Gündəm

Qiymətlər niyə artır: Hökumət əvvəlcə səbəbini tapmalıdır... - İNCƏLƏMƏ...

Xəbər verildiyi kimi, Azərbaycan hökuməti qiymət artımı ilə mübarizəyə başlayır.

"MUMtv.az" FED.az-a istinadən xəbər verir ki, Nazirlər Kabinetində bununla bağlı keçirilən müzakirədən sonra antiinflyasiya tədbirlərinin prinsipləri açıqlanıb.

Amma iqtisadçı ekspertlər bildirir ki, qiymət artımı ilə mübarizəyə başlamaq üçün əvvəlcə onun dəqiq səbəbləri tapılmalıdır. Araşdırmaçı ekspert Rövşən Ağayev qiymət artımının indiyədək səslənməyən səbəblərini xatırladıb.

İqtisadçı yazır:

«Hökumət inflyasiya ilə mübarizə üçün tədbirlər planı hazırlayacaq işçi qrup yaradıb. Qrupun təqdim edəcəyi tədbirlər nə qədər effektiv olacaq, zaman göstərəcək.

Amma qrup diaqoz qoymaq üçün gərək əlində etibarlı diaqnostika olsun. Məsələn, "inflyasiyada daxili və xarici amillərin rolu ayrı-ayrılıqda nə qədərdir" sualının dəqiq cavabı çox önəmlidir.

Doğrudur, Mərkəzi Bank son bəyanatında qeyd etmişdi ki, illik inflyasiyanın (12%) təxminən 25%-i (yəni 3%-i) tənzimlənən qiymətlərin artımı ilə bağlıdır.

Lakin bu bir amildir axı. Elə həmin bəyantda MB monetar amillərin rolunu inkar etmişdi. Halbuki təkcə kreditlər 15% artıb və ötən ilki 5%-lik azalmanın müqabilində bu yüksək göstəricidir. Xüsusilə də kreditlərin artımının az qala üçdə ikisi istehlak bazarına inflyasiya təzyiqini artıra biləcək seqment - ev təsərrüfatlarının borclanması hesabına baş verib.

Fiskal genişlənmə yüksək inflyasiya təzyiqi yaradacaq səviyyədə olmayıb (təxminən 8%).

Tələb inflyasiyasının təsiri istisna olunur, çünki ev təsərrüfatlarının təlabatının əsas indikatoru hesab olunan istehlak xərcləri real olaraq cəmi 3,5% artıb.

Amma istehsal xərclərinin artımını tətikləyən maliyyət inflyasiyası barədə eyni fikri söyləmək çətindir. Çünki əksər zəruri yerli məhsulların istehsalçı qiymət indeksi inflyasiya səviyyəsini üstələyib. Ona görə də işçi qrupun əlində dəqiq diaqnostika olmalıdır ki, hansı yerli istehsalın tərkibindən idxal komponenti nə qədərdir, istehsalçı qiymət indeksində yüksək artımın hansı hissəsi məhz idxal komponenti hesabına baş verir. Bazarların və istehsalın rəqabətli olmamasının inflyasiyaradıcı potensialı hansı səviyyədədir?

Ümumiyyətlə çox yaxşı olar ki, Mərkəzi Bank aylıq geniş məlumatlarla zəngin inflyasiya hesabatı açıqlasın. Bu hesabatda qeyd elədiyim istiqamətlər üzrə informasiyalarla yanaşı MB özünün regional bölmələri vasitəsilə apardığı alternativ qiymət ölçümlərinin, ev təsərrüfatlarının inflyasiya gözləntilərilə bağlı sorğularının nəticələri, həmçinin qeyri-neft xarici ticarətimizdə ən azı 90% payı ölkələrin hər biri üzrə manatın ikitərəfli nominal və real effektiv məzənnələrinin dinamikası barədə məlumatlar əks etdirsin».

Son xəbərlər

İyul ayının ən şanslı bürcləri

Bu bölgəyə köçən insanlara 30 min avro veriləcək

Prezident “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib

İşə qəbul olmaq istəyən müəllimlərin NƏZƏRİNƏ

Türk bayrağını endirərkən vuruldu - İnternet kəsildi

Dağıstanda niqab qadağan ediləcək

Cəlil Nəzərov azadlığını qorusa da, “Qamo”nu itirdi – FOTO

Şirvan şəhərində 13 hektar ərazini Orxan İbrahimov ələ keçirib? -İLGİNC FAKTLAR

Qalmaqallı iş adamı ilə Quba RİH arasında nə baş verir?

Göyçayda məhkəmə hakimi qanunları saymır-Şikayət

“Atlant” İstirahət Mərkəzindən natəmizlik baş alıb gedir – ŞİKAYƏT

Sənədsiz evlər düyünü çözülür? - Azərbaycanda böyük "əmlak amnistiyası" gözlənilir

Nail Abdullayev yeni vəzifəyə təyin olundu

Çağırışçıların tibbi müayinəsi nazirliyə keçdi

Paşinyan bunun üçün referendumun keçirilməsini yersiz adlandırdı

Bu istiqamətdə yeni marşrutlar istifadəyə verildi

Bu gündən Rəqabət Məcəlləsi qüvvəyə minib

İlham Əliyev ona general rütbəsi verəcək – İDDİA

"Putinlə danışıqlar mümkündür" - Zelenski

Makronun partiyası ilk turda məğlub oldu

Bu gündən qadınların pensiya yaşı 64 olub

İlqar İsbatov XALQIN DÜŞMƏNİ rolunda… – BUNUN BAŞQA ADI YOXDUR…

Bu liderlər dünya sabitliyini pozurlar

Bu gündən taksi fəaliyyəti ilə bağlı yeni qaydalar qüvvəyə minir

Kiyevə raket zərbələri endirildi

Agentliyin regional şöbəsində kadr dəyişikliyi

Azərbaycan sərbəst güləş millisi Avropa çempionu oldu

Bəzi şəxslərin pensiyasına əlavələr yeni qaydada hesablanacaq

İşıqforun qırmızı işığında keçən və "protiv" sürənlərin cərimələri ARTIRILIR

Prezident Belarusla bağlı protokolu TƏSDİQLƏDİ

Bu tibb müəssisəsində rüşvət faktı - VİDEO

Abşeronda torpaq sahəsinin normativ qiyməti ayrıca müəyyən ediləcək

Bütün xəbərlər