Gündəm

Kiyevdə Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

 
 
 

Fevralın 24-də Kiyev şəhərinin Səməd Vurğun adına Kitabxanasında Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin kitabxana ilə birgə təşkilatçılığı ilə keçirilən tədbirə informasiya dəstəyini "Report” İnformasiya Agentliyi göstərib.

Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Kamal Xəlilov öz nitqində Xocalı faciəsinin XX əsrin sonunda törədilmiş ən dəhşətli cinayətlərdən biri olduğunu, təkcə Azərbaycan xalqına qarşı yox, bütövlükdə bəşəriyyətə qarşı, bəşər dəyərlərinə qarşı törədilmiş cinayət olduğunu diqqətə çatdırıb.

Səfirliyin birinci katibi Namiq Niftullayev də erməni siyasətçiləri tərəfindən dəfələrlə Xocalıda törədilən vəhşilikləri təsdiqləyən bəyanatlar verdiklərini, hətta bu qanlı qırğına bəraət qazandırmağa çalışdıqlarını əks etdirən faktları misal gətirib.

Bakı Beynəlxalq Multikulturaliz Mərkəzinin Ukraynadakı nümayəndəsi Marina Honçaruk da Ukrayna ictimaiyyətinə tarixi həqiqətləri, o cümlədən Xocalı soyqırımını çatdırmaq üçün həmin ölkədə icra etdikləri layihələrdən danışıb: "Bir çox ukraynalılar, xüsusilə də gənclər tarixi həqiqətlərlə bağlı layihələrdə yaxından iştirak edirlər. Bu da ukraynalıların Azərbaycan xalqına həmdəm olduqlarını, Xocalıya ədalət istəmələrini, o vəhşilikləri törədənlərin cəzalandırılmasını tələb etmələrini göstərir”.

Tədbirdə həmçinin tarixçilər, gənc fəallar da nitq söyləyib. Ukrayna gənclər təşkilatlarının nümayəndələri Xocalı faciəsinə dair məruzələr təqdim edib, şeirlər oxuyublar. Bununla yanaşı, erməni milətçiləri tərəfindən dinc azərbaycanlə əhaliyə qarşı törədilmiş etnik təmizləmələr mövzusuna həsr olunmuş tədqiqatlar də təqdim olunub. Tədbirin iştirakçıları arasında Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Elxan Səmədov da olub.


Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər