Gündəm

MUMtv.az: -  "Ərzaq məhsullarının qiymətlərinin daha da artması riskləri var, ona görə də inflyasiya probleminin həllində fəal hərəkət etmək lazımdır".

Bunu “VTB Capital”ın “Rusiya çağırır!” adlı investisiya forumunun plenar iclasında çıxış edən Rusiya Prezidenti Vladimir Putin deyib. O qeyd edib ki, biz qlobal enerji bazarında hansı böhranın başladığını görürük: "Əvvəla, azot gübrələrinin qiymətləri dəfələrlə artıb. Bütün dünyada kənd təsərrüfatı istehsalçıları üçün bu, torpağın münbitliyini və sabit məhsuldarlığını qorumaq üçün əsas resurslardan biridir. Aydındır ki, bu vəziyyət ərzaq qiymətlərinin daha da artması üçün risklər yaradır”.

Prezident qeyd edib ki, son bir ayda dünya bazarlarında buğdanın qiyməti kəskin artıb və ekspertlərin fikrincə, belə dinamika davam edə bilər. Putin Rusiya vətəndaşlarının da qlobal inflyasiya təzyiqləri yaşadığına diqqət çəkib: “Bir çox cəhətdən xarici amillərin təsiri altında ölkəmizdə istehlak qiymətlərinin artımı sürətlənib. Bu, vətəndaşlar, xüsusən də aztəminatlı ailələr üçün həssas olan ciddi problemdir. Və onun həlli maksimum diqqət tələb edir. Təkcə inflyasiyanın nəticələrinin öhdəsindən gəlmək deyil, həm də proaktiv hərəkət etmək, qiymət artımına təkan verən amilləri aradan qaldırmaq vacibdir”.

O xatırladıb ki, hakimiyyət artıq kəskin qiymət dəyişikliyinə ən çox həssas olan mal istehsalçılarına ünvanlı dəstək göstərir: "Əvvəla, bunlar qida məhsullarıdır. Burada mən bir daha Rusiya hökumətinin və regionlardakı həmkarlarının diqqətinə çatdırıram - istehsalın həcminin artması və daxili bazarda ərzağın əlçatanlığının artması bu sahədə işin effektivliyi üçün əsas meyardır".

Rusiya Prezidentinin Rusiya üçün səsləndirdiyi fikirlər başqa ölkələr, o cümlədən Azərbaycan üçün də keçərlidir. Yəni ölkəmizdə də hazırda eyni vəziyyətdir, bazarda kifayət qədər bahalaşma hökm sürür. Dünya ərzaq qiymətlərinin bahalaşması yerli məhsullardan da yan keçməyib. Ancaq bunu yalnız qlobal problemlərlə əlaqələndirmək düzgün olmazdı. Rusiya Prezidentinin də qeyd etdiyi kimi istehsalın həcminin artmasına diqqət yetirilməlidir.

Bəs, hazırda ölkəmizdə mövcud vəziyyətlə bağlı hansı addımların atılması mümkündür?

İqtisadçı-ekspert Akif Nəsirli Cebhe.info-ya bildirib ki, Azərbaycanda vəziyyət Rusiyadakından daha kəskindir:

"Rusiyada, məsələn, ərzaq buğdasına olan tələbatın 70-80 faizi ölkə daxilində istehsal edilir. Qonşu Qazaxıstandan münasib qiymətə istədiyi qədər buğda ala bilir. Bu baxımdan Rusiyanın imkanları daha genişdir. Hazırda Rusiyada qiymətlər bizdəki kimi sürətlə bahalaşmır. Bunun da bizdən fərqli səbəbi ondan ibarətdir ki, Rusiyada yerli istehsal var. Tələbat, bəzi məhsullarda 70, bəzilərində 100 faiz yerli istehsal hesabına ödənilir. Bizdə isə kartof, pomidor, xiyar, soğandan başqa heç bir yerli məhsul üzrə tələbat 50 faizdən yuxarı ödənilmir. Ona görə də biz daha çox narahat olmalıyıq. Bizdə tələbatın yarıdan çoxu xarici idxaldan asılıdır. Dünyada da qiymətlər bahalaşır. Ona görə də xarici faktorlar ölkə daxilindəki inflyasiyaya qıcıqlandırıcı təsir göstərir. Azərbaycan hökuməti daha çox narahat olmalıdır. Tələbatın yerli istehsal hesabına ödənilməsi istiqamətində stimullaşdırıcı tədbirlər görmək lazımdır".

Eksperin fikrincə, bununla yanaşı, bizdə yerli istehsalı cilovlayan problemlər var ki, onlar aradan qaldırılmalıdır:

"Bu, ilk növbədə inhisarçılıqdır. İnhisarçılıq olan yerdə biz heç bir iqtisadi təşəbbüslərə nail ola bilməyəcəyik. Azərbaycanda istehsal, idxal, qiymətlər də inhisardadır. Hökumətin özü də bu vəziyyəti sadələşdirmək, müsbət istiqamətə yönəltmək fikrində deyil. Çünki onsuz da bazarda qiymətlərin sürətlə artdığı bir dövrdə hökumət də öz inhisarında olan qiymətləri 2021-ci il boyu artırdı. Yanacağın, suyun, qazın, dərman məhsullarının qiyməti qalxdı. Hökumət əlində olan bütün vasitələrlə əslində özü inflyasiyanın sürətlənməsinə rəvac verir. Hesab edirəm ki, hökumət inflyasiyaya uğrayan hissəni kompensasiya edə bilər. Bu, həqiqi bazar iqtisadiyyatında, rəqabət mühitində başqa effekt verər. Biz əslində daha çox narahat olmalıyıq. Gələcəkdə də qiymət artımı davam edəcək, çünki buna təsir edən faktorlar inkişaf etməkdədir. Onun cilovlanmasını istəyən, o istiqamətdə tədbir görən isə yoxdur".//dia.az



Son xəbərlər

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

Bütün xəbərlər