İqtisadiyyat

Azərbaycandan pul axını: 2 ayda ölkədə daha çox dollar satılacaq
 
 
 
 

 
 
 
 
 
 
 

 
 

Dünya birjalarında qlobal siyasi və iqtisadi risklərin daha da artması dolların aparıcı valyutalara nisbətən qiymətlərində bahalaşmasına səbəb olmaqdadır.

Beynəlxalq maliyyə bazarlarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində bahalaşma müşahidə edilir. Buna səbəb dünyada siyasi və iqtisadi risklərin daha da artmasıdır. ABŞ ilə Çin arasında ticarət böhranının davam etməsi, "Brexit” və Körfəzdə  geosiyasi münaqişələrin artması, qlobal iqtisadiyyat fonunda qeyri-müəyyənliklərə səbəb olmaqla yanaşı, valyuta birjalarında dollara olan tələbi də artırır. 

Maraqlıdır, qlobal bazarda dolların bahalaşması Azərbaycan bazarında da bahalaşmaya səbəb ola bilərmi? Ümumiyyətlə bu bahalaşma Azərbaycan bazarına necə təsir edəcək? 

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli dolların bahalaşmasının neftin ucuzlaşmasına səbəb olacağını bildirib: 

"Azərbaycanda valyuta məzənnələrinin tənzimlənməsi başqa formulla həyata keçirilir. Bizdə inzibati tənzimləmə mexanizmidir. Bizdə üzən məzənnə rejimi yox,  tənzimlənən məzənnə rejimidir və buna görə də dünya valyuta birjalarında baş verən proseslər Azərbaycana birbaşa təsir etmir. Azərbaycana yeganə təsir edəcək məsələ neft qiymətləri ilə bağlı ola bilər. Başqa sözlə,  qlobal iqtisadi zəifləmə neft qiymətlərinin gələcəkdə enməsinə səbəb ola bilər, bu da Azərbaycanın valyuta gəlirlərinin azalması və manata basqıların artmasına səbəb olar. Baha dollar həmişə daha ucuz neft deməkdir. Dünyada iqtisadi böhran dərinləşsə, "iqtisadi müharibə”lər artsa və "ticarət müharibə”ləri genişlənsə, neftə tələbatın azalacağı gözlənilir. Düşünürəm ki, bu ilin sonu və gələn ilin əvvəlində biz daha əyani şəkildə neft qiymətlərində ciddi korreksiya, yəni aşağı yönlü hərəkət görəcəyik. Neftin bahalaşmasına ancaq geosiyasi, hərbi gərginlik təsir edə bilər. Əgər İranla müharibə olacaqsa, bu zaman neft qiymətində artma müşahidə edə bilərik”. 

Ekspert bununla yanaşı, dollarda olan bahalaşmanın ölkədən valyuta çıxışını gücləndirəcəyini də vurğulayıb: 

"Dolların bahalaşmasının digər dolayı təsirləri də var. Dolayı təsirlər ondan ibarətdir ki, dollar dünyada bahalaşdıqca, bizim ətraf ölkələrdə, yəni bazar iqtisadiyyatının oturuşmuş ölkələrində də dollar bahalaşır. 

Azərbaycanda valyuta bazarı olmadığı üçün bizdə bazar iqtisadiyyatı elementləri bu sahədə özünü biruzə vermir. Gürcüstan, Türkiyə, bizim əsas iqtisadi tərəfdaşlarımız olan digər ölkələrdə, o cümlədən Rusiyada  rus rublu, gürcü larisi, türk lirəsi ucuzlaşıb dollar bahalaşırsa, həmin ölkələrdən Azərbaycana gətirilən mal və məhsulların həcmi artır. Həcm artdıqca da yerli istehsalın zəifləməsinə və ölkədən daha çox dolların çıxmasına səbəb olur, çünki Gürcüstan, Türkiyə, digər ökələrdən məhsul gətirmək daha sərfəli hala gəlir. Dolların bahalaşması xaricdən gətirilən malların qiymətinin Azərbaycanda artmasına səbəb olacaq. 

Ətraf ölkələrdən daha çox məhsul almağa başlayacağıq, bu da ölkədən dollar çıxışını artıracaq və neft bazarına da mənfi təsirlərini göstərəcək. Ehtimal edirəm ki, avqust-sentyabr aylarında ölkə ərazisində satılan valyutanın həcmi iyun-iyul aylarına nisbətən daha çox olacaq, bunu sentyabr ayında əyani şəkildə görəcəyik”. 

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər