Gündəm

Bazarda bahalaşma: “Hökumət artıq narahat olmalıdır” - NƏ BAŞ VERİR?

MUMtv.az: - "Ərzaq məhsullarının qiymətlərinin daha da artması riskləri var, ona görə də inflyasiya probleminin həllində fəal hərəkət etmək lazımdır".

Bunu “VTB Capital”ın “Rusiya çağırır!” adlı investisiya forumunun plenar iclasında çıxış edən Rusiya Prezidenti Vladimir Putin deyib. O qeyd edib ki, biz qlobal enerji bazarında hansı böhranın başladığını görürük: "Əvvəla, azot gübrələrinin qiymətləri dəfələrlə artıb. Bütün dünyada kənd təsərrüfatı istehsalçıları üçün bu, torpağın münbitliyini və sabit məhsuldarlığını qorumaq üçün əsas resurslardan biridir. Aydındır ki, bu vəziyyət ərzaq qiymətlərinin daha da artması üçün risklər yaradır”.

Prezident qeyd edib ki, son bir ayda dünya bazarlarında buğdanın qiyməti kəskin artıb və ekspertlərin fikrincə, belə dinamika davam edə bilər. Putin Rusiya vətəndaşlarının da qlobal inflyasiya təzyiqləri yaşadığına diqqət çəkib: “Bir çox cəhətdən xarici amillərin təsiri altında ölkəmizdə istehlak qiymətlərinin artımı sürətlənib. Bu, vətəndaşlar, xüsusən də aztəminatlı ailələr üçün həssas olan ciddi problemdir. Və onun həlli maksimum diqqət tələb edir. Təkcə inflyasiyanın nəticələrinin öhdəsindən gəlmək deyil, həm də proaktiv hərəkət etmək, qiymət artımına təkan verən amilləri aradan qaldırmaq vacibdir”.

O xatırladıb ki, hakimiyyət artıq kəskin qiymət dəyişikliyinə ən çox həssas olan mal istehsalçılarına ünvanlı dəstək göstərir: "Əvvəla, bunlar qida məhsullarıdır. Burada mən bir daha Rusiya hökumətinin və regionlardakı həmkarlarının diqqətinə çatdırıram - istehsalın həcminin artması və daxili bazarda ərzağın əlçatanlığının artması bu sahədə işin effektivliyi üçün əsas meyardır".

Rusiya Prezidentinin Rusiya üçün səsləndirdiyi fikirlər başqa ölkələr, o cümlədən Azərbaycan üçün də keçərlidir. Yəni ölkəmizdə də hazırda eyni vəziyyətdir, bazarda kifayət qədər bahalaşma hökm sürür. Dünya ərzaq qiymətlərinin bahalaşması yerli məhsullardan da yan keçməyib. Ancaq bunu yalnız qlobal problemlərlə əlaqələndirmək düzgün olmazdı. Rusiya Prezidentinin də qeyd etdiyi kimi istehsalın həcminin artmasına diqqət yetirilməlidir.

Bəs, hazırda ölkəmizdə mövcud vəziyyətlə bağlı hansı addımların atılması mümkündür?

İqtisadçı-ekspert Akif Nəsirli Cebhe.info-ya bildirib ki, Azərbaycanda vəziyyət Rusiyadakından daha kəskindir:

"Rusiyada, məsələn, ərzaq buğdasına olan tələbatın 70-80 faizi ölkə daxilində istehsal edilir. Qonşu Qazaxıstandan münasib qiymətə istədiyi qədər buğda ala bilir. Bu baxımdan Rusiyanın imkanları daha genişdir. Hazırda Rusiyada qiymətlər bizdəki kimi sürətlə bahalaşmır. Bunun da bizdən fərqli səbəbi ondan ibarətdir ki, Rusiyada yerli istehsal var. Tələbat, bəzi məhsullarda 70, bəzilərində 100 faiz yerli istehsal hesabına ödənilir. Bizdə isə kartof, pomidor, xiyar, soğandan başqa heç bir yerli məhsul üzrə tələbat 50 faizdən yuxarı ödənilmir. Ona görə də biz daha çox narahat olmalıyıq. Bizdə tələbatın yarıdan çoxu xarici idxaldan asılıdır. Dünyada da qiymətlər bahalaşır. Ona görə də xarici faktorlar ölkə daxilindəki inflyasiyaya qıcıqlandırıcı təsir göstərir. Azərbaycan hökuməti daha çox narahat olmalıdır. Tələbatın yerli istehsal hesabına ödənilməsi istiqamətində stimullaşdırıcı tədbirlər görmək lazımdır".

Eksperin fikrincə, bununla yanaşı, bizdə yerli istehsalı cilovlayan problemlər var ki, onlar aradan qaldırılmalıdır:

"Bu, ilk növbədə inhisarçılıqdır. İnhisarçılıq olan yerdə biz heç bir iqtisadi təşəbbüslərə nail ola bilməyəcəyik. Azərbaycanda istehsal, idxal, qiymətlər də inhisardadır. Hökumətin özü də bu vəziyyəti sadələşdirmək, müsbət istiqamətə yönəltmək fikrində deyil. Çünki onsuz da bazarda qiymətlərin sürətlə artdığı bir dövrdə hökumət də öz inhisarında olan qiymətləri 2021-ci il boyu artırdı. Yanacağın, suyun, qazın, dərman məhsullarının qiyməti qalxdı. Hökumət əlində olan bütün vasitələrlə əslində özü inflyasiyanın sürətlənməsinə rəvac verir. Hesab edirəm ki, hökumət inflyasiyaya uğrayan hissəni kompensasiya edə bilər. Bu, həqiqi bazar iqtisadiyyatında, rəqabət mühitində başqa effekt verər. Biz əslində daha çox narahat olmalıyıq. Gələcəkdə də qiymət artımı davam edəcək, çünki buna təsir edən faktorlar inkişaf etməkdədir. Onun cilovlanmasını istəyən, o istiqamətdə tədbir görən isə yoxdur".

Son xəbərlər

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

İçərişəhərdə restorandan oğurluq edən şəxs həbs edildi

Azərbaycanda bu şəxslər gəlir vergisindən azad edilir

Cavanşir Məmmədov dünyasını dəyişdi

Əməkdar artist 49 yaşında dünyasını dəyişdi

Məktəb direktoru icra başçısına müavin təyin olundu

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Bütün xəbərlər