İqtisadiyyat

Azərbaycanda dollar bahalaşacaq? - EKSPERT AÇIQLADI
 
 
 
 
 
 

Yaxın müddətdə ölkədə dolların bahalaşmasından söhbət gedə bilməz.

Bu sözləri Axar.az-a açıqlamasında İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi, iqtisadçı-ekspert Pərviz Heydərov son günlər sosial şəbəkələrdə dolların bahalaşacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib. O, hazırda ölkənin valyuta bazarında kifayət qədər güclü sabitliyin hökm sürdüyünü bildirib:

 

"Bu sabitliyin əsasında duran amil də ondan ibarətdir ki, ölkəyə valyuta axını ölkədən çıxan valyuta axınından çoxdur. Bu isə tədiyyə balansımızın müsbət vəziyyətdə olması deməkdir. Bundan əlavə, ölkənin xarici ticarət əlaqələrində idxal və ixrac əməliyyatlarında müsbət faza hökm sürür. Bütün bunların fonunda hazırda manatın möhkəmlənməsi üçün amillər daha mühüm rol oynayır. Mərkəzi Bank da məhz bunun – yəni manatın güclənməsinin - qarşısını almaqla məşğuldur. Yəni Mərkəzi Bank çalışır ki, manatın bundan artıq möhkəmlənməsinə imkan verməsin. Çünki valyuta bazarında hazırda dollara olan tələb təklifdən azlıq təşkil edir.

Düzdür, dolları təklif edən təkcə Dövlət Neft Fondudur. Bilirsiniz ki, Dövlət Neft Fondunun dövlət büdcəsinə hər il müəyyən məbləğdə transferi olur ki, həmin məbləği manat şəklində ödəyir. Məhsul xarici valyuta ilə satılır və onu manata çevirərək ölkəyə qaytarır, yəni təklif nöqteyi-nəzərindən hələ ki, Azərbaycan iqtisadiyyatı neftdən asılı olduğu üçün DNF-dən də asılıdır.

Amma biznes sektorunun inkşafı ilə əlaqədar görülən tədbirlər onu deməyə əsas verir ki, orta perspektivdə ölkənin valyuta gəlirlərində neft amilindən başqa qeyri-neft sektorundakı məhsullar da mühüm rol oynayacaq".

Ekspertin sözlərinə görə, ölkə daxilində və xaricində mövcud olan iqtisadi şərait dolların bahalaşmasına şərait formalaşdırmır:

"Bu baxımdan manatın ucuzlaşması üçün deyil, möhkəmlənməsi üçün zəmin var. Nə qədər ki, neftin dünya bazarındakı qiymətləri hazırkı səviyyədə qalmaqda davam edəcək, yəni bir barreli 50 dollardan çox olacaq, dolların ölkəmizdə bahalaşmasından söhbət gedə bilməz".

Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər