istifadə edir. Nəticədə bu, tikinti sektorunda mənfi təsirə və son nəticədə tələbatın azalmasına səbəb olacaq. Çünki alıcılıq qabiliyyəti o səviyyədə deyil ki, belə qiymət artımlarının bazarda fəsadı olmasın. Buna görə də düşünürəm ki, son nəticədə bu qiymət artımı şirkət üçün də uzunmüddətli müsbət nəticə verməyəcək”.
 
Qeyd edək ki, bir qədər əvvəl Holcim Azərbaycan ASC istehsal etdiyi bütün növ sement məhsullarının qiymətinin qaldırılması barədə qərar qəbul edib. Saytımıza verilən məlumatda bildirilib ki, ASC dekabr ayından etibarən istehsal etdiyi bütün növ sementlərin topdan satışında təxminən 20 faizə qədər bahalaşma edəcək.
 
Artıq bununla bağlı yeni qiymət cədvəli distribüterlərə göndərilib və onlara satışda olan, amma istehsal vaxtı ötməmiş məhsulları yığışdırmaq tapşırılıb.

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər