Gündəm




Dünən Nizami Kino Mərkəzində Niderlandda fəaliyyət göstərən "Birlikdə Güclüyük” Fondunun təsisçisi və həmsədri İlkanə Qoca media nümayəndələri ilə görüş keçirdi.

"MUMtv.az" Medianews.az-a istinadən xəbər verir ki, o görüş zamanı Niderlandda Xocalı həqiqətlərindən bəhs edən veb saytı və kitabını təqdim etdi.

Həmyerlimiz söhbət zamanı  bildirdi ki, hazırda holland dilində fəaliyyət göstərən veb-sayt( https://justiceforkhojaly.nl) bir müddət sonra ingilis dilinə də tərcümə olunacaq:
 

"Xocalı faciəsindən 30 il keçməsinə baxmayaraq, bu soyqırım barədə Niderlandda çox az insan məlumatlıdır. Veb-saytı yaratmaqda məqsədimiz ermənilərin bu ölkədə Xocalı faciəsi zamanı çəkilmiş şəkilləri öz adlarına çıxmağa çalışmalarının qarşısını almaq idi. Bizim Niderland parlamentində iki dəfə görüşümüz olub və Xocalı faciəsinin tanınması üçün mütəmadi olaraq danışıqlar aparırıq. Bu yaxınlarda da parlamentin nümayəndələri ilə yenidən görüşümüz nəzərdə tutulub. Xocalı həqiqətlərindən bəhs edən saytımız hələlik, Niderland dilindədir. İnşallah, bu materiallar gələcəkdə digər dillərdə də tərcümə olunacaq.

Saytda həm də "Xocalı şahidləri danışır”    (https://justiceforkhojaly.nl/wpcontent/uplod) kitabını müvəqqəti olaraq ödənişsiz yükləyə biləcəklər. Bu saytın qurulmasında, hekayələrin toplanmasında rolu olan hər bir kəsə, başda İradə Əlili olmaqla, bütün Azərbaycanla bağlı fəaliyyətimdə mənə dəstək olan həyat yoldaşım Robert van den Bergə təşəkkür edirəm. Həmçinin, mənə texniki cəhətdən yardım edən Azərbaycan icmasının Niderlandda yaşayan üzvləri  eləcə də, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndirilərindən  biri Şamil Mustafayevin də əməyini qeyd etmək istərdim”.

İ.Qocanın sözlərinə görə, Niderlandda  həm də Xocalı soyqırımı ilə əlaqədar kitabı dərc olunub:


"Kitabın holland dilinə tərcüməsini və redaktəsini isə həyat yoldaşım Robert Van Den Berg edib. Onun bu kitabı redaktə etməsi Xocalı soyqırımı barədə həqiqətləri holland psixologiyasına uyğun şəkildə və onların daha aydın başa düşəcəyi formada dərc olunmasında böyük dəstək oldu. "Birlikdə Güclüyük” Fondu 2 fevral 2023 – cü il tarixində Niderland krallığı parlamentinin ikinci palatasına Xocalı soyqırımının tanınması üçün yenidən müraciət edib və petisiya təqdim olunması üçün görüş keçirib. Belə müraciətlər daha öncəki illər də yazılı şəkildə göndərilib və məktublar qapalı şəkildə müzakirə olunub.


Petisiyaya imzalar online şəkildə "Change.org” platformasında və fiziki şəkildə Niderlandda yığılıb.

Niderland Parlamentindən petisiyanı qəbul etmək üçün Xarici İşlər Üzrə Komissiyanının 5 nəfər üzvü iştirak etdi. Rudmer Heerema Xarici Əlaqələr üzrə komissiyanın sədri (VVD partiyasi), Jasper van Dijk (Sosial Partiya), Tunahan Kuzu (Denk Partiyası), Laura Blom, Westerhofla birlikdə görüşlərimiz oldu. Petisiya təqdimatı zamanı Xocalı faciəsi haqqında qısa məlumat verdik. Mart ayında  saytda 9 minə yaxın baxış sayı var idi. Biz gücümüz çatan qədər sosial mediada paylaşdıq. Saytda baxış  300 minin üzərində idi. Axtarışda da 700 minə yaxın baxış çıxmışdı. Hazırda Holland dilində axtarış aparanda görünür”.

Robert Van Den Berg isə çıxışında bildirdi ki, saytda Xocalı faciəsi ilə əlaqədar kitablar, həmçinin məqalələr və yeni əldə olunan informasiyalar dərc olunur:


"Biz sayt vasitəsi  ilə bu faciəni daha çox insana çatdırmaq istədik  Bu işləri təkbaşına görürük və ona görə sözügedən məsələ ilə əlaqədar köməyə ehtiyacımız var. Mən Xocalı soyqırımı ilə bağlı tərcümələri redaktə üçün oxuyanda dəhşətə gəlir və hər dəfə çox pis olurdum. Belə bir faciə mənim yaşadığım ölkədə olmadığı üçün mən Azərbaycan xalqını dərindən anlaya bilmərəm. Lakin hesab edirəm ki, bu cür vəhşilik barədə bütün dünya məlumatlı olmalıdır. Xocalıda Azərbaycan vətəndaşlarının başına gələnləri oxuduqda bu mənə çox pis təsir etdi. İlkanə xanımla düşündük ki, bu daha böyük kütləyə çıxmalıdır. Yeni  nəsil bu haqda məlumatlanmalıdır. Ümid edirəm ki, yaratdığımız bu sayt sözügedən mövzuda faydalı olacaq”.

Çıxışdan sonra media nümayəndələrinin suallarını cavablandıran cütlük öz vəsaitləri hesabına yaratdıqları veb-saytla bağlı gələcəkdə daha çox planlarının olduğunu  vurğuladılar.


İlkanə Qoca media nümayəndələrinin suallarını cavablandırarkən qeyd etdi ki, bu mövzuda hər zaman dəstəyə ehtiyac duyulur:
"Çox istərdik ki, saytın daha güclü fəaliyyət göstərməsi üçün bizə dəstək olsun. Amma hazırda bizə dəsək olan tək Xocalı vətəndaşlarıdır. Onlar bizimlə öz hekayələrini bölüşürlər. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət etdik, onlar bizə bir neçə şəkil göndərdilər ki, həmin şəkillər də internet portallarında da var idi. Bundan başqa  "Xocalı şahidləri danışır”  kitabını öz vəsaitimizlə çap etmişik. Sözügedən kitabı holland  kitabxanalarına vermək üçün bizə standartlara uyğun cild lazımdır.  Təəssüflər olsun ki, bu kitab holland  kitabxnalarının satndartlarına uyğun gəlmir.  Biz də kitabın elektron versiyasını hazırlayacağıq. Bunun üçün Diaspora komitəsinə müraciət etməyi düşünürük. Bu günə qədər nə etmişiksə öz gücümüzə etmişik. Diaspora xaricdə, vətəndən kənarda bir olmaq, birlik olmaq deməkdir.  Əksinə xaricdə yaşayıb bir olmaqdansa, hədəfi bir yerə vurmaqdansa pərakəndəlik yaranır. Mən o, konfliktlərin içərisində olmaq istəmirəm. Həmrəyliyin  tərəfindəyəm”.




Son xəbərlər

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Bütün xəbərlər