Gündəm

Kanada hökuməti Xocalı qətliamını faciə kimi tanıyır

Kanada hökuməti Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində tanıyır.

"MUMtv.az" xəbər verir ki, bu fikir Kanada Azərbaycanlılar Şəbəkəsinin (KAŞ) Xocalı qətliamı ilə əlaqədar Kanada parlamentində təqdim etdiyi petisiyasına hökumətin cavabında yer alıb.

Kanada Azərbaycanlıları Şəbəkəsinin təşkilatçılığı ilə Kanada parlamentində Xocalı qətliamına dair təqdim edilmiş petisiyaya hökumətin cavabı bu ölkənin xarici işlər nazirinin parlament nümayəndəsi Rob Olifant tərəfindən imzalanıb.
Hökumətin cavabında bildirilir: “Kanada hökuməti Xocalı qətliamını dəhşətli faciə kimi tanıyır və həyatını itirmiş qurbanların xatirəsini yad edir. Kanada Xocalı qətliamı kimi insan həyatının itirilməsi ilə nəticələnən faciənin təkrar olunmaması üçün davamlı olaraq öz səylərini göstərir. Kanada BMT Təhlükəsizlik Şurasının Qarabağ ilə əlaqədar qəbul edilmiş bütün qətnamələrini və Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində tanıyır. Kanada sərhədlərin demarkasiyası və delimitasiyası üçün ikitərəfli mexanizmlərin yaradılması və Ermənistan ilə Azərbaycan arasında regional kommunikasiya əlaqələrinin bərpa edilməsi kimi etimad quruculuğu tədbirlərinin görülməsi üçün liderlər səviyyəsində dialoqun davam etdirilməsini dəstəkləyir”.
Bundan əlavə vurğulanır ki, Kanada Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycan tərəfləri ilə, eləcə də Kanadadakı yerli icma təşkilatları ilə daimi dialoqu davam etdirir. Bu dialoqa, 2021-ci ilin dekabrında Kanada Xarici İşlər nazirinin Kanada Azərbaycanlılar Şəbəkəsi ilə) və Kanadanın Azərbaycandakı və Ermənistandakı səfirlərinin KAŞ ilə görüşləri daxildir.
Qeyd edək ki, KAŞ tərəfindən hazırlanmış və Kanada parlamentinin mühafizəkarlar partiyasından olan üzvü Maykl Kuperin dəstəyi ilə dərc edilmiş rəsmi petisiya 1500-dən artıq Kanada vətəndaşının imzası ilə Xocalı qətliamının 30 illiyi ərəfəsində parlamentə təqdim edilib.
KAŞ Kanadanın Azərbaycan əsilli əhalisini narahat edən məsələlər barədə bu günədək Kanada parlamentinin üzvləri və senatorlar, əyalət parlamentinin üzvləri və yerli hökumət nümayəndələri ilə sıx təmasdadır və intensiv görüşlər keçirməkdədir.

Son xəbərlər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Bütün xəbərlər