Gündəm

“Bakcell” MMC-də artan gərginlik ​ hansı mətləbləri üzə çıxarır?- ŞOK FAKTLAR

MUMtv.az: - Ölkəmizdə fəaliyyət göstərən mobil operatorlar içərisində “Bakcell” sirkətinin özünəməxsus çəkisinin, xüsusi nüfuzunun, mükəmməl servisinin olması haqda məlumatlar və s. hər kəsə bəlli olan həqiqətlərdir. Bunlar şirkətin mehriban kollektivinin əməyi sayəsində əmələ gəlmişdir deyə, belə bir yanaşma ortaya qoysaq, o halda yanılmış olarıq. Çünki, son vaxtlara kimi “Bakcell” sirkətində hər şeyin gözəl olması qənaətində idik. İndiki ab-hava isə... Belə ki, bugünlərdə redaksiyamıza şirkətdə baş verən haqsızlıqlarla bağlı elə məlumatlar daxil olub ki, sanki həmin məlumatları eşitdikcə dəhşətə gəlməli olduq. O halda dərk etdik ki, heç də bu şirkətdə ab-hava göründüyü qədər şəffaf deyil. Belə ki, təqribən dörd-beş gün bundan öncə “Bakcell” MMC-nin daxilində baş verən ciddi qanun pozuntuları ilə bağlı bəzi media qurumlarında müəyyən açıqlamalar yayımlanmışdır. Həmin açıqlamalarda lazımi araşdırmaların araşdıralacağı və baş verənlərlə bağlı geniş ictimaiyyətin məlumatlandırılacağı da qeyd olunmuşdu. Elə ki, şirkətin informasiya təhlükəsizliyi və daxili araşdırma şöbəsi rəhbərliyinin araşdırma metodları haqda müəyyən məlumatları əldə edirsən, o halda şoka düşməli olursan. Artıq bu yöndə əldə etdiyimiz məlumatların mahiyyətini həm indi, həm də sonrakı açıqlamalarmızda yayımlamaq qərarına gəlmişik. Yəni, əldə etdiyimiz məlumatlara görə təhlükəsizlik idarəsinin rəhbəri Samiq Seyidov, məhz hər şəxsə qarşı bəslədiyi fərqli yanaşması ilə daha çox problemlər yaratmaqdadır. Son vaxtlar bu şəxsin şiddətli şəkildə münasibətləri pozulan işçilərə xüsusi metodika, yəni, şər, böhtan atması şirkət daxilində ciddi müzakirə olunsa da, bir çox işçilərin bilmədiyi məqamlar bugünlərdən araşdırılmağa başlanmışdır.

Tutaq ki, şirkətdə Təhlükəsizlik İdarəsinin rəhbəri vəzifəsini icra edən Samiq Seyidova hər hansı bir işçi ilə bağlı sifariş verilir, o halda çox keçmir ki, yuxarıda qeyd olunan xüsusi metodiki qaydalar işə salınır. Əgər hansısa bir şəxsdən digər şəxs şikayət edibsə, həmin şikayətin mahiyyəti qarşı tərəfdən gizlədilir. Yəni, konkret olaraq kimin kimdən şikayət etməsinin detalları açıqlanmır, əvəzində isə şikayət edənlərin sənədləri böyük mübahisələrdən və dörd aydan sonra şikayət olunan tərəfə verilir. Araşdırma zamanı nəyisə sübuta yetirmək istəsən hər vasitə ilə hər şeydən təcrid olunursan və heç zaman ünvanlanan müraciət də cavablandırılmır. Belə ki, şikayətlər toplanır, insan şüuru həzm edə bilməyəcək dərəcədə, hansı ki, ağlasığmaz böhtanlar düzülüb-qoşulur və bütün bunlar gizli formada şirkətin rəhbərliyinə təqdim olunur. Əlbəttə ki, nüfuzlu bir idarə rəhbərinin bu yöndə apardığı “araşdırmalar” bir kimsədə şübhə doğurmadığından dərhal qərar verilir, amma çox keçmir ki, Samiq Seyidovun da gözdən qaçırdığı məsələlər gündəmə gəlir. Belə ki, adı çəkilən bu şəxs heç bir məsələni lazımınca araşdırmaq istəmir. Buna da əsas səbəb, onun verilmiş sifarişi qısa zaman kəsiyində yerinə yetirməyə çalışması olur. Korkoranə aparılan araşdırmalar, dəqiqləşdirilməyən məlumatlar və s. məhz şirkətdə işçi heyyəti arasında münasibətlərin pozulmasına, qeyri-ixtiyari olaraq müəyyən aqresiyaların əmələ gəlməsi ilə nəticələnir. Ünvanlanan suallara uzun müddət cavab əldə edə bilmədikdə, qarşı tərəf həmin suallara veriləcək cavabı geniş ictimaiyyətin ixtiyarına buraxmaq qərarına gəlir və belə bir yolla da cavab əldə etməyə cəhdlər göstərir. Bir müddət bundan öncə Samiq Seyidov təhqiqata verdiyi ifadədə araşdrma apardığı bir nəfər işçinin işində rəqəmlərin səhv olduğunu etiraf edir və bunu mexaniki səhv də adlandırır!!! Unutmaq olmaz ki, şirkət rəhbərliyinə təqdim olunan sənəddə hər bir detal xüsusi rol oynayır, hər rəqəm bir məna da ifadə edir.

Ən biabirçılıq yazılanlara baxılmaması, baxıldığı halda isə absurd qərarların qəbul edilməsi olur ki, bu da hər kəsdə gülünc hissi doğurur. Bundan əlavə, əksər hallarda qeyri-rəsmi adlandırdğı şəxsin əslində rəsmi şəxs olaraq ortaya çıxması və “Mən bunu bilmirdim” deyə cavab verməsi olur. Bütün bunlardan aydın olunur ki, rəhbərliyə təqdim olunan qərar nəyə görə işçilərə verilmir! Hələ bunlar azmış kimi Samiq Seyidova rəsmi formada ünvanlanan suallar (15.05.2020 daxili yazışma-3 dəfə, 07.08.2020 daxili yazışma) və bir neçə dəfə şifahi formada ünvanlanan müraciətlər hələ də cavablandırılmayıb. Bu şəxsin bu kimi məsələlərlə bağlı “Bakcell” şirkətinin rəhbərliyinə, eyni zamanda şirkətin tərkibində olan “Neqsol Holding” rəhbərliyinə verdiyi məlumatların tamamilə yalnış olması faktlar əsasında öz təsdiqini tapıb. Bütün bunları daha da geniş ictimailəşdirmək məqsədilə, bir sıra hüquq müdafiəçiləri, vəkillər (növbəti məqalədə onların da çıxışları əlavə olunacaq), müstəqil media qurumları və s. bütün bu kimi qeyri-qanuni işləri sıfırdan araşdıracaqlar. Bundan əlavə, məsələ ilə bağlı yaxın günlərdə ölkə rəhbəri cənab İlham Əliyevə canlı müraciətin olunacağı da gözlənilir. Hələ də məsələnin ciddiliyini anlamayan Samiq Seyidova çatdırırıq ki, qeyd olunan məsələdə onun bilərəkdən nəzərdən qaçırdığı məqamları araşdırmaq üçün Vergilər Nazirliyinə və Baş Prokurorluğa da müraciətlər olunmuşdur. Samiq bəy, Sizin şər və böhtan atdırdığınız insanların yalanları artıq birbir üzə çıxmaqdadır. Belə olan halda sual oluna bilər ki, Siz hara baxırdınız? Nəzərə alın ki, ən azından şər və böhtanla kimisə ittiham etmək Allahsızlıqdır. Əldə olan faktlar istənilən vaxt şirkət rəhbərliyinə və “Neqsol Holding”ə də təqdim oluna bilər.

Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Növbəti sayımızda: Mətanət Babayevanın susqunluğundan da (kadrlar şöbəsinin rəhbəri) bəhs edəcəyik.

Ardı var. Odur ki, bizi izləməyi unutmayın.
(GundemXeber.az)

Son xəbərlər

Bir şəhər və 29 kəndin sakinlərinin "çörəkpulu"su dayandırıldı- SƏBƏB

Şuşanın Baş planı barədə məlumat verildi

Alimlərin maddi təminatı ilə bağlı RƏSMİ AÇIQLAMA

Ermənistan Peskovun dediklərini təkzib etdi

Müzakirələrə səbəb olan vakansiyalar üzrə hansı tələblər qoyulur?

"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir

“Dəmir Yolları” şübhəli satınalmaları davam etdirir – Təfərrüat

5 faizlik "yalan"la ləkələnən işsizlik statistikası... - Evdar qadınlar, pay torpaq sahiblərini "sayan" yoxdur

Saleh Məmmədovun biznes imperiyası - SİYAHI

Qubad İbadoğlu siyasətdən getdi

Məhkəmə Nərgiz Absalamovanı həbsdə saxlayıb

Musa Süleymanov məhkəməyə niyə verilib? - Dövlət Xidməti narazıdır

Bu ilin sonunda Qubadlıya ilk köç olacaq

Azərbaycanda iki institut ləğv olundu, əvəzində yeni qurum yaradıldı

Müsavatda növbəti seçki - Namizədlər açıqlandı

Əfv Komissiyası neçə müraciətə baxıb, siyahıda kimlərin adı ola bilər? - AÇIQLAMA

Sülhlə bağlı danışıqlar Ermənistan-Azərbaycan sərhədində keçirilə bilər

Azərbaycan-Belarus sənədləri imzalanıb

Pensiyalar nə qədər artıb?

Qara sarımsağın faydaları

Vardanyanın həbs müddəti uzadıldı

Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən 10 nəfər saxlanıldı

Ermənistan hökuməti bu kəndə görə Azərbaycandan vaxt istədi

Ermənistan sərhədçilərini delimitasiya olunmuş ərazilərə yerləşdirdi

Azərbaycanın su ehtiyatları 15 faizədək azalıb

ABŞ yönümlü təriqətlər Ərdoğana qarşı sui-qəsd planlaşdırıblar - KİV

Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı

Tələbə qızı öldürüb dostu ilə birlikdə basdıran şəxs SAXLANILDI

Sərhədçilərimiz bu tarixdə Qazaxın 4 kəndinə yerləşdiriləcək

Ermənistanla sərhədimiz bu xəritələr əsasında delimitasiya olunur

Bu günə olan valyuta məzənnələri

Sülhməramlılar Xocalıdan belə yola salındı - VİDEO

Bütün xəbərlər