Gündəm

"Əli Kərimlinin özünü Xocalı sakini kimi aparmağa mənəvi haqqı yoxdur" - Deputat
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

Sosial şəbəkələrdə özünü "Milli Şura" adlandıran qurumun və Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin dünənki razılaşdırılmamış aksiyası növbəti dəfə uğursuzluğa düçar oldu.

"MUMTV.az" xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti "Milli Şura"nın və AXCP-nin oktyabrın 19-da mitinq keçirmək haqqındakı müraciətinə razılıq versə də, müvafiq yer ayırsa da, təşkilatçılar icazəli mitinqdən imtina edərək, paytaxtın mərkəzində qanunsuz aksiya kerçirməyə cəhd göstərdilər. Lakin müxalifətçilərin səylərinə baxmayaraq bu cəhd uğursuz alındı.

Bütün bunlar bir yana, tərəfdarlarını qanunsuz aksiyaya çağıran Əli Kərimli polis tərəfindən buraxıldıqdan sonra müsahibəsində özünü qəhrəman kimi qələmə verib. Bunu onun təəssüf və təəccüb doğuran fikirləri də sübut edir: "Dedim ki, özümü Xocalıda, əsirlikdə hiss edirəm".

Şübhəsiz ki, Əli Kərmlinin özünü "əsirlikdə olanlar" kimi qələmə verməsi təkcə partiya sədrinin "liderlik" iddiasını göstərmir, həm də onun Xocalı əsirlərini adiləşdirməsi cəhdlərini ortaya qoyur.

Deputat Elman Məmmədov "Report”a açıqlamasında bildirib ki, Əli Kərimlinin özünü Xocalı sakini kimi aparmağa mənəvi haqqı yoxdur: "Mən hələ 1992-ci ildəki danışıqlarımda, verdiyim izahatlarda qeyd eləmişəm ki, həmin dövrdə Xocalıda baş verənlərə görə, ermənilərin Xocalıda törətdikləri soyqırıma görə həmin dövrkü iqtidar nə qədər məsuliyyət daşıyırdısa, müxalifət də o qədər məsuliyyət daşıyırdı. Mənə elə gəlir ki, bunları uyğunlaşdırmaq və düşmənlər tərəfindən xalqımızın başına gətirilən soyqırımı belə aşağılamaq, onun tərəfindən özünü xocalılılarla müqayisə etmək tariximizə, soyqırımımıza qarşı haqsızlıqdır, onu aşağılamaqdır. Təbii ki, biz hamımız Xocalı sakinləri olaraq bunu pisləyirik". /YeniSabah


Son xəbərlər

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bəzi məcburi köçkünlərin püşklərinin nəticəsi ləğv edildi

Azərbaycan nefti ucuzlaşdı

Braziliyada daşqınlar nəticəsində 30 nəfər ölüb

Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO

Hikmət Hacıyev Kupmanla GÖRÜŞDÜ

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Bütün xəbərlər