Gündəm

Bakını cənginə alan küləklər: “…Metereoloji silahlardan istifadə edilir” – AÇIQLAMA
 
 
 
 
 
 
 
 
 

 
 
 
 

"Ölkəmiz insanın yaşayışı üçün ən əlverişli ərazidə yerləşir. Bakının iqlimi, bütün Azərbaycanın hava şəraiti yaşamaq üçün uyğundur”.

Bu barədə Bakının dəyişkən iqlimi haqqında danışarkən Azərbaycan Ekoloji Proqnozlar Mərkəzinin prezidenti, ekoloq-alim Telman Zeynalov söyləyib. O bildirib ki, Bakının hava şəraiti mülayimdir:

"Bakı küləklər şəhəridir. Dəniz sahilində yerləşir, yarımada formasında Xəzərin içərisinə uzanır. Ona görə, paytaxtımızda küləklər əsir, hava şəraiti dəyişkən olur. İstəyir qərb və şərqdən, istəyir şimal və cənubdan olsun, həmişə küləklər əsir. Bəzən insanlar iddia edirlər ki, Bakı iqlim cəhətdən yaşamaq üçün əlverişli şəhər deyil. Halbuki biz Bakının qədrini bilmirik”.

T. Zeynalovun sözlərinə görə, bütün dünyada dəyişkən iqlim şəraiti hökm sürür. Ekoloq düşünür ki, bu, insanların qəlib hesab etdiyi faktorlarla deyil, müharibələrdə metereoloji silahlardan istifadə edilməsi ilə bağlıdır:

"Hər kəsin həqiqət hesab etdiyi iddialar ortaya atıblar – guya Yer kürəsinin iqliminin dəyişməsinə səbəb olan karbon qazıdır. Bu, çox əsassız və gülünc fikirdir. İqlimin dəyişməsinə, qlobal istiləşməyə səbəb olan münaqişələrdə, müharibələrdə metereoloji silahlardan istifadə edilməsidir. Bütün dünyada müşahidə edilən kəskin hava dəyişkənliyindən Azərbaycdan da öz payını götürür.

Bir zamanlar iqlim dəyişiklikləri aktiv müzakirə mövzusu olanda zavodları bağladılar, əhalini işsiz qoydular. Guya karbon qazını azaldacaqdılar. Halbuki karbon qazı atmosfer üçün normaldır”.

Son illər Bakının kəskin dəyişkən iqliminin ziyanlı olmadığını vurğulayan T. Zeynalov insanların buna öyrəşəcəyini düşünür:

"Müəyyən müddətdən sonra sakinlər dəyişkən iqlimə uyğunlaşırlar. İnsanın bədənində isti, soyuq hava şəraitinə uyğunlaşmaq üçün immunitet yaranır. Eynilə tez-tez dəyişən hava da müəyyən müddət sonra adiləşir”. (modern.az)

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər