Gündəm

“AzerGold” QSC-nin kollektivi  Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib

"MUMtv.az" xəbər verir ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti və Azərbaycan İstiqlal Muzeyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Səhmdar Cəmiyyətin kollektivi əvvəlcə qədim zamanlardan müasir dövrümüzə qədər Azərbaycan xalqının tarixi-mədəni, ictimai-siyasi həyatındakı mühüm hadisələri və xalqımızın azadlığı uğrunda mübarizə aparan fədailərin həyat yolunu əks etdirən eksponatlar, foto və arxiv sənədləri ilə tanış olub, daha sonra Azərbaycan Respublikasının Xalq rəssamı Xanlar Əhmədovun incəsənət əsərlərindən ibarət sərgini ziyarət edib. Soyqırımının 30-cu ildönümünə ithaf olunmuş “Cinayətin cəzası” adlı sərgi barəsində iştirakçılara ətraflı məlumat verilib.

Tədbirdə faciə qurbanlarının xatirəsi anılıb və xüsusi amansızlıqla törədilən Xocalı soyqırımının mahiyyəti və dəhşətli faktlardan söz açılıb. Bəşəriyyət tarixində insanlıq əleyhinə yönəlmiş ən qanlı cinayət əməllərindən hesab edilən Xocalı qətliamının əsl niyyətinin Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirməklə torpaqlarımızı zorla ələ keçirmək olduğu vurğulanıb. 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tərəfindən ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda canlarını qurban verən bütün şəhidlərimizin, xüsusilə də Xocalı qurbanlarının qisasının döyüş meydanında böyük qəhrəmanlıqla alındığı qeyd edilib.

Tədbirin sonunda 1992-ci ildə baş vermiş qanlı hadisədən bəhs edən “Dərdimi çəkirəm” sənədli filmi nümayiş olunub.

“AzerGold” QSC-nin kollektivi  Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib

“AzerGold” QSC-nin kollektivi  Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib

“AzerGold” QSC-nin kollektivi  Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib

“AzerGold” QSC-nin kollektivi  Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib

“AzerGold” QSC-nin kollektivi  Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib

“AzerGold” QSC-nin kollektivi  Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib

“AzerGold” QSC-nin kollektivi  Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib

Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər