Gündəm

Qarabağı talayan xarici şirkətlər: Gəliri Azərbaycana qaytara bilər...
Azərbaycan 44 günlük Vətən savaşı ilə 30 illik işğal tarixinə son qoydu.

Dövlətimiz ərazi bütövlüyünü bərpa etdi. Ermənistanın apardığı işğalçılıq siyasəti Azərbaycana təkcə ərazi itkisi ilə deyil, eyni zamanda ciddi maddi və mənəvi zərər verib.

Maraqlı məqam odur ki, daim demokratik dəyərləri müdafiə etdiyini bəyan edən bir çox qərb dövlətləri də Azərbaycana vurulan maddi-mənəvi zərərin birbaşa iştirakçısı olub.

Söhbət Qarabağda qanunsuz fəaliyyət göstərən xarici şirkətlərdən gedir ki, onlar Azərbaycan ərazisindən bu illər ərzində milyardlarla vəsait talayıblar.

Şirkətlərin hansı ölkələrə aid olduğuna nəzər saldıqda isə Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərən ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərini, müsəlman dövlətlərini, Avropa ölkələrini görmək mümkündür.

Qarabağda fəaliyyət göstərən xarici şirkətlərin bəzilərinin adlarına və hansı ölkəni təmsil etdiklərinə nəzər salaq:

"Lincy” (ABŞ), "First Dynasty Mines”, "Sterlite Gold Ltd”, "Grand Tobacco” (Kanada), "Akopian”, "Vartanian”, "Framation”, "Mak-Mak Adams”, "Pemod Richard” (Fransa), "Siemens”, "Schnieder” (Almaniya), "Simon Petrolium Technology” (Böyük Britaniya), "Zvezda” (Rusiya), "Patrex” (Portuqaliya), "Franck Muller”, "Andre Group”, "Alpoto” (İsveçrə), "Australia Nairi Ltd”, "Tida Joint Venture” (Avstraliya), "FKX” (Argentina), "Karabagh Telecom”, "Shusha” (Livan), "Thomson” (Niderland), "İntracom” (Yunanıstan) "Mc and Co” (Kipr), "Gideon Richter), (Macarıstan), "Cochrane Pond” (Kanada), "Santa Candelaria” (Çili), "Metle Beyz” (Çexiya), "Grand Thronton” (İngiltərə), "Cartor” (Fransa), "Global Gold Armenian Ltd” (ABŞ), "ATA-Bank MS” (ABŞ), "GS Motors” (ABŞ) və digər bir çox xarici şirkət Azərbaycanın işğal altında olan torpaqlarında olan sərvətinin talanmasında birbaşa iştirak ediblər.

Qeyd edək ki, yuxarıda adı çəkilən xarici şirkətlərin böyük əksəriyyəti Azərbaycan ərazisində yerləşən qızıl, filiz və mis yataqlarını talamaqla məşğul olub.

İranın isə Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərən yüzlərlə şirkəti var. Onların bəziləri "Mona Qrup” (Rəhmani, Rəşidi, Azərban Həddad), "Kankar”(Seyid Nur Eyni), "Şərifli” (Rza Şərifi), "Süleymani” (İzzət Süleymanpur), "Arya Filiz Nab” (Rəsul Ənzari), Araz Mühacir Ticarət” (Kazım Səfərzadə), "Aftab” (Əzimi Əhmədpur), "Arazfud” (Cavad və Məhəmməd Bimeqdar) və "Nüsrəti” (Rza Nüsrəti) kimi şirkətlərdir.

Azərbaycan artıq öz torpaqlarını erməni işğalından azad edib və quruculuq işlərinə başlayıb. Təbii ki, bununla paralel olaraq Azərbaycan beynəlxalq aləmdə Ermənistanın bugünə qədər etdiyi cinayətlərə, talançılığa, maddi və mənəvi zərərlərə görə hüquqi qiymət almağa çalışır. Artıq bununla bağlı işlər başladılıb. Belə ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı Azərbaycan hökuməti tərəfindən Avropa İnsan Hüquqları Məhkəməsinə ərizə təqdim edilib. Ərizə Azərbaycan vətəndaşları yox, Azərbaycan Hökuməti tərəfindən təqdim edilib, dövlətlərarası ərizədir və Ermənistana qarşı ilk işdir.

Bəs Qarabağda qanunsuz fəaliyyət göstərən şirkətlərlə bağlı Azərbaycanda ayrıca iddia qaldıracaqmı?

Hüquqşünas Əkrəm Həsənov Cebhe.info-ya açqılmasında deyib ki, Azərbaycanın bu şirkətləri məhkəməyə verib-verməyəcəyi ilə bağlı fikir söyləmək çətindir. Çünki adətən beynəlxalq münasibətlərdə yalnız hüquq yox, eyni zamanda siyasi məqsədəuyğunluq da nəzərə alınır:

"Amma konkret olaraq sübut edə biliriksə ki, hansısa xarici şirkət işğal olunmuş ərazilərimizdə fəaliyyət göstərin, bizə zərər vurub-gəlir əldə edibsə, həmin vəsaitin ondan alınmasını tələb edə bilərik. Buna görə beynəlxalq məhkəmələr yox, elə həmin şirkətlərin aid olduğu ölkələrin məhkəmələrinə də müraciət edə bilərik. Yəni məhkəməyə verməkdə problem görümürəm. Əgər bizim əlimizdə kifayət qədər tutarlı sübutlar, dəlillər varsa, bunu edə bilərik. Amma yenə də həmin ölkənin özündən də çox şey asılıdır. Yəni Ermənistanla sıx əlaqədə olan ölkələrin məhkəmələri böyük ehtimalla bizim xeyrimizə qərar çıxarmayacaq. Buna Fransa, Yunanıstan kimi ölkələri misal göstərmək olar ki, onların məhkəməsindən ədalətli yanaşma gözləmirəm. Amma bu, o demək deyil ki, məhkəməyə müraciət etməməliyik”.

Ə.Həsənov qeyd edib ki, eyni vaxtda həm işğalda olan Qarabağda, həm də Bakıda fəaliyyət göstərən xarici şirkətlər də olub:

"Elə xarici şirkətlər var ki, onlar Qarabağla yanaşı, elə Bakıda da fəaliyyət göstərirlər. Ən bariz nümunə isə "KPMG” audit şirkətidir. Bu şirkət həm Azərbaycan Mərkəzi Bankının auditorudur, həm də Dağlıq Qarabağda fəaliyyət göstərən "Artsax Bank”ın auditoru olub. Eyni zamanda, Kəlbəcərdə qızıl çıxaran xarici şirkətin də oradakı auditoru olub. Yəni bu şirkət Qarabağdakı qanunsuzluğa qanuni don geyindirib. Bilirik ki, dünyada 4 aparıcı audit şirkəti var və onlardan biri də "KPMG”-dir. Onların təsdiq etdiyi maliyyə hesabatları bir qayda olaraq hər yerdə qəbul olunur. Yəni "KPMG” Kəlbəcərdə qanunsuz qızıl çıxaran şirkətə auditorluq edib və qanunsuz gəlir əldə edib. "KPMG” beynəlxalq audi şirkətdir və hazırda Azərbaycanda da fəaliyyət göstərir. Bir sıra şirkətlərin, o cümlədən Azərbaycan Mərkəzi Bankının auditorudur. Yəni bu şirkəti elə Azərbaycanda məhkəməyə verib vurulan zəririn əvəzini tələb edə bilərik”.

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər