Gündəm
Gündəm / Siyasət / Cəmiyyət / Sosial
Xocalı aeroportu açılır: Yeni XƏBƏR VAR - NƏ BAŞ VERİR?
Xocalı aeroportunun 2021-ci ilin dekabrında açılacağı ilə bağlı xəbərlər yayılıb.
Modern.az Ermənistanın "İravunk” qəzetinə istinadən xəbər verir ki, aeroportdan Rusiyanın hərbi nəqliyyat təyyarələrinin istifadəsi üçün icazə verilə bilər.
"Xankəndi aeroportu 2021-ci ilin dekabrının birinci ongünlüyündə açıla bilər. Rusiya aviasiyasının hərbi nəqliyyat təyyarələri Xocalı aeroportundan Dağlıq Qarabağdakı humanitar mərkəzlərə xidmət üçün istifadə edəcək”- deyə nəşr iddia edir.
Xatırladaq ki, Xocalı aeroportu uzun illər ərzində Qarabağda fəaliyyət göstərən yeganə hava limanı olub.