Sosial

Xəbərdarlıq: Azərbaycanda çörək kəskin bahalaşacaq
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 

Xəbər verdiyimiz kimi, qonşu Qazaxıstanda un və un məmulatlarının noyabrın əvvəllərindən etibarən kəskin bahalaşması müşahidə olunur. Hazırda taxıl keçən il ilə müqayisədə 2 qat bahalaşıb. 

Azərbaycanın ərzaq buğdasını əsasən Qazaxıstan və Rusiyadan idxal etdiyini nəzərə alsaq, qonşu ölkədəki bahalaşmanın bizdə də un və çörəyin qiymətinin artmasına təsiri ola bilərmi?

 

Mövzu ilə bağlı "Yeni Sabah”a açıqlama verən iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, qiymət artımının olması gözləniləndir:

 

"Sözsüz ki, Azərbaycan ölkə tələbatının yarıdan çoxunun, bəzi illərdə yarıya qədərini idxal hesabına ödəyir. Bu idxal əsasən Qazaxıstandan, Rusiyadan və bir qismi də Ukraynadan gətirilir. Son zamanlarda Ukraynadan idxal olan buğdanın həcmi azalıb. Bizim əsas idxalçımız Qazaxıstandır. Çünki Rusiyada taxıl bizə uzaq ərazilərdə əkilir. Qazaxıstanın daxili bazarında buğdanın qiyməti bahalaşacaqsa, bu ixraca da təsir edəcək. İxracın qiyməti artarsa, Azərbaycanda unun qiymətinin artmasına səbəb olacaq. Bəzən hökumətin daxili bazara çıxartdığı məhsulun qiyməti ixracdan o qədər ucuz olur ki, daxili bazarda onun qiymətinin artırılması ixraca o qədər də təsir eləmir. Misal gətirim, Azərbaycanda təbii qazın 1000 kub metri xaricə 300-350 dollara satılır, amma ölkə daxilində qazın 1000 kub metrini limitlə 100, limitsiz 200 manata alırıq. Mən Qazaxıstanda buğdanın daxili bazarda qiymətini bilmədiyim üçün bu ehtimalı deyirəm ki, daxili bazar ilə ixrac arasında fərq böyük olduğundan ola bilsin ki, daxili bazardakı qiymət artımı ixraca az təsir eləsin. Amma hər halda müəyyən təsirlər olacaq”. 

 

İqtisadçı bazardakı mövcud vəziyyətin də bahalaşmaya səbəb ola biləcəyini deyib:

 

"Ola bilər ki, orda ixrac qiyməti nə qədər artarsa, burda da ona adekvat və ya daha çox artım olsun. Bir şeyi də nəzərə almaq lazımdır ki, bizdə idxalda ciddi monopoliya var. Həmin monopoliyalar iqtisadi əsası olmayan artımlarda  psixoloji təsir ilə də qiyməti artırırlar. Mətbuatda artımla bağlı məlumatlar yayıldıqda artıq onların əlində fürsət yaranır. Monopolistin rəqibi yoxdur, o, bazarı itirməkdən ehtiyat etmir. Azərbaycan iqtisadiyyatının bir özəlliyi də odur ki, ixracatda qiymət artımı olmasa belə, psixoloji informasiyalar əsasında bizim idxalçılar qiyməti qaldıracaq. Buna hökumət müəyyən mexanizmlər əsasında mane ola bilər".


Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər