Gündəm

Kiyevdə “Xocalı: Soyqırımının xronikası” kitabının təqdimatı olub
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Kiyev şəhərində Ukrayna dilinə tərcümə olunmuş "Xocalı: Soyqırımının xronikası" adlı kitabın təqdimatı keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı və təşəbbüsü ilə çap edilən, Ukrayna Azərbaycanlıları Radasının binasında keçirilən təqdimat mərasimində səfir Elmira Axundova, diplomatlar, diaspor rəhbərləri, Ukraynanın elm xadimləri, Ukrayna Müdafiə Nazirliyinin nümayəndələri, yerli KİV-lərin təmsilçiləri iştirak ediblər.

Səfir Elmira Axundova çıxış edərək bildirib ki, bu gün "Xocalıya ədalət!" kampaniyası çərçivəsində Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində mühüm işlər görülür. Bu kitabın Ukrayna dilində nəşri də həmin kampaniya çərçivəsində görülən işlərin tərkib hissəsidir. "Hesab edirəm ki, bu kitab Ukrayna cəmiyyətində Xocalı soyqırımı haqqında real mənzərə yarada biləcək. Ukraynalılar Xocalı soyqırımı haqqında yazılan məqalələr, poemalar, əsərlər vasitəsilə Ermənistanın Azərbaycanın mülki şəxslərinə qarşı necə amansız, insanlıq əleyhinə cinayət törətdiyinin şahidi olacaqlar. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bəşəriyyət, insanlıq əleyhinə törədilmiş qanlı cinayətdir", - deyə səfir əlavə edib.

Səfir vurğulayıb ki, yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü artıq ifşa olunub. Dünya ictimaiyyəti Xocalı həqiqətlərini qəbul edir, Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır.

Sonra tədbirdə çıxış edən Ukrayna Azərbaycanlıları Radasının həmsədrləri Hikmət Cavadov, Oleq Krapivin, kitabın nəşriyyatının müdiri Dmitri Buraqo, tanınmış ukraynalı alimləri Oleq Kupçik və professor Fərhad Turanlı, kitabın tərcüməçisi Mehman Salmanov, Azərbaycan Silahlı Qüvvələrinin Ukraynadakı hərbi attaşesi polkovnik İlqar Ağayev, səfirliyin müşaviri Vüsal Süleymanov və soydaşlarımız Şeyx Şakir Yəhyayev, Vidadi İsrafilov kitabın əhəmiyyətindən danışıblar. Qeyd ediblər ki, kitab Xocalı soyqırımından bir il sonra - 1993-cü ildə çap olunub. Bu müddətdə faciə ilə bağlı xarici və yerli KİV-lərdə dərc olunan məqalələr, şahidlərin ifadələri, soyqırımının törədilməsində iştirak edən 366-cı motoatıcı alayın bəzi hərbi qulluqçularının etirafları, Xocalı soyqırımına dair qaldırılan cinayət işinin materialları, qeyri-hökumət təşkilatlarının bəyanatları və digər faktlar kitabda öz əksini tapıb. Çıxışçılar vurğulayıblar ki, alimlər, tarixçilər bu faktlar vasitəsilə Xocalı faciəsini dərindən araşdıra biləcəklər.

 

Kitabın emosional təsirini daha da artırmaq üçün Azərbaycanın tanınmış şairi mərhum Nurəngiz Günün məşhur "Xocalı simfoniyası" poeması da tərcümə olunub. "Xocalı simfoniyası" poemasının Ukrayna dilində yazıçı Lesya Mudrak tərəfindən bədii qiraəti tədbir iştirakçılarını qəhərləndirib.

Qeyd edək ki, kitabda Xocalı soyqırımına dair fotomateriallar, həmçinin UNESCO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəni Xadimləri Assosiasiyasının sədri, Azərbaycanın Xalq rəssamı Əşrəf Heybətovun soyqırımına dair rəsm əsərləri də yer alıb.


Son xəbərlər

Türkiyə MN Azərbaycanın Anım Günü ilə bağlı bəyanat yaydı

“AzInTelekom”dan milyonlarla manat dəyərində TENDER

Oğuz RİH ATF-yə 600 minə yaxın pul ödəyəcək - Şirkət Saleh Məmmədovundur?

Tbilisi prospektində taksi duracaqları yaradılır

Rafael Mehrəliyevin tender oyunu

Şahin Bağırov da YARITMADI... - "Qaçaqmalçılıqla mübarizə adı altında..."

ABŞ nüvə müharibəsi təhlükəsi elan edib

Gələn ilin büdcə zərfinə daxil olan sənədlər Prezidentə təqdim edilib

Dəmir yolu stansiyalarında ödənişsiz internet istifadəyə verilir — Texniki tələblərə əməl olunacaq?

Əkizlərdən birində problem olanda, digəri də hiss edir?

Apteklərdə reseptsiz satılan bu dərmanlarla bağlı ŞOK İDDİA: Uşaqların cinsiyyətini dəyişir

Prezident müşavirə keçirdi

MİDA-nın rəhbərliyinə 2 ildə - YARIM MİLYON MANAT ÖDƏNİLİB

Nazirliyin Sosial Reabilitasiya Mərkəzində dava: Qadın niyə bıçaqlanıb?

Azərbaycan bu ölkələrə qoyduğu məhdudiyyəti ləğv etdi

İsraildəki müharibədən qaçdı, Ukraynada ÖLDÜ

"Ukrayna artıq yoxdur" - Tramp

Emin Əmrullayevin göstərişi Regional Təhsil İdarəsində keçmir - VİDEO

Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına üzv ola bilər

ABŞ Konqressi müvəqqəti büdcəni təsdiqlədi

Bəxtiyar Məmmədov Ali Məclis sədrinin birinci müavini seçildi

Yaddaşı gücləndirən qidalar

Fuad Nəcəflini Bakıya NİYƏ ÇAĞIRIBLAR? - İLGİNC İDDİA

Gürcüstan Bakı və İrəvana regional əməkdaşlıq formatı təklif etdi

"Sülh müqaviləsini COP29-a qədər imzalağı təklif etmişik" - Paşinyan

Zərif Ərdoğanla Pezeşkianın görüşünə niyə qatılmayıb?

Cəbrayıla ilk köç karvanı yola salındı

Makronun istefaya göndərilməsi məsələsinə baxılacaq

İqbal Məmmədovun şirkəti yoxlamaya mane olub?

Azərbaycanda “Zəngəzur” PUA istehsal olunub

Qobu qəsəbəsinin Qəzənfər Xalıqov adına 1saylı tam orta məktəbin direktoru Şərəf Qasımovanın özəl qanunları

Saç ağarmasının səbəbi stressdir?

Bütün xəbərlər